Xaçaturov Aprel döyüşlərini araşdıran komissiyaya gəlməməklə Sarkisyanı qoruyur?

2020/03/Untit-1585546547.jpg
Oxunub: 1056     10:03     02 Aprel 2020    
Aprel döyüşlərinin detallarını araşdıran Ermənistan parlamentinin istintaq komissiyasının sədri Andranik Köçəryan bu yaxınlarda Yuri Xaçaturovun yazılı cavabını alıb. Xaçaturov cavabında qeyd edib ki, komissiyaya gəlməyəcək.

Xatırladaq ki, Andranik Köçəryan o günlərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutan Yuri Xaçaturova yazılı təklif göndərmişdi.

Bunu fakt kimi qəbul edək və qeyd edək ki, parlament istintaq komissiyası kimisə “həbs etmək” və ya başqa sanksiya tətbiq etmək səlahiyyətinə malik deyil. Çox güman ki, komissiya Xaçaturovun gəlməyəcəyi faktı ilə barışacaq.

Ermənistan Müdafiə Nazirliyinin bir çox indiki və keçmiş vəzifəli şəxslərinin parlamentdə iştirak etdiyi, saatlarla deputatların suallarına cavab verdiyi halda istefada olan generalın bu cür “boykot”a getdiyini başa düşmək maraqlıdır.

Əlbəttə, bəziləri Xaçaturovun “1 Mart” işi üzrə müttəhim kimi adının hallandığını söyləyə bilər, başqa sözlə desək, o, özünü artıq “mühakimə olunmuş” hesab edir və buna görə də istintaq komissiyasına gəlməyəcək.

Lakin bu arqument inandırıcı görünə bilməz, çünki “1 Mart” işi üzrə digər bir müttəhim, Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan komissiyanın iclasında iştirak edib. Yeri gəlmişkən, Seyran Ohanyan başqa korrupsion fəaliyyətlə də ittiham olunur.

Burada qeyd etmək lazımdır ki, Yuri Xaçaturov hansısa qəhrəmanlıq epizodu təqdim etmək imkanına malik olsaydı, yaxud deputatların suallarının onu pis vəziyyətə qoymayacağından əmin olsaydı, əksinə, istintaq komissiyasının iclasında iştirak etmək Xaçaturovu “təmizləyə” bilərdi.

Güman etmək olar ki, Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisini istintaq komissiyasına gəlməməyə hansısa risklər, narahatlıqlar məcbur edib. Bəlkə də o, bu addımla Serj Sarkisyanı “xilas edib”, çünki həmin Andranik Köçəryan Xaçaturovun dinlənilməsindən sonra növbənin Ermənistanın üçüncü prezidentinə çatacağını gizlətməmişdi.

İndi Serj Sarkisyan istintaq komissiyasına gəlməmək bəhanəsi alıb, ekstremal vəziyyətdə gələ və konkret sualların cavablarını bilmədiyini söyləyərək Yuri Xaçaturov üzərində hər şeyi çətinləşdirə bilər. Görünür Xaçaturovun gəlməməsi istintaq komissiyasını çıxılmaz vəziyyətə salıb, lakin başqa versiyaya keçmək hüququ yoxdur. Xaçaturov və ya Serj Sarkisyan parlamentə gəlmirlərsə, dolayı yolla erməni cəmiyyəti arasında yayılmış Aprel döyüşləri vaxtı qoşunların hazırlığı məsələsindən tutmuş xarici siyasət komponentinə qədər heç nəyin qaydasında olmadığı düşüncəsini təsdiq edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Xaçaturov   Aprel-döyüşləri  

Xaçaturov Aprel döyüşlərini araşdıran komissiyaya gəlməməklə Sarkisyanı qoruyur?

2020/03/Untit-1585546547.jpg
Oxunub: 1057     10:03     02 Aprel 2020    