Ermənilərin aprel məğubiyyətini ört-basdır edən “Aprel zəfəri”

2020/04/ermen-1585911353.jpg
Oxunub: 4662     14:58     03 Aprel 2020    
Hərbi-siyasi dairələrdəki erməni liderlər arasında uçurumlar dərinləşir

Ermənilər 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədən bəhs edən sənədli film çəkiblər. “News.am” saytında yayılan anonsdan görünür ki, filmdə ancaq 2016-cı ildə hakimiyyət başında olmuş çox az erməni hərbi-siyasi fiqurun fikirləri yer alır.

2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər və Füzuli istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə hücum edən erməni ordusu gözlənilməz zərbələrlə geri oturdulmaqla, 1993-cü ildə işğal etdiyi xeyli sayda coğrafi yüksəkliyi və döyüş mövqelərini itirməsinə rəğmən, sözügedən film “Aprel zəfəri” adlandırılıb. Erməni müəlliflər, ərsəyə gətirdkləri bu efir məhsulunda nəinki məğlubiyyətlərini ört-basdır eləməyə çalışıblar, hətta filmin quruluşu ilə bu günkü erməni siyasi-hərbi dairələri arasındakı fikir ayrılıqlarını, parçalanmanı ortaya qoyublar.

Müəlliflər Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Qarabağ müharibəsində erməni silahlı quldur birləşmələrinə komandirlik etmiş, qondarma qurumun “təhlükəsizlik katibi” Vitali Balasanyan və bu qəbildən olan bir neçə hərbi-siyasi simanın fikirlərinə xüsusi üstünlük veriblər. Filmin əsas qayəsi aprel hadisələrindəki məğlibiyyətin araşdırılması ilə bağlı Ermənistan parlamentində yaradılan istintaq komissiyasının işini şübə altına almaqdan ibarətdir.

Xatırladaq ki, Ermənistanın indiki baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra, 47 nəfər deputatın tələbi ilə Ermənistan parlamentində istintaq komissiyası yaradılıb. Səlahiyyətləri parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyası tərəfindən icra ounacaq bu qurum 2016-cı ilin aprel ayında erməni ordusunun uğursuzluğunun səbəblərini araşdırmaqla məşğuldur.

Maraqlıdır ki, bu istintaq komissiyasının işi başa çatmadan ermənilər tərəfindən çəkilən “Aprel zəfəri” sənədli filminin müsahiblərinin əsasını Ermənistan parlamentindəki komissiya tərəfindən dindirilməyə çağırılanlar təşkil edir.

Əslində, bu filmi, Paşinyan hakimiyyətinin cəzalandırmağa və ümumiyyətlə siyasi sferadan təcrid eləməyə çalışdığı Sarkisyan və ona yaxın dairələrin indiki siyasi hakimiyyətə qarşı əks-hücum planının ilk mərhələsi kimi də qiymətləndirmək olar. Hazırda Ermənistan Xüsusi İstintaq orqanı tərəfindən araşdırılan cinayət işinin istintaq prosesində toplanan sübutlar əsasında Serj Sarkisyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 38-179-cu maddəsində təsbit olunan ictimai təhlükəli əməl törətmə ittihamı irəli sürülüb. İstintaq sənədlərinə əsasən, o, Ermənistan prezidenti olduğu on il ərzində öz səlahiyyət mövqeyindən sui-istifadə edib. Ermənistan Xüsusi İstintaq Xidməti, S. Sarkisyanın, 2013-cü ildə bir qrup vəzifəli şəxs tərəfindən külli miqdarda-489.160.310 dram civarında dövlət vəsaitini mənimsənilməsinə şərait yaratdığını iddia edib.

Filmin və Ermənistandaxili proseslərin əsas simalarından olan Vitali Balasanyan da Ermənistanın baş naziri Nikol Paşinyanın “qara siyahısı”nda olanlar sırasındadır. Bir qrup yaradıcı erməninin təxəyyülündən doğan, uydurmalarla dolu “Aprel zəfəri” filmində V. Balasanyanın da fikirlərinə geniş yer ayrılıb. Diqqət çəkən əsas amillərdən biri də budur ki, filmdə “qəhrəmanlaşdırılan” Balasanyan, Ermənistan Xüsusi İstintaq Xidmətinin təbirincə desək, soyğunçu, korrupsioner Sarkisyan iqtidarının əsas fiqurlarından biri olub Ermənistandaxili cinayətkar oliqarxiyanın üzvlərindən biri sayılır.

Bu gün parçalanmaqda olan Ermənistan cəmiyyətinin böyük bir qismi Sarkisyana və onun komandasına qarşı daha kəskin ittihamların sürüləcəyini gözlədiyi halda, bu komanda yeni-yeni proseslərdə, kütləvi informasiya və təbliğat vasitələrində aktivlik göstərməyə başlayıb. Xüsusən, mahiyyəti bu gün də erməni cəmiyyəti üçün rəsmən açıqlanmayan “1 Mart” hadisələrində əsas tərəflərdən biri S. Sarkisyan və ona yaxın adamların olduğu hamıya bəllidir, amma 10 il əvvəl törədilən bu cinayətin üstünün açılması indiyədək mümkün olmayıb.

Maraqlı bir sual meydana gəlir: Öz ölkəsinin rəsmi dövlət qurumları tərəfindən cinayətkarlıqda ittiham olunan S. Sarkisyan və onun komandasının əleyhinə yetərincə tutarlı sübut olduğu halda, həbs olunmaq əvəzinə, 2016-cı ildə cəbhənin erməni tərəfində heç bir uğurdan söhbət gedə bilməyəcəyi məqamda, gülünc “Aprel zəfəri”ndə Sarkisyana xüsusi yer ayıran yaradıcı qrup nə demək istəyib?

Cavab aydındır. Sarkisyan həm bu film vasitəsilə, həm də son vaxtlar ictimai-siyasi sferada aktivləşməsi ilə özünü və komandasını, çaş-baş hala salınmış erməni cəmiyyətinə fədakar, xilaskar kimi təqdim etməyə çalışır. Paşinyan hakimiyyətinin çoxsaylı boşluqlarını dəqiqliklə qiymətləndirən Serj Sarkisyan böyük ehtimalla yay-payız aylarında rəqibinə qarşı güclü kompaniyaya başlayacaq, siyasi hücumlar təşkil edəcək. Əslində, haqqında danışdığımız “Aprel zəfəri” filminin Sarkisyanın sifarişi əsasında çəkildiyi tam aydın görünür və onun siyasi fəaliyyətinin yeni erasının işartısı rolunu oynayır. Yaxın keçmişə nəzər salaq. Öz sifarişi əsasında çəkilən filmdə, 2016-cı ildəki “uğurları”ndan danışan Serj Sarkisyan Aprel hadisələrindəki biabırçı uğursuzluğa görə, elə 2016-cı ilin aprel-may aylarında bir neçə generalı və yüksək vəzifəli hərbiçini vəzifəsindən uzaqlaşdırmışdı. İndi həmin hərbiçilər parlamentin istintaq komissiyası ilə əməkdaşlıq edir və şübhəsiz ki, Sarkisyanın əleyhinə xidmət göstərəcəklər.

Xatırladaq ki, o vaxt Sarkisyanın bir neçə nəfəri istefaya göndərməsi erməni cəmiyyətində alqışla qarşılansa da, sonradan yalnız həmin şəxslərin aprel döyüşlərinin günahkarları kimi qələmə verilməsi və siyasi fiqurlardan heç kimin məsuliyyətə cəlb edilməməsi öz ətrafında çoxlu sual yaratmağa başladı.
Ermənistanda hökumət dəyişikliyi baş verəndən bir neçə ay sonra müdafiə naziri Seyran Ohanyan aprel döyüşlərinə görə, məsuliyyətin yalnız Müdafiə Nazirliyinin üstünə atılmasının əleyhinə olduğunu və Serj Sarkisyandan siyasi məsuliyyət tələb etdiyini açıqladı. Onun bu bəyanatı ilə Ermənistanın baş naziri Nikol Paşinyanın, işğal olunmuş Azərbaycan torpaqlarının Serj Sarkisyan tərəfindən qarşı tərəfə təhvil verilməsinə hazırlıq görüldüyü barədə çıxışı arasında gizli bağlılığın olduğu şübhəsizdir. Hansı ki, Paşinyanın bu çıxışına ilk reaksiya verənlərdən biri qondarma qurumun sabiq “təhlükəsizlik katibi” Vitali Balasanyan olmuşdu.

“Mən təsadüfi adam deyiləm. Serj Sarkisyan tərəfindən belə bir sənədin olması və mənim xəbərdar olmamağımı istisna edirəm, məni xəbərdar saxlamağa borclu idilər”, - deyə o Paşinyanın fikrinə etiraz eləmişdi. Paşinyan da öz növbəsində, hakimiyyət başına gəldikdən az sonra Sarkisyana yaxınlığı ilə seçilən general Manvel Qriqoryanın həbsinə nail ola bildi.

Generalların həbsindən əndişəyə düşən və Aprel döyüşlərində öz uğursuzluğuna don geyindirməyə çalışan Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan əvvəlcə, Ermənistan ordusunda xidmət etməyənlərin parlamentdəki komissiyada düzgün istintaq aparacağına inamsızlıq nümayiş etdirsə də, sonradan, aprel döyüşlərinə dair özünün ətraflı təhlil və araşdırma apardığını, müvafiq sənədlərin Ermənistan Müdafiə Nazirliyində olduğunu deməklə həm keçmiş komandasını müdafiə etməyə cəhd göstərib, həm də mövud hakimiyyətlə əməkdaşlığa hazır olduğuna eyham vurub.

Nə qədər qəribə olsa da, Sarkisyanın sifairşi əsasında çəkilən “Aprel zəfəri”nin müəllifləri Seyran Ohanyanı ya xatırlamayıblar, ya da onun Sarkisyan kimi uydurma zəfər haqda danışmasına lüzum görməyiblər.. O da ola bilər ki, ona filmdə yer ayrılmasını Sarkisyan istəməyib...

Burada daha bir məqam diqqət çəkir. Aprel döyüşləri zamanı Hovik Abrahamyan da ölkənin baş naziri kimi siyasi məsul şəxs olsa da, Sarkisyan onu və başqa daha yüksək vəzifəli siyasi məmurları istefaya göndərə bilmədi. Hakimiyyət dəyişikliyindən sonra kürsüdən uzaqlaşdırılan Hovik Abrahamyanın hansı siaysi cəbhədə olduğu qaranlıq qalır. Sarkisyanın “Aprel zəfəri”ndə onun da rəyi və münasibəti öyrənilməyib. Qarabağdakı qanunsuz hərbi birləşmənin sabiq komandiri, hazırda Ermənistan Müdafiə Nazirliyində baş hərbi müfəttiş olan Movses Hakobyan aprel döyüşlərində ağır yaralanmış erməni hərbi qulluqçuların dindirilməsini yanlış hərəkət və əxlaqsızlıq adlandırsa da, məlum filmdə onun da fikirlərinə yer ayrılmayıb”.

Nikol Paşinyan parlamentdə yaradılan komissiyanın erməni silahlı qüvvələrinin hadisələrin inkişafına lazımi şəkildə hazır olub-olmadığının müəyyən edilməsi, həmçinin kimisə cəzalandırmaq deyil, Aprel hadisələri kimi vəziyyətin bir daha təkrarlanmamasına zəmanət vermək məqsədi ilə yaradıldığını desə də, komissiyanın siyasi funksiyalarına da dolayısı ilə eyham vurub. O, parlametdə yaradılan bu qurumun siyasi məqsədlərinin hələlik məlum olmadığını bildirsə də, araşdırmalar zamanı Aprel hadisələri ilə bağlı günahkar olanların aşkarlandığı təqdirdə məsuliyyətə cəlb ediləcəyini və cəzaların qaçılmaz olacağını da dilə gətirib. Söz yox ki, bu da Paşinyan hakimiyyəti üçün ən təhlükəli, həm də potensial rəqib olan Serj Sarkisyan və onun komandasının zərərsizləşdirilməsinə hesablanıb. Serj Sarkisyan da bunu görməmiş deyil və fəaliyyətini rəqibinin kombinasiyalarını vaxtında qabaqlamağa yönəldib.

Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan da parlamentdə istintaq komissiyasının Paşinyanın istəyinə uyğun olaraq yaradılmasını istisnasız olaraq, siyasi proseslərlə əlaqəli olan siyasi akt kimi qiymətləndirib.

Bir çox erməni ekspert və siyasi xadimin fikrincə, “Mənim Addımım” fraksiyasının, təmiz keçmişə malik olmayan üzvü, müdafiə daimi təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryanın yeni komissiyaya da rəhbərlik etməsi işin gedişində problemlər yaradacaq. Çünki onun Serj Sarkisyana münasibəti birmənaldır və açıqlamalarının birində, zərurət olduğu halda Serj Sarkisyanı da istintaq dindirilməsinə dəvət edə biləcəklərini bildirmişdi.

1992-1995-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş, general-leytenant Norat Ter-Qriqoryants isə Ermənistan parlamentində Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının üzvü kimi gördükləri işi absurd adlandırıb. O deyib ki, vəzifədə olduğu illərdə siyasətdə iştirak etmək istəsə də, bu fikirdən vaz keçib: “Mən belə bir siyasi prosesdə iştirak etmək istəmirəm. Siyasət guya səhvə yol vermiş generalları, komandirləri və zabitləri qınayır. Təbii ki, cəbhədə səhvlər olur, lakin onlar cinayətkar deyillər”.

Aprel döyüşləri zamanı Azərbaycan silahlı qüvvələrinin kifayət qədər gücə malik olduğuna işarə edən general digər erməni hərbi-siyasi fiqurlardan fərqli olaraq Qarabağdakı mövqelərini sərhəd adlandırmayıb: “Onların qarşısında cəbhə xəttini qoruyanlar dayanmışdı. Komissiya üzvləri orada nə axtarırlar? Bir insan xəyanət edirsə, onu mühakimə edirlər, bir adam müharibə aparırsa, onun düşməndən daha az gücü varsa, onu mühakimə etmirlər, dəstəkləyirlər, güc və imkanlar verirlər. Bizim məntiqimiz isə təhrif olunur”.

Bu da, onu deməyə əsas verir ki, Paşinyanın Aprel hadisələri ilə bağlı yürütdüyü siyasət, həmçinin onun diktəsi və göstərişi ilə bu hadisələr haqda hazırlanan təbliğat-təşviqat materialları Ermənistandakı ayrı-ayrı hərbi siyasi qruplaşmalar tərəfindən heç də normal qarşılanmır. Məhz, elə bu səbəbdən də, “Aprel zəfəri”nin ərsəyə gətirilməsi ilə Sarkisyanın Paşinyana və onu siyasi tərəfdarlarına eyham vurduğunu hesab eləmək olar.
Ermənistan Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general-leytenant Norat Ter-Qriqoryantsın Aprel hadisələrini araşdıran istintaq komissiyası ilə bağlı açıqlamasına yenidən diqqət yetirək:

- “Siyasət guya səhvə yol vermiş generalları, komandirləri və zabitləri qınayır. Təbii ki, cəbhədə səhvlər olur, lakin onlar cinayətkar deyillər”- söyləyən general açıq şəkildə olmasa da, sətiraltı şəkildə Ermənistan siyasi hakimiyyətinə Azərbaycanı misal göstərib. Çünki, Aprel döyüşlərindən sonra Azərbaycanda heç bir ayrıseçkilik, siyasi, hərbi-siyasi dairələrində fikir ayrılığı, parçalanma qeydə alınmadı. Əksinə, Azərbaycan cəmiyyətində Qarabağ məsələsi ilə bağlı mövcud olan həmrəylik daha da möhkəmləndi. Döyüşlərdə iştirak etmiş bütün hərbiçilərə ən yüksək səviyyədə ehtiram göstərildi.

“Bir adam müharibə aparırsa, onun düşməndən daha az gücü varsa, onu mühakimə etmirlər, dəstəkləyirlər, güc və imkanlar verirlər”-bu ifadə ilə də general-leytenant Norat Ter-Qriqoryantsın öz hökumətinə düşmən bildikləri Azərbaycandan nümunə götürməyi tövsiyyə etmiş kimi görünür.

Eləcə də, aprel hadisələri zamanı Azərbaycan və Ermənistan cəmiyyətlərinin müharibəyə münasibəti özünü çox aydın şəkildə göstərdi. Erməni xalqı küçələrə axışıb siyasi hakimiyyəti və hərbi rəhbərliyi lənətləyəndə, Azərbaycanda hər kəs ordu ilə bir sırada dayandığını və torpaqların işğaldan azad edilməsi üçün əlindən gələni etməyə hazır olduğunu bildirirdi.

Eləcə də, ədəbi-bədii, digər incəsənət sahələrində də ermənilər tələm-tələsik ərsəyə gətirdikləri yaradıcılıq məhsulları ilə cəmiyyətin diqqətini cəbhədə uğradıqları məğlubiyyətdən yayındırmağa çalışdılar. Son dörd il ərzində xeyli sayda sənədli, sənədli-bədii, bədii filmlər istehsal edən erməni rejissorlar Aprel döyüşləri haqda uydurduqları yalanlarla, həmin döyüşlərdə ciddi sarsıntı keçirmiş erməni hərbiçilərin Azərbaycan Ordusunun gücü və döyüş bacarığı haqda söylədiyi səmimi fikirləri və öz ordularının üzləşdiyi çoxsaylı itkiləri ört-basdır edə bilmədilər. Azərbaycanda isə sözün həqiqi mənasında Aprel Zəfərindən bəhs edən bütün incəsənət-yaradıcılıq məhsulları tam həqiqətə söykəndi, real faktlar əsasında hazırlandı. Çünki azərbaycanlı yaradıcı şəxslər və qruplar erməni həkmkarlarından fərqli olaraq siyasi hakimiyyətin təzyiqi altında fəaliyyət göstərmədi. Əslində, buna heç zərurət də yox idi.

Çünki Aprel döyüşlərinin baş verdiyi günlərdə Azərbaycan cəmiyyəti tam ayaq üstə idi, hər kəs bir nəfər kimi cəbhəyə yollanmağa müntəzir dayanmışdı. Hətta adi vaxtlarda Azərbaycan siyasi hakimiyyətinə müxalif mövqedə dayanan partiya və təşkilatlar belə dövlət və dövlətçilik naminə siyasi rəqiblərinin yanında olduqlarını, ölkədə təfriqə yaratmaq istəyənlərə qarşı birgə mübarizə aparacaqlarını bəyan etdilər. Təbii ki, bu faktın özü də Azərbaycan və erməni xalqlarının alt şüurunda formalaşan düşüncələrin fərqini ortaya qoydu. Həmin ərəfədə Xankəndi də daxil olmaqla, işğal altındakı Azərbaycan torpaqlarında yaşayan və burada zorla məskunlaşdırılmış erməni ailələri Ermənistana qaçmağa başlamışdı. Amma Azərbaycanın hər yerindən gənc və orta yaşlı nəslin nümayəndələri cəbhə bölgələrinə axın edir, ictimai-siyasi qurumların təmsilçiləri ön xətdə qulluq edən hərbiçiləri ziyarətə gedirdilər. Bununla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılar da doğma vətəndə baş verən prosesləri yaxından izləyir, zərurət olduğu halda topraqların işğaldan azad edilməsində iştirak etmək üçün Azərbaycana qayıtmağa hazır olduqlarını bildirirdilər. Eləcə də, hadisələrin gedişində Ermənistan rəhbərliyi məğlubiyyətin fonunda sıravi ermənilərin qınaq və tənqidlərindən yayınmağa çalışdıqları halda, Azərbaycanda dövlət və hökumət adamlarının xalqın arasında olması, prosesləri əhatə edən mövzuların müzakirəsinə qoşulması, şəhid olmuş Azərbaycan hərbiçilərinin dəfnində iştirak etməsi müharibə vaxtı Azərbaycan və Ermənistan cəmiyyətlərindəki ictimai-siyasi mühitlərin bir-birindən nə qədər fərqləndiyini açıq-aşkar göstərirdi.

Aprel hadisələri ərəfəsində ədəbi-bədii mühitdə, incəsənət sahəsində, yaradıcılıq sferalarında çoxlu sayda əsərlər, yaradıcılıq nümunələri meydana gəldi ki, burada da, Vətənə, dövlətə, dövlətçiliyə, əsgərə, torpaqları işğaldan azad etmək amalına sadiqlik, bu istiqamətdə həmrəylik nümayiş etdirildi. Bir sözlə, Azərbaycan ədəbi mühitində, musiqi, film, kino sahəsində ərsəyə gələn bütün yaradıcılıq məhsulları pafosdan uzaq, mənəvi dəyərlərdən qaynaqlanaraq ortaya qoyuldu. Elə indi də, heç bir təbliğat-təşviqat materialı olmadan Azərbaycan xalqı işğal altındakı toprpaqlarının azad edilməsi üçün dövlətlə birgə çiyin-çiyinə dayanmaqdadır.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Aprel-döyüşləri  

Ermənilərin aprel məğubiyyətini ört-basdır edən “Aprel zəfəri”

2020/04/ermen-1585911353.jpg
Oxunub: 4663     14:58     03 Aprel 2020    