Goranboyda silah-sursat tapılıb

2020/04/1586007906.jpg
Oxunub: 1630     17:44     04 Aprel 2020    
Goranboy rayonunda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ordu.az -a bildirilib ki, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı oradan 2 ədəd 16 kalibrli ov tüfəngi, 4 ədəd avtomat sandığı, 1 ədəd alışdırıcısı üzərində olmayan “F-1” əl qumbarası, 1 ədəd pulemyot qatarı və 402 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DİN   ANAMA  

Goranboyda silah-sursat tapılıb

2020/04/1586007906.jpg
Oxunub: 1631     17:44     04 Aprel 2020    