Qarabağda erməni hərbi qulluqçunun qətli aşkar olundu

2018/07/45656_1532672814.jpg
Oxunub: 1453     16:17     06 Aprel 2020    
Ermənistan İstintaq Komitəsi aprelin 3-də Ermənistanın işğal altında olan Qarabağda yerləşdirdiyi hərbi hissələrin birinin döyüş mövqeyində məcburi müddətli erməni hərbi qulluqçu, sıravi Qareqin Kamo Babakexyanın ölüm faktı ilə bağlı məlumat yayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, komitə ölüm faktı ilə bağlı cinayət işi açıb.

Ermənistan İstintaq Komitəsinin məlumatında qeyd edilib ki, Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə (döyüş növbətçiliyi və ya döyüş xidməti həyata keçirilməsi zamanı hərbi qulluqçunu ehtiyatsızlıqla intihar həddinə çatdırmaq) cinayət işi açılıb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis əməkdaşları Hərbi Polis rəisi vəzifəsinin müvəqqəti əvəzedicisi, polkovnik Aleksandr Ağacanyanın başçılığı altında işğal altında olan Qarabağa gəlib.

Ağacanyanın başçılığı altında həyata keçirilmiş tədbirlər nəticəsində məlum olub ki, Q. Babakexyana ölümcül güllə yarasını sıravi əsgər A.P vurub. Belə ki, sıravi əsgər A.P özünə təhkim olunmuş AKS-74 tipli avtomatdan Q. Babakexyanın sinə nahiyəsinə atəş açıb.

Ağacanyanın Qarabağa gəlməsinə qədər bu cür təəssürat yaranıb ki, baş vermiş hadisə intihardır. Lakin reallıq qısa müddət ərzində aşkara çıxarılıb, sıravi əsgər A.P həbs olunub və Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 1-ci hissəsi, habelə 104-cü maddəsinin 2-ci hissəsinin 11-ci bəndi ilə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Qarabağ  

Qarabağda erməni hərbi qulluqçunun qətli aşkar olundu

2018/07/45656_1532672814.jpg
Oxunub: 1454     16:17     06 Aprel 2020    