Erməni hərbi qulluqçunun ölümü ilə nəticələnən hadisənin məhkəmə istintaqı başa çatıb

2020/04/Untit-1586154851.jpg
Oxunub: 1373     16:52     06 Aprel 2020    
Ermənistanda Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsində Napoleon Ohanyanın sədrliyi ilə P. Arman işinin məhkəmə istintaqı başa çatıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 41 yaşlı P. Arman ölümcül qəzaya səbəb olduğu və hadisə yerini tərk etdiyi üçün ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 2-ci hissəsi və 244-cü maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə aktına əsasən, 2018-ci il iyulun 29-da, saat 22:30 radələrində P. Arman idarə etdiyi “Qazel” markalı avtomobillə Gorus şəhərinin İrəvan şossesində fəaliyyət göstərən “Zəngəzur” çörək evinin qarşısındakı kəsişmədə sola doğru dönmə edərkən avtomobil hərəkət zolağının qarşı tərəfindən çıxıb, qəza vəziyyəti yaradıb və müqaviləli hərbi qulluqçu B. Vahikin idarə etdiyi “Vaz-2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Vaz-2107” markalı avtomobilin sərnişini, 29 yaşlı müqaviləli erməni hərbi qulluqçu M. Armen ölüb, avtomobilin sürücüsü B. Vahikin isə sağlamlığına orta ağır zərər dəyib. Bundan başqa, baş vermiş qəzadan sonra P. Arman hadisə yerini tərk edərək qaçıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza   Ölüm  

Erməni hərbi qulluqçunun ölümü ilə nəticələnən hadisənin məhkəmə istintaqı başa çatıb

2020/04/Untit-1586154851.jpg
Oxunub: 1374     16:52     06 Aprel 2020    