Rusiyalı hərbi ekspert: “Koronavirus problemi Qarabağ münaqişəsi zonasında qarşıdurmanı zəiflədəcək”

2019/03/34534-1553692329.jpg
Oxunub: 1703     16:40     30 Mart 2020    
“Koronavirus problemi həll olunmayınca, Dağlıq Qarabağ ətrafında hərbi risklər problemi böyük ehtimalla getdikcə ağırlaşacaq, bu şəraitdə isə aktiv hərbi əməliyyatlar olmayacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus hərbi ekspert Vladimir Yevseyev deyib.

O qeyd edib ki, bu səbəb cəbhə xəttində qarşıdurmanı müəyyən bir müddət, ən azından bu problemin həllinə qədər zəiflətməlidir.

“Bilirsiniz, düşünürəm ki, fərziyyə və təsəvvür etməyə ehtiyac yoxdur. Ermənistanın ciddi problemi var, Rusiyanın da var, Azərbaycanın da. Bu problemin necə həll olunacağı hələlik bəlli deyil. Düşünürəm ki, koronavirusla bağlı bu qeyri-müəyyənlik müddətində böyük ehtimalla Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi olmayacaq. Koronavirus problemi Qarabağ münaqişəsi zonasında qarşıdurmanı zəiflədəcək. Bu, mənim şəxsi baxışımdır”, - deyə rus hərbi ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Münaqişə   Koronavirus  

Rusiyalı hərbi ekspert: “Koronavirus problemi Qarabağ münaqişəsi zonasında qarşıdurmanı zəiflədəcək”

2019/03/34534-1553692329.jpg
Oxunub: 1704     16:40     30 Mart 2020    