Erməni politoloq: “Koronavirus Ermənistan hakimiyyətinin böhrana hansı dərəcədə hazırlıqsız olduğunu göstərir”

2020/04/kdnfk-1585995063.jpg
Oxunub: 1944     16:21     04 Aprel 2020    
“Ermənistanda koronavirus faizi baxımından kifayət qədər böyük göstərici bu hakimiyyətin koronavirusa qarşı mübarizə məsələsində gecikdiyi halı ilə əlaqəlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

O bildirib ki, koronavirusa görə tədbirlərin gecikməsinə səbəb başlarının referenduma qarışması idi.

“Paşinyan deyirdi ki, koronavirus kiminsə itidir və bu, bizi qoxuda bilər. Səhiyyə naziri Arsen Torosyan isə Cənubi Koreyadan qayıdarkən jurnalistlərlə zarafat edirdi ki, hər kəs yoluxacaq. Səbəb bəllidir - konstitusiya dəyişiklikləri referendumu idi”, - deyə Bozoyan qeyd edib.

O qeyd edib ki, Ermənistanda əhalinin az olmasına baxmayaraq, Azərbaycan və Gürcüstanla müqayisədə yoluxanların sayı olduqca çoxdur.

“3 milyonluq Ermənistanda yoluxanlar 4 milyonluq Gürcüstandan, 10 milyonluq Azərbaycandan təxminən 4-5 dəfə daha çoxdur. Bu, rüsvayçılıqdır və hazırkı hakimiyyətin böhran şəraitində ölkəni idarə etmək üçün hansı dərəcədə hazırlıqlı olduğunu göstərir”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Koronavirus   Böhran  

Erməni politoloq: “Koronavirus Ermənistan hakimiyyətinin böhrana hansı dərəcədə hazırlıqsız olduğunu göstərir”

2020/04/kdnfk-1585995063.jpg
Oxunub: 1945     16:21     04 Aprel 2020    