Ermənstan MTX, Hərbi Polis və FHN qüvvələri polis qüvvələrinə əlavə olunacaq

2020/04/1585819696.jpg
Oxunub: 1407     16:10     02 Aprel 2020    
“Bildiyiniz kimi, martın 31-də müzakirə etdik və bəzi düzəlişlərlə, sərtləşmələrlə hərəkət məhdudiyyətləri və iqtisadi fəaliyyət növləri məhdudiyyətlərini 10 günlük uzatmaq qərarına gəldik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki,bunu Ermənistanın komendant ofisinin rəhbəri Tiqran Avinyan ofisin son iclası zamanı deyib.

O qeyd edib ki, bu qərara düzəliş etmək və boşluqları doldurmaq lazımdır.

“Lakin Ermənistan ərazisində ümumi mənada vilayətlərarası hərəkətlər ciddi şəkildə məhdudlaşdırılacaq. İş yerini ziyarət edən şəxslər üçün də yeni məhdudiyyətlər rejimi tətbiq olunur. Sabahdan etibarən bu şəxslərin iş yeri ilə bağlı məlumatları təsdiq edən və işəgötürən tərəfindən verilən vərəqələri olmalıdır.

Qeyd etməliyəm ki, nəzarəti daha səmərəli edə bilməyimiz üçün Milli Təhlükəsizlik Xidməti, Hərbi Polis, Fövqəladə Hallar Nazirliyi qüvvələri polis qüvvələrinə əlavə olunacaq.

Həmçinin bildirim ki, martın 31-i axşam parlament fövqəladə vəziyyətlə bağlı bir qanun layihəsi qəbul etdi. Bu, bizə virus daşıyıcısı ilə ünsiyyətdə olma ehtimalı olan şəxslərin əhatəsini ən qısa müddətdə süzgəcdən keçirməyə imkan verəcək.

İctimai nəqliyyatın işi də məhdudlaşdırılır. İctimai nəqliyyat tam gücü ilə işləməsə də, hazırda dəmir yolundan başqa hər hansı digər nəqliyyat işləməməlidir”, - deyə Avinyan qeyd edib.

İclasda iştirak edənlər xüsusi nəzarət-buraxılış məntəqələrinin quraşdırılması, dezinfeksiya və epidemiya əleyhinə tədbirlər, eləcə də digər addımlarla bağlı məsələləri müzakirə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MTX   Hərbi-Polis   Ermənistan  

Ermənstan MTX, Hərbi Polis və FHN qüvvələri polis qüvvələrinə əlavə olunacaq

2020/04/1585819696.jpg
Oxunub: 1408     16:10     02 Aprel 2020    