Husilər Yəməndə koalisiya qüvvələrinin hava hücumu həyata keçirdiyini iddia edib

2020/04/thumb-1586235542.jpg
Oxunub: 470     09:54     07 Aprel 2020    
Dünən, "Husi" qiyamçıları Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrini ölkənin 6 əyalətində 50 hava hücumu etməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, husilərə məxsus SABA xəbər agentliyi koalisiya qüvvələrinin Səda, Əmran, Cevf, qərbdə Həcc, cənubda əl-Beyda, şərqdə Marib bölgələrində qiyamçılara məxsus obyektlərə hava hücumları təşkil etdiyini bildirib.

Koalisiya qüvvələri bu barədə məlumat verməyib.

Qeyd edək ki, BMT Baş katibi Antonio Quterreş martın 23-də yeni növ koronavirus (COVID-19) epidemiyasının yayılması riskinə görə Yəməndə müharibə edən tərəfləri atəşkəs elan etməyə çağırıb. Qiyamçılar və Yəmən hökuməti çağırışa müsbət cavab verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yəmən   Husilər   Koalisiya  

Husilər Yəməndə koalisiya qüvvələrinin hava hücumu həyata keçirdiyini iddia edib

2020/04/thumb-1586235542.jpg
Oxunub: 471     09:54     07 Aprel 2020    