Ermənistanda döyüş məntəqəsinə qalxmaq məsələsi ətrafında mübahisə düşüb və mayor döyülüb

2019/05/80497-1557734208.jpg
Oxunub: 1201     11:23     06 Aprel 2020    
Ermənistanın Gümrü şəhər sakini, 1988-ci il təvəllüdlü Eduard Bablumova qarşı ittiham irəli sürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, 2019-cu il dekabrın 23-də, saat 14:00 radələrində döyüş növbətçiliyinə getmək məqsədilə hərbi hissələrinin motoatıcı taborunun nəzarət-keçid məntəqəsinə gəlib.

Bablumov nəzarət-keçid məntəqəsində rəisi olan mayor Hovhannes Qriqoryanla mübahisə edib və mübahisə zamanı H. Qriqoryanın ünvanına cinsi xarakterli söyüşlər səsləndirib.

Bir müddət sonra E. Bablumov döyüş məntəqəsinə qalxmaq məsələsi ətrafında rəisi olan H. Qriqoryanla mübahisə edib və onu döyüb. E. Bablumov H. Qriqoryanın üz nahiyəsinə sağ yumruqla iki dəfə zərbə endirib və onun müxtəlif bədən xəsarətləri almasına səbəb olub.

Əvəllər mühakimə olunmamış Eduard Bablumova qarşı Ermənistan Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsi, 360-cı maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Ona qarşı ehtiyat tədbiri olaraq uzaqlaşmamaq barədə imzaçəkmə seçilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Dava   Özbaşınalıq  

Ermənistanda döyüş məntəqəsinə qalxmaq məsələsi ətrafında mübahisə düşüb və mayor döyülüb

2019/05/80497-1557734208.jpg
Oxunub: 1202     11:23     06 Aprel 2020    