Bağanis Ayrım uşaqları soyqırım ağrısına görə qisas hissi ilə böyüyürlər... (VİDEO+FOTOLAR)

2020/05/22222-4771978239.jpg
Oxunub: 5051     12:31     29 May 2020    
Erməni silahlı birləşmələrinin keçmiş Sovet ordusu əsgərlərinin köməyi ilə 1990-cı ilin martında Qazax rayonunun Bağanis Ayrım kəndində törətdikləri soyqırım faktları barədə Sizə ötən yazılarımızda məlumat vermişik.

Məlumat üçün bir daha deyək ki, 1990-cı il martın 24-də erməni silahlılarının keçmiş Sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanis Ayrım kəndinə hücum ediblər. Mülki əhali insanlığa sığmayan işgəncələrlə qətlə yetirilib Ermənilərin bu kəndə hücumu zamanı 17 evin top və minaatan mərmiləri ilə dağıdıldığı, 11 evin isə qarət edildiyi, kənddə yaşayan Əsliyevlər ailəsinin 5 üzvünün işgəncələrlə qətlə yetirildikdən sonra yandırıldığı faktı həmin dövrdə lentə alınan video və foto kadrlarda əksini tapıb. Kənddə qətlə yetirilən insanların ən yaşlısı 75 yaşlı Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük körpə Hafiz olub.

Bağanis Ayrım kəndi 1990-cı il avqustun 20-də işğal edilib. Bu kənddə qətlə yetirilən ailənin sağ qalan üzvləri bu gün Qazax şəhərinin mərkəzində yaşayırlar. 30 ildir bu ağrı-acı ilə yaşayan Bağanis Ayrım sakinləri səbrsizliklə kəndlərinə geriyə qayıdacağı günü gözləyirlər…

Bu gün bu sakinlər kimi hələ yetkinlik yaşına çatmayan yeni dünyaya gəlib, kəndlərini görməyən uşaqlar da bu kəndin həsrəti ilə yaşayırlar. Valideynlərindən kəndləri barədə ətraflı məlumat alan azyaşlılar bu gün düşmənə nifət hissi ilə yaşayırlar. Onların beynində təhsil alıb parlaq gələcək qurmaqla bərabər, həm də hərbçi olmaq hissləri balaca ürəklərində sönməz alova çevrilib. Bu gün hər bir Bağanis Ayrım kənd sakinindən “hansı kənddənsən?” sualına cavab almaq belə həm ürək dağlayır, həm də bir kəlmə ilə yekunlaşmır. Böyükdən-kiçiyə hər kəs gördüyünü, yaşadığını, eşitdiyini danışır. Həm də yanğı ilə...

O cür yanğı ki, danışdıqları sözlərlə, sanki, faciəni təkrar yaşayırlar və dinləyən insanın gözündə hadisəni anbaan canlandırırlar. Necə ki, bu balaca ərənlər kimi. Hər biri bir əsgər olacaq.

Lakin onların xidməti hər bir azərbaycanlı gənci kimi keçməyəcək. Çünki sinələrində Bağanis Ayrım yarası, qulaqlarında “qisas və intiqam al” şüarları onları rahat buraxmayacaq. İndi gələcəklərini təsəvvür etdiyim o igidləri Sizlə tanış edim.

Bu igid balanın adı Məhəmmədir. Bağanis Ayrım kəndində doğulmaq ona nəsib olmasa da, o da həmin kəndin sakinidir. Babasını düşmən hərbçiləri vəhşicəsinə qətlə yetiriblər. Bu gün Məhəmmədin gözlərindəki parıltı və səsindəki titrəyiş sizə də onun gələcəyindən xəbər vermiş olur. Məhəmməd böyüyəndə hərbçi olmaq istəyir. Məqsədi isə təkcə Bağanis Ayrım kəndini deyil, işğalda olan bütün torpaqlarımızı düşmən tapdağından azad etməkdir. Məhəmmədlə uşaq olsa da, dostları ilə oynadığı oyunlar da hərb yönümlüdür. Məhəmməd yaşına uyğun olmasa da, 1990-cı ildə ermənilərin Bağanis Ayrımda törətdiyi vəhşilikləri əks etdirən video və fotofaktları təkidlə izləyir.

Bu balaca igid İsmayıl Adıgözəlov da illəridir həsrətini çəkdiyimiz Bağanis Ayrım kəndinin yadigarlarındandır. Məqsədi hərbçi olmaqdır. Çünki babalarından, atasından eşitdiyi Bağanis Ayrımı düşmən tapdağından xilas etmək istəyir. Dərslərini mükəmməl oxuyur. Hərbi filmləri izləməyi isə daha çox sevir. Ən çox oynadığı oyuncaqlar isə silahlardan ibarətdir. Tez-tez Şəhidlər xiyabanını ziyarətə gedir.

Bəxtiyar Adıgözəlov isə İsmayılın balaca qardaşıdır. Bağanis Ayrım hadisələrini əzbərə bilir. Deyir ki, ona ən çox təsir edən körpənin ana bətnində vəhşicəsinə öldürülməsidir. Qardaşı kimi o da hərbçi olmaq istəyir. Bəxtiyar deyir ki, onun qəhrəmanı Mübariz İbrahimovdur. Onun kimi təkbaşına düşmənləri məhv edib, kəndlərini işğaldan azad etmək istəyir.

Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər.

Ümummilli lider Heydər Əliyev deyib ki, vətənpərvərlik insanın daxilindəki duyğulardır, əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.

Uşaqların bu yaşdan vətənpərvər böydülməsi gələcək üçün bir uğurdur. Vətənin yeni doğan arzularını gerçəkləşdirən, işğal altında olan torpaqlarımızın azad olma ümidlərini doğruldan gənclər işıqlı sabahımızdır. Şübhəsiz ki, gənclərimizin əksəriyyəti Vətəninə hədsiz sevgi və hörmətlə yanaşır.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bağanis-Ayrım   İşğal  

Bağanis Ayrım uşaqları soyqırım ağrısına görə qisas hissi ilə böyüyürlər... (VİDEO+FOTOLAR)

2020/05/22222-4771978239.jpg
Oxunub: 5052     12:31     29 May 2020    