Ermənistanın Gürcüstana qarşı ərazi iddiaları və işğalçı əməliyyatlar - HƏRBİ EKSPERT (V YAZI)

2020/05/22233-9541343712.jpg
Oxunub: 5328     15:26     23 May 2020    
(V yazı. IV yazını BURADAN oxuya bilərsiniz)

Gürcüstanın şimali qərb, şərq və cənub sərhədlərindəki vəziyyət

Bu dövrdə Gürcüstan, yalnız Böyük Qafqaz silsiləsinin Şimali Qafqazda gedən vətəndaş müharibəsinə qarışmaqdan təbii bir müdafiə rolunu oynadığı şimal sərhədlərində nisbi sabitliklə öyünə bilərdi.

Bütün digər qonşu dövlətlər və kvazi ölkələrlə sərhədlərdə isə vəziyyət qeyri-sabit və gərgin idi. Azərbaycanla təmas bölgəsində, türk qoşunlarının təxliyəsindən dərhal sonra iki qonşu respublika arasında kiçik ərazi mübahisəsi baş verdi, lakin bu silahlı qarşıdurma mərhələsinə keçmədi. ADR hökuməti Gürcüstan ərazisində qalan tarixi Zaqatala mahalını, habelə müsəlmanların yaşadığı Siğnax, Borçalı və Tiflis kimi tarixi ərazilərini geri tələb edirdi.

Rəsmi Tiflis bu iddiaları qəti şəkildə rədd etsə də, Azərbaycan hökuməti Gürcüstanla silahlı mübarizə üçün güc və vasitə tətbiq etmədən razılığa gələ bildi. Zaqatala rayonundan başqa bütün adı çəkilən digər ərazilər Gürcüstanın nəzarətində qaldı.

Cənubda isə 4-5 dekabr 1918-ci ildə gürcü qoşunları türklərin tərk etdiyi Axaltsıx və Axalkalaki mahallarına daxil oldular. 5 dekabr 1918-ci il tarixində onlar burada tam nəzarəti ələ keçirdilər. Buna baxmayaraq, digər müsəlman əhali yaşayan bölgələrdə atmosfer gərgin olaraq qalırdı.

Gürcü qoşunlarının Gürcüstanın iddia etdiyi Batumi və Ərdahan istiqamətində daha da irəliləməsi, bir neçə gündən sonra Batumini işğal etməyə başlayan ingilislər tərəfindən dayandırıldı və buranı ingilis protektoratı altında xüsusi bir inzibati bölgə elan etdilər.

Dekabrda gürcü-erməni münaqişəsisi başlamasından bir qədər əvvəl Gürcüstanda ən həssas zona, Gürcüstan ilə Rusiyanın cənubundakı silahlı dəstələrin ("qırmızı" və "ağ"ların) həm öz aralarındakı, həm də Rusiya imperiyasından ayrılan dövlətlərin öz arasındakı münaqişə ocaqları hesab edilirdi. 1918-ci ilin martında bolşeviklərin Qırmızı ordusunun birləşmələri Kutaisi əyalətinin Suxumi bölgəsinə hücum edərək Suxuminin mərkəzini işğal etdilər. Anarxiya şəraitində hakimiyyəti ələ alan Abxaziya Milli Şurası Gürcüstan hökumətinə kömək üçün müraciət etdi və elə həmin il iyulun 24-də yerli özünüidarəetmə hüququ ilə Gürcüstanın tərkibinə daxil olmasını təsdiq edən saziş bağlamaqda israr etdi.

Bu vaxta qədər general Q. Maznievin (Mazniaşvili) komandanlığı altında gürcü qoşunları bütün bölgəni qırmızılardan təmizlədi.

İyun sonunda Osmanlı ordusunun çəkildiyi Kodorokolo Oçamçira çayının mənbəsini ələ keçirdilər və dəniz sahili boyunca şimal qərbə irəlləyərək ilə yerli məclisin tələbi ilə Soçi və Tuapse bölgəsinin bir hissəsini ələ keçirdilər. Bu zaman Gürcüstan hökuməti, həm Qara dəniz quberniyasının vilayətinin ərazisini Anapaya qədər ilhaq etməklə, həm də Abxaziyanın bu hissəsinin bir neçə əsr boyu Gürcüstana daxil olmasını əsas gətirməklə, Batumi müqaviləsinə əsasən Türkiyənin nəzarətində qalan ərazilərə görə kompensasiya məsələsini araşdırırdı.

1918-ci ilin sentyabrında Kuban Qırmızı Ordusunun Taman diviziyasının hücumu nəticəsində gürcü qoşunları Tuapsedən geri çəkildi. Bundan sonra Denikin və Alekseevin Könüllülər Ordusunun ağ birləşmələri şəhərə girdi. Noyabrın sonunda Denikin-Alekseev qoşunları Kubandakı qırmızı qüvvələri məğlub edərək Soçi bölgəsində Mazniaşvilinin gürcü qoşunları ilə təmas yaratdı. Gürcüstan və Ermənistan arasındakı dekabr müharibəsindən əvvəl tərəflər arasındakı son demarkasiya xətti, eyni adlı kəndin yaxınlığındakı Loo çayı idi.

Abxaziya və Qara dəniz əyalətinə Gürcüstanın iddiaları, Qara dənizə girmək istəyən Dağ Respublikası liderləri tərəfindən qəbul edilmirdi. Ağ Könüllülər Ordusunun komandanlığı da bunu qəti şəkildə rədd edirdi. Erməni-gürcü müharibəsi zamanı Mazniyaşvilinin qoşunlarının əksəriyyəti Abxaziyadan Borçalı istiqamətinə köçürüldü, bu isə Denikin qoşunlarının Abxaziyada daha da irəliləməsinə kömək etdi.

Antanta ölkələrinin müdaxiləsi və vasitəçiliyi

Dekabrın ortalarında, o dövrdə Qafqazda general qubernator vəzifələrini yerinə yetirən ingilis generalı Vilyam Tomson tərəfindən verilən əmrə əsasən Antanta nümayəndələri ingilis polkovnik leytenant Riçard Prays Cordan və fransalı polkovnik leytenant Pyer-Auguste Şardini Bakıdan Tiflisə gəldilər.

Bu iki zabitin üzərinə qoyulan vəzifələrə, Tiflis-Bakı və Tiflis-Alexandropol dəmiryolu xətlərinin yoxlanılması, eləcə də Tiflis qərargahına gəlməyə hazırlaşan ingilislərin işğalçı 27-ci diviziyasının mənzil qərargahının hazırlanması da daxil idi.

İngilis missiyasının rəhbərliyi Salonikidəki Britaniya Ordusunun keçmiş komandan müavini, general ser Villyam Henri Raykrofta həvalə edildi. Müttəfiqlərin nümayəndələri Ermənistan hökuməti ilə müharibəni bitirmək üçün onların vasitəçiliklərini qəbul etmələri haqqında Gürcüstan hökumətinə təqdimat verdi. Bu təqdimat gürcü ordusunun geri çəkildiyi və Gürcüstan hökumətinin danışıqlar aparmağa hazırlaşdığı günlərdə verilmişdi.

Müttəfiqlərin orijinal təklifi Paris Sülh Konfransının Ermənistan və Gürcüstan arasındakı demarkasiya ilə bağlı son qərarına qədər, həm Axalkalaki, həm də Borçalı uyezdinin əksəriyyətini İngiltərə protektoratı altına daxil edəcək geniş neytral zona yaratmaqdan ibarət idi. Bu təklif Gürcüstan hökuməti tərəfindən qəti şəkildə rədd edildi, gürcülər müharibə edən tərəflərin qoşunlarını münaqişə başlamazdan əvvəl tutduqları mövqelərə, yəni Kamenka çayı boyunca ilkin demarkasiya xəttinə qayıtmasını təklif edirdilər. Gürcüstan həm də müharibənin vurduğu maddi zərəri ödəmək məcburiyyətində qalacaq bir "təcavüzkar ölkə"ni təyin etməkdə israr edirdi.

25 dekabr 1918-ci ildə bir neçə gün davam edən mübahisələrdən, qarşılıqlı güzəştlərdən və mətn üzərində işlədikdən sonra nəhayət aşağıdakı məzmunlu bir teleqram hazırlanaraq İrəvana göndərildi:

"İrəvan. Ermənistan Respublikasının Sədri Kaçaznuniyə. Hazırda Tiflisdə yerləşən ingilis general-majoru Raykroft, fransız missiyasına rəhbərlik edən polkovnik Şardini, Gürcüstan Respublikası Hökumətinin Sədri Jordaniya və cənab Camalyanın iştirakı ilə konfransda hərbi əməliyyatların dərhal dayandırılması haqqında qərar verdilər. Cənab Camalyanın etirazlarına baxmayaraq, general Raykroft, polkovnik Şardini və Gürcüstan Respublikası Hökumətinin sədri cənab Jordaniya qərar verdi: Tiflisdəki vəzifəsinin başlanmasına qədər Qloucesterşir alayının 7-ci taborunun komandiri olan polkovnik-leytenant Cordan, Bakıda yerləşən 39-cu ingilis piyada briqadasının, Şardini isə Cənubi Qafqazdakı Fransa hərbi missiyasının rəhbəri təyin edilsin.

İngilis, fransız, gürcü və erməni nümayəndələrinin daxil olduğu qarışıq komissiya, razılaşmanın aşağıdakı şərtlərini yerinə yetirmək üçün ən qısa müddətdə cəbhə bölgəsinə getməli idi: Komissiya Borçalının şimal hissəsində gürcülərin, cənubunda isə ermənilərin, həmçinin Axalkalaki rayonundakı gürcülərin tərk etməli olduqları qarnizonların sayını müəyyənləşdirir. Qarnizonlar azsaylı olmalıdır. Gürcüstan qoşunları hazırda olduqları mövqelərdə qalacaqlar, erməni qoşunları isə Türkiyənin Disıx-Cəlaloglu xəttinə çəkilməlidir. İngilis mövqeləri Gürcüstan və Ermənistan qüvvələri arasındakı dəmir yolu üzərində yerləşəcək, bu mübahisəli ərazidə idarəetmə qarışıq tərkibli olacaq.

Axalkalaki rayonundakı Gürcüstan administrasiyasına yerli erməni və müsəlman əhalinin nümayəndələrindən ibarət müttəfiqlər komissiyası nəzarət edəcək. Hər iki dövlətin, Gürcüstanın və Ermənistanın nümayəndələri tezliklə Avropaya göndəriləcək, burada bütün sərhəd məsələlərini Böyük Dövlətlər həll edəcəklər".

General Raykroft, polkovnik Şardini, N. Jordaniya.

Eyni zamandai ingilis kapitan Vipers, fransalı kapitanı Qasfeld və gürcü polkovnik Çaparidzedən ibarət bir komissiya, Ermənistan qoşunlarının komandanı general Silikovun (Silikyan) qərargahına, Qarakilsəyə yola düşdü.

General-mayor M. Silikov (Silikyan), Ermənistan Xarici İşlər Naziri S. Tiqranyan

Danışıqlar zamanı başlayan gürcü əks-hücumu (aşağıda müzakirə ediləcək) fonunda, əvvəllər səslənən bu şərtlərə qarşı çıxan Ermənistan hökuməti, bu dəfə onları qəbul etməyə məcbur oldu. 30 dekabrda Qarakilsədəki kapitan Vipersdən bir radio teleqramı gəldi:

"Tiflis. İngilis missiyasına. Nazirlər Kabinetinin Sədrinə, Xarici İşlər Nazirinə və Hərbi Nazirə.

Ermənistan hökuməti general Raykroftun qərarı ilə hərbi əməliyyatların dərhal dayandırılmasına və geri çəkilməyə razıdır. Hərbi əməliyyatlar müharibə edən ölkələrin nümayəndələrinin razılığı ilə 1918-ci il dekabrın 31-də, saat 24-də başa çatmalıdır. Erməni qoşunlarının yeni xəttə çəkiləcəyi gün barədə Tiflisdə qərar veriləcək. General Raykroft tərəfindən təklif olunan bəzi məqamlar Ermənistan hökuməti üçün tamamilə aydın deyil, lakin onlar prinsipcə razılaşaraq şərtləri imzaladılar. Daha dəqiq izahat tələb etmək məqsədilə səlahiyyətli iki nümayəndə - biri mülki, digəri isə hərbçi olmaqla mənimlə birlikdə, Müttəfiqlər tərəfindən bu məsələlərin son izahı üçün Tiflisə gəlirlər. Bəzi məsələləri araşdırdıqdan sonra Ermənistan hökuməti ilə tamamilə razıyam ki, general Raykroftun təklif etdiyi şərtlərlə qənaətbəxş və dinc işləmək üçün bəzi təfərrüatlar daha dəqiq şəkildə aydınlaşdırılmalıdır. Ermənistan hökuməti səmimi sülh istəyini ifadə edir.

Müttəfiq dövlətlərin komissiyası. Qarakilsə.

Komissiya sədri Duqlas Vipers, kapitan. 30 dekabr 1918".

31 dekabr 1918-ci ildə erməni cəbhəsindəki gürcü qoşunlarının komandirlərinə Gürcüstan Demokratik Respublikasının bütün qoşunlarının baş komandanı general Qedevanovun (Qedevanişvili) 01384 nömrəli aşağıdakı əmri göndərildi:

"Hökumətin qərarından sonra bu gün, 31 dekabr, saat 24-də hərbi əməliyyatları dayandırmağı əmr edirəm. Qoşunlar bu saatdan sonra olduqları yerlərdə qalmalıdırlar. Ön hissələrin komandirləri hökumətimizin qərarından xəbərdar olmaq üçün erməni komandanlığı ilə əlaqə qurmalı və erməni komandirlərinə erməni ordusu birləşmələrinin hərbi əməliyyatlar başlamazdan əvvəl dayandıqları xəttdən kənara çıxmamaları barədə məlumat verməlidirlər. Göstərilən zamanda bizim tərəfimizdən hərbi əməliyyatların dayandırılması əmri istənilən halda yerinə yetirilməlidir. Bu əmrin alınması barədə dərhal məlumat verin".

1918-ci il dekabrın son günlərində Ermənistan rəhbərliyinin Gürcüstanla qarşıdurma münasibətində gözlənilməz dəyişik və barışığa hazır olması, Borçalı bölgəsində gürcü qoşunlarının bir sıra hərbi uğurları ilə izah olunur. Rusiyanın cənubundakı anti-bolşevik Könüllülər Ordusunun komandiri general A. Denikin xatirələrində general Q.T.Uolkerin Ermənistana qarşı hərbi güc tətbiq etmək barədə açıq təhdidlərinə də toxunur. Denikinin sözlərinə görə, Uolker ona və Ermənistanın Xarici İşlər Naziri S.Tiqranyana, Ermənistan hökuməti ilə Könüllülər Ordusunun komandanlığı arasında Gürcüstanın parçalamaq məqsədilə birgə hücuma başlamaq barədə gizli razılaşmadan xəbərdar olduğunu bildirirdi. Uolker ayrıca vurğulayırdı ki, Gürcüstana iki tərəfdən hücum olarsa, Böyük Britaniya Gürcüstanın tərəfini tutacaq və Ermənistana qarşı öz qoşunlarını göndərəcək.

General Denikin isə ermənilərlə Könüllülər Ordusu komandanlığı arasında belə bir razılaşmanın mövcudluğunu qəti şəkildə rədd edirdi, lakin Suxumidə Denikin və gürcü qüvvələri arasında yuxarıda təsvir olunan hərbi əməliyyatların, yəni 1918-ci ilin yaz və payızında Qara dəniz sahillərindəki Tuapse ətrafında baş verənlərin, ermənilərlə Könüllülər Ordusu komandanlığı arasında ən azı ortaq maraqların mövcudluğunu ehtimal etməyə imkan verirdi.

İngilislər Qafqazda və onun ətrafında əhəmiyyətli hərbi qüvvələrə malik deyildi, lakin ermənilərin İngiltərəyə qarşı çıxması, Gürcüstan ilə mübahisə mövzusu olan ərazidən bir dəfə yarım böyük əraziyə malik olan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə ərazi iddialarında, Antantanın ermənilərə verdiyi dəstəyin dayandırılması demək olardı.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Gürcüstan   Müharibə  

Ermənistanın Gürcüstana qarşı ərazi iddiaları və işğalçı əməliyyatlar - HƏRBİ EKSPERT (V YAZI)

2020/05/22233-9541343712.jpg
Oxunub: 5329     15:26     23 May 2020    