Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)

2020/05/0-1588764524.jpg
Oxunub: 3572     16:32     06 May 2020    
(VIII yazı. VII yazını BURADAN oxuya bilərsiniz)

Diskusiya bölməsində, ölkələrin kiber komandanlıq və ya xidmət qurma qərarı vermələrinin səbəbləri və nəzərdə tutulan faydaları, eyni zamanda kiber müdafiəyə edilən böyük investisiyalar müzakirə ediləcək. Beynəlxalq əməliyyatlara yerləşdirmələrin siyasi mandat vermənin müxtəlif milli prosedurları, eləcə də kiber komandanlıqların müxtəlif təşkilati quruluşları və onların əsas funksiyaları müqayisə edilir. Son olaraq, təşkilat və komanda sahələrində strategiya tövsiyələri, beynəlxalq yerləşdirmələrin siyasi səlahiyyətləndirilməsi, əsas funksiyalar, eləcə də kadr siyasəti və təhsili, təlimi və həyata keçirmə səyləri təqdim olunur.

Kiber Komandanlıq qurmaq üçün əsas

Yalnız bir ekspert, kiber komandanlığın yaradılması üçün əsasın Silahlı Qüvvələrin yeni növ əməliyyat sahəsindəki fəaliyyətə hazırlaşması üçün lazım olduğunu müdafiə etdi. Bunun əvəzinə, tədqiq edilən ölkələrdə, kiber komandanlıqların (və ya hərbi kiber xidmətin) yaradılması, əsasən, ayrı-ayrı imkanların və təşkilatların mərkəzləşdirilməsi, birləşdirilməsi və nizama salınması, üst-üstə düşən rol və vəzifələri aradan qaldırmaqla əsaslandırılıb. Bu yolla, silahlı qüvvələr milli strateji təlimatlarında göstərilən kiber və informasiya sahələrində məqsədlərə nail ola bilərlər. Bir çox ekspertlər bu konseptlərdə qeyd olunan eyni əsasları dilə gətirdilər: məsələn, silahlı qüvvələrin və onun İKT infrastrukturunun, şəbəkələrinin və sistemlərinin yeniləşdirilməsi, innovasiyaların təşviqi, bilik və bacarıqlarının artırılması və s.

Beləliklə, kiber məkanda milli qüdrətin layihələndirilməsinin məqsədi bir döyüş komandanlığının yaradılması üçün əsas səbəb kimi qəbul edilməyib. Bunun əvəzinə ekspertlər mövcud potensialların vahid bir komandanlıq altında yenidən təşkil edilməsinin kiber domenin strateji liderlik səviyyəsində prioritetləşdirilməsi yolu ilə maliyyə və digər investisiyaların ayrılmasının asanlaşdıracağını nəzərdə tuturlar. Ekspertlərin fikrincə, birləşdirilmiş kiber komandanlıq, kiber müdafiə və IKT təcrübəsini, eləcə də kiber məkan əməliyyatlarının operativ planlaşdırılması və əlaqələndirilməsi ilə bağlı təcrübəsini artırır.

Bir ölkənin BQ rəisinin tabeliyində müstəqil funksional təşkilatın yaradılmasının qeyri-ənənəvi siyasətlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə imkan verdiyini və kiber müdafiə sahəsində işçi qüvvəsinin olmaması ilə bağlı problemləri həll etməyə imkan verdiyini irəli sürürlər. Mütəxəssislər yeni təşkilatın qurulmasının silahlı qüvvələrin kiber domenlərdə fəaliyyət qabiliyyətinin artırmasına imkan verdiyinə inanırlar.

Prioritetləşdirmə, İnvestisiya və Koordinasiya

Bir kiber komandanlığın qurulacağı təqdirdə yüksək səviyyəli hərbi liderlərin ənənəvi düşüncə tərzinin dəyişilməsinə ehtiyac duyulur. Eyni zamanda, yuxarıda müzakirə olunduğu kimi, müstəqil kiber komandanlığın yaradılmasından sonra, yüksək səviyyəli hərbi liderlər arasında kiber müdafiə statusunun inkişaf etdirilməsi kimi qəbul edilir və bu, öz növbəsində bu sahədə investisiyaları artırır. Oxşar bir şəkildə, ekspertlər iddia edirlər ki, yüksək səviyyəli hərbi rəhbərlik və operativ komandirlərə kiber domenin təbiətini, habelə hərbi əməliyyatlarda kiber əməliyyatların inteqrasiyasının rolu və üstünlüklərini anlamaq kömək edir.

Bəzi ekspertlər kiber məkanın xüsusiyyətlərindən, onun qlobal yetərliliyindən və əməliyyat sürətindən yaranan kiber məkan əməliyyatlarının həyata keçirilməsi üçün az sayda heyətə malik idarəetmənin vacibliyini vurğulayırlar. Kiber komandanlıqların BQ rəisi tabeliyinə qaldırılması kiber komandanlığın komandanının əməliyyatlara, kadrlara, avadanlıqlara, qərargaha və digər üstünlüklərə malik olmasına imkan yaradacaq. Yuxarıda da göstərildiyi kimi, Estoniya, Niderland və Norveçdə kiber komandanlıqlar birbaşa BQ rəisinə tabedir. Almaniya və Finlandiya da komandanlığın subordinasiya mövqeyi daha mürəkkəbdir, potensial olaraq qərar qəbul etmə və koordinasiyanı çətinləşdirən, hətta gecikdirən və digər hərbi əməliyyatlarla ziddiyyət təşkil edən bir subordinasiya mövcuddur.

Beynəlxalq yerləşdirmələrin siyasi səlahiyyətləndirilməsi

Kiber məkan əməliyyatlarının coğrafi sahəsi baxımından, Estoniya və Finlandiyadan olan ekspertlər, milli kiber müdafiə qruplarının Vətənin mühafizəsinə diqqət etmələri lazım olduğunu düşünür. Bununla belə, bu, praktikada mümkün olmur, çünki kiber məkanda qlobal və effektiv kiber müdafiə "öncül qoruma" tələb edir və real həyatda olan beynəlxalq hərbi əməliyyatlarda iştirak etmək, bu sahədəki bacarıqların inkişafı üçün faydalı olacaq (təlim əsl döyüşün təcrübəsini əvəz edə bilməz).

Silahlı qüvvələrin beynəlxalq əməliyyatlarda iştirakına gəldikdə, ümumiyyətlə onlar müəyyən bir coğrafi əməliyyatlar sahəsi daxilində məhdud müddətlə yerləşdirilirlər. Yuxarıda araşdırılan beş ölkə arasında, Niderland və Norveçdə hökumətlər kiber hücum əməliyyatlarından istifadə də daxil olmaqla, xaricdə silahlı qüvvələrin yerləşdirilməsinə qərar verir. Almaniyada bəzi hallarda hökumətin də bunu edə biləcəyinə baxmayaraq, bu barədə qərar parlament tərəfindən qəbul edilir. Finlyandiyada prezident hökumətin təklifi ilə bağlı qərar qəbul edir, Estoniyada isə parlament hökumətin bu barədə təklifi ilə bağlı qərar qəbul edir.

Bununla yanaşı, müvəffəqiyyət əldə olunması üçün gizlilik tələb edən müdafiə və hücum xarakterli kiber məkan əməliyyatları barədə ictimai müzakirələr mümkün deyil. Bundan əlavə, effektiv kiber məkan əməliyyatları vaxt və məkanla məhdudlaşa bilməz və bu barədə qərar alınması prosesi qısa müddətdə icra edilməlidir.

Bu səbəblərə görə demokratik ölkələrdə müasir siyasi səlahiyyət vermə prosesi və prosedurları araşdırılmalı və zərurət yarandığı təqdirdə qərarları qəbul edən siyasi hakimiyyət orqanının səviyyəsinin aşağı salınmasına imkan verilməlidir. Müəyyən hallarda parlamentin yerinə hökumət, Müdafiə naziri, BQ rəisi və ya Kiber Komandanlığın rəhbərinin belə bir qərar verməsi daha yaxşı bir nəticə verə bilər. Bir çox ölkələr müəyyən problemli əməliyyatlara başlamaq üçün səlahiyyətli şəxsə əvvəlcədən icazə verməklə bu problemi həll ediblər.

Təşkilat

Yuxarıda göstərilən ölkə nümunələri arasında, Niderland tam səpkili, əməliyyatları idarə etmək və nəzarət etmək qabiliyyəti və səlahiyyətinə malik olan bir kiber komandanlığa malikdir: kiber müdafiə, kəşfiyyat, müşahidə, araşdırma-KMA və hücum əməliyyatları aparmağa qadirdir. Almaniyanın Kiber və İnformasiya Domeni xidməti yalnız kiber məkanda deyil, həm də elektron müharibə və informasiya əməliyyatları ilə eyni imkanlara və səlahiyyətlərə malik olan hərbi kiber və informasiya domen xidmətidir. Estoniya kiber komandanlığı da eyni zamanda informasiya əməliyyatları qabiliyyətinə malikdir, lakin KMA komponenti yoxdur. Norveçdəki Kiber Müdafiə Qüvvələri yuxarıda göstərilən kimi ciddi mənada kiber komandanlıq təşkil etmir, çünki hücum kiber məkan əməliyyatlarına Norveçin kəşfiyyat xidməti tərəfindən idarə və nəzarət olunur.

Finlandiyanın kiber divizyonu kiber müdafiə və situasiya bilgilərinin, həmçinin kiber qüvvələrin quruculuğu məsələlərindən (məsələn, təhsil, təlim və məşqlər) məsuliyyət daşıyır, lakin Müdafiə Qüvvələrində olan digər şöbələr və onların qərargahları da bu vəzifələri bölüşürlər. Beləliklə, Finlandiyadakı kiber qüvvələrin mövqeyi bu bölünmüş mövcud imkanların mərkəzləşdirilməsi, sağlamlaşdırılması, səmərəliliyi və effektivliyinin artırılması, xərclərin azaldılması və təkrarlanmamaq üçün rol və məsuliyyətlərin aydınlaşdırılmasından ibarətdir. Bu, Kiber Divizyonun digər müdafiə təşkilatlarının (Kəşfiyyat Agentliyi və Finlandiya Müdafiə Qüvvələri Qərargahının Kəşfiyyat Bölməsi) topladığı məlumatlara və əməliyyat planlaşdırma sahəsində toplanan məlumatlara da aiddir.

Finlandiya istisna olmaqla, bütün ölkələr Kiber Əməliyyatlar Mərkəzinə (Estoniyada informasiya əməliyyatları komponenti daxildir) malikdir. Almaniya və Niderland öz kiber əmrlərində inteqrasiya olunmuş kəşfiyyat və kompüter proqramlaşdırması komponentlərinə malikdir. Niderland istisna olmaqla, bütün ölkələr öz kiber komandanlıqları daxilində hərbi Kompüter İnsidentlərinə Cavab Bacarığı (CIRC) komponentini (Finlandiyada CIRC funksiyaları C5 Agentliyinin ayrıca bir hissəsidir) ehtiva edir. Bütün ölkələrdə kiber müdafiə təhsili, təlim və məşqlərindən məsul olan bəzi komponentlər (məktəblər və təcrübə mərkəzləri) var.

Xülasə olaraq, qeyd edək ki, komanda səlahiyyətləri və təşkilati komponentlər (şöbələr, mərkəzlər, məktəblər, taborlar və s.) ilə bağlı ölkələr arasında bir çox ümumi oxşarlıqlar mövcuddur, həmçinin böyük fərqlər də mövcuddur. Bir kiber komandanlıq üçün ən yaxşı təşkilati model bir sıra dəyişkənliklərdən asılıdır. Bu xüsusən də ölkələrə görə dəyişir. Bunların başında mövcud kiber müdafiə, IKT və silahlı qüvvələrdəki kəşfiyyat təşkilatları, mövcud maliyyə qaynaqları və işçi qüvvəsi (ölkənin ölçüsü), strateji prioritetlər (ərazi müdafiəsinə qarşı ekspedisiya əməliyyatları) kimi dəyişkənliklər gəlir. Bundan əlavə buna daha geniş strateji və hərbi mədəniyyət, tarixi hərbi-mülki münasibətlər və demokratik nəzarət ənənələri də daxildir.

Lakin, digər hərbi qurumlarla olduğu kimi, təşkilati strukturu və komanda səlahiyyətlərinin daha səliqəli, rol və məsuliyyətlərin daha aydın olduğu, ayrılan resursların daha çox olması, dövlətin ən yeni kiber məkan əməliyyatları imkanlarını inkişaf etdirmək və onları hərbi əməliyyatlarda birləşdirmək imkanı kiber komandanlığın fəaliyyətinin effektivliyinin artırılmasında mühüm önəmə malikdir.

Beş ölkə ilə müqayisədə Niderland yalnız üç bölmədən ibarət ən cılız təşkilati quruluşa malikdir. Bu bölmələrdən ikisi (Əməliyyatlar və Texnologiyalar) kiber məkan əməliyyatları və imkanlarının inkişafı üçün birbaşa məsuliyyət daşıyır. Almaniya, Estoniya və Norveç daha geniş çeşidli komponentləri birləşdirir. Bu komponentlər güclü qüvvə yaratma və ya silahlı qüvvələrin kiber təhlükəsizliyini təmin etməklə bu səyləri dolayı yolla yerinə yetirə bilər.

Sadə quruluşa və tərkibə malik təşkilatın üstünlükləri daha çox çeviklik və rahatlıq, sürətli qərar vermə və yerləşdirmə, investisiyaların necə sərf olunduğuna dair aydınlıqdır. Böyük təşkilatların üstünlükləri üst-üstə düşən məsuliyyətlərin azaldılması, resurslardan birgə idarə edilməsi və kiber komandanlığın daha çox sayda şəxsi heyətə malik olmasının hücumların qarşısını ala biləcək çəkindirici təsiridir.

(Ardı var...)
Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kiber-Komandanlıq   Nümunələr   Təşkilatlanma  

Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)

2020/05/0-1588764524.jpg
Oxunub: 3573     16:32     06 May 2020    