Aprel döyüşlərindən 4 il sonra Ermənistan nə edib?

2019/07/5765_-1564558347.jpg
Oxunub: 1396     17:34     02 Aprel 2020    
“2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayan geniş miqyaslı əməliyyatlardan 4 il keçib. Aprelin 5-i saat 12:00 radələrində atəşkəs elan olunub və hərbi əməliyyatlar dayandırılıb. Bu əməliyyatlar nəticəsində erməni tərəfi hektarlarla ərazi itirib”.

Ordu.az xəbər verir ki, bu, Ermənistanın “Joğovurd” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müəllif qeyd edir ki, bu ərazini tutmaq üçün Ermənistan tərəfi 4 il əvvəl və sonra hətta heç bir cəhd belə etməyib.

“Lakin aprel günlərinin kədərli xəbəri təkcə bu deyil. Xatırlayırsınızsa, Aprel döyüşlərindən 3 il sonra, yəni 2019-cu il aprelin 2-də, müharibənin ildönümündə, Yerablur hərbi panteonunda avtomobillər talan olunmuşdu. Talan olunmuş avtomobillərin arasında Aprel döyüşləri zamanı ölmüş Armenak Urfanyanın xalası oğlunun avtomobili də olub.

Əlbəttə, həmin vaxt Ermənistanın keçmiş polis rəisi Valeri Osipyan bildirmişdi ki, avtomobillərdən oğurluq etmək ittihamı ilə şübhəlilər var, lakin bu günə qədər bu iş aşkara çıxarılmayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları oğurluğun müəlliflərini aşkara çıxara bilmədiyi üçün bu cinayət işinə xitam verilib. Razılaşın ki, bu, hüquq-mühafizə orqanları üçün utancdır”, - deyə məqalə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənsitan   Aprel-döyüşləri  

Aprel döyüşlərindən 4 il sonra Ermənistan nə edib?

2019/07/5765_-1564558347.jpg
Oxunub: 1397     17:34     02 Aprel 2020    