Sarkisyan 80-ci illərin silahları barədə danışarkən nəyi nəzərdə tutub?

2020/04/00-13-1585995344.jpg
Oxunub: 1045     10:07     06 Aprel 2020    
80-ci illərin silahları köhnə silahlar demək deyil, ekspertlər təsdiqləyərlər deyə Ermənistanın üçüncü prezident Serj Sarkisyan Aprel döyüşlərinin ildönümündə verdiyi açıqlamasında bəyan edib. O bildirib ki, Berlindəki bəyanatının məqsədi silahların köhnəlməsini göstərmək olmayıb. Sarkisyan Paşinyanı işarə edərək çıxışının manipulyasiya məqsədilə istifadə edildiyini qeyd edib.

Serj Sarkisyan aprelin 6-da Berlində Angela Merkel ilə keçirdiyi birgə mətbuat konfransında 1980-ci illərin silahlanmalarından danışmışdı. Faktın özü də diqqətəlayiqdir, çünki o, hərbi-siyasi, strateji müttəfiq hesab olunan ölkənin (Rusiyanın – red.) paytaxtında, həmin ölkənin başçısı ilə keçirilən görüşdə deyil, bir qurumun (Aİ) aparıcı dövlətinin lideri ilə görüşdə vacib açıqlamalar verir. Ancaq, məhz elə bu, Serj Sarkisyanın sözlərinin təfsiridir.

Erməni siyasi ekspert Aram Amatuni qeyd edib ki, əslində Sarkisyan, beynəlxalq birliyə deyil, beynəlxalq birliyin yanından Rusiyaya müraciət edib.

“Axı, 1990-cı və ya 2000-ci illərin silahlarını Rusiya Azərbaycana milyardlarla dollar dəyərində satırdı. Həmin illərdə Rusiya Azərbaycanın silahlarının 80 faizindən çoxunu tədarük edirdi. Ancaq burada problem təkcə tədarükdə deyil, həm də Bakının silahları kimdən aldığına əhəmiyyət verməməsidir. Məsələn, silahlar Türkiyədən alınmış olsaydı, siyasi dəyəri və gücü Rusiyadan alınanlara bərabər olmayacaqdı, çünki Türkiyə Ermənistanın deyil, Azərbaycanın müttəfiqi idi. Ermənistanın müttəfiqi Rusiya idi və əgər Ermənistanın rəqibi olan düşmənə on milyardlarla dollar dəyərində silah satırsa, bu silahla yanaşı, sözdə bu silahların tətbiqi və ixtiyarı da satılır, başqa sözlə, Ermənistan və (işğal altında olan – red.) Qarabağ arasında parol da satılmış olur.

Ancaq burada əsas məsələ budur ki, niyə Rusiya Ermənistanı 1980-ci illərin silahları, Azərbaycanı isə milyardlarla dollar dəyərində daha müasir silahlarla təmin edirdi. Niyə bu baş vermişdi, burada Ermənistanın məsuliyyəti nədən ibarət idi? İndiki məqamda, əsas məsələ belə bir vəziyyətə yenidən yol verməmək üçün bu məsələni başa düşməkdir.

Bu məsələnin cavabı isə Serj Sarkisyanın hərəkətində, Almaniyaya etdiyi səfərdədir. Bu vəziyyətdə əlbəttə ki, problem birbaşa Almaniyada deyil, bütün yumurtaların bir səbətə yerləşdirilməsinə yol verilməməsi ilə əlaqədardır. Bu mənada bütün təhlükəsizlik və xarici siyasətin bir ölkə, Rusiya üzərində qurulması yolverilməzdir”, - deyə Amatuni qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Serj-sarkisyan   Silah   80-ci-illər  

Sarkisyan 80-ci illərin silahları barədə danışarkən nəyi nəzərdə tutub?

2020/04/00-13-1585995344.jpg
Oxunub: 1046     10:07     06 Aprel 2020    