Serj Sarkisyanın Köçəryana arxadan vurduğu güclü zərbə

2020/03/Untit-1585479412.jpg
Oxunub: 882     12:55     02 Aprel 2020    
“Birinci istansiya məhkəməsi tərəfindən vəsatətimizə baxılmamasının Avropa Konvensiyasına zidd hesab edilməsi ilə bağlı Apellyasiya məhkəməsinə müraciət edəcəyəm. Apelyasiya məhkəməsinin özü vəsatətimizi araşdırsın və onu təmin etsin”.

Bu barədə keçirdiyi mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkillərindən biri olan Hayk Alumyan bildirib.

O, Ermənistanın 3 keçmiş baş nazirinin və qondarma qurumun keçmiş “rəsmilərindən” birinin lazımi prosedur zəmanətlərini yazılı verməyə hazır olduqlarını nəzərə alaraq, Köçəryanın həbs qətimkan tədbirinin zaminliyə buraxılması ilə bağlı vəsatət verdiklərini xatırladıb.

Məhkəmə prosesi hakim Anna Danibekyanın səhhəti ilə əlaqədar baş tutmayıb. İndiyə qədər məqsədyönlü şəkildə məhkəmə proseslərinin uzadılmasında maraqlı olan Köçəryanın vəkillərini yaranmış şərait qane etmir. Hazırda onlar hətta hakimin səhhətində yaranan vəziyyəti, eyni zamanda koronavirus epidemiyasına baxmadan, sürətli məhkəmə iclasının keçirilməsini tələb edirlər.

“Əlbəttə ki, fövqəladə vəziyyət məhkəmə orqanlarının işinə mane olmamalıdır və rəsmi olaraq, Köçəryanın müdafiəçilərinin öz müştərisinin maraqları uğrunda mübarizə aparmaq üçün qanuni bir hüquqa malikdirlər.

İndi vəkillərin davranışlarına və ya tələblərinin motivləri və əsaslarına toxunmaq istəmirəm. Amma Köçəryan komandasının arqumentlərinin hökumət tərəfindən deyil, dostu Serj Sarkisyanın tərəfindən əsaslı şəkildə məhv edildiyini qeyd etməyə bilmərəm”, - deyə erməni siyasi ekspert Sarkis Artsruni bildirib.

Serj Sarkisyanın müdafiəçilərindən biri Amram Makinyan öz “Facebook” səhifəsində yazaraq bildirib ki, qarşıdakı məhkəmə iclasının təxirə salınması üçün məhkəməyə ərizəylə müraciət edib.

“Ermənistanda yaranmış epidemiya vəziyyəti ilə əlaqədar olaraq, bu gün İrəvan şəhər 1-ci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək, 26 mart saat 15:30-a təyin edilən Ermənistanın üçüncü prezidenti Serj Azatoviç Sarkisyanın iştirakı ilə baş tutacaq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişəm” - deyə vəkil “Facebook” səhifəsində bildirib.

Sarkisyanın vəkilinin fövqəladə vəziyyətin məhkəmə iclasına mane ola bilməyəcəyini bilməsi şübhəsizdir, lakin onun vəsatətinin rasional xarakter daşıdığı eyni dərəcədə danılmazdır.

“Səs-küylü ictimai maraq daşıyan məhkəmə prosesləri izdihamla müşayiət olunmaya bilməz. Buna görə də infeksiyanın yayılmasına kömək edə bilər. Əgər keçmiş hakimiyyət Serj Sarkisyanın və onun müdafiəçisinin motivlərinin rasional olduğunu qəbul edirlərsə, o halda eyni prinsip ən azı ictimai rezonansın tərkib hissəsi olan 3-cü prezidentin təklifindən heç də geri qalmayan Robert Köçəryanın məhkəməsinə də aid ola bilər.

Maraqlıdır ki, Serj Sarkisyanın müdafiəçisinin verdiyi açıqlama Köçəyanın komandası tərəfindən keçirilən mətbuat konfransı kontekstində verilib. Həmin mətbuat konfransında isə mahiyyətcə məhkəmə prosesinin sürətli şəkildə keçirilməsi tələb olunurdu. Serj Sarkisyan bilərəkdən və ya bilmədən Köçəryan və onun komandasının arqumentlərini təndirə atdı. Bununla da Serj Sarkisyan öz dostuna arxadan güclü zərbə endirmiş oldu”, - deyə Artsruni bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sarkisyan   Köçəryan  

Serj Sarkisyanın Köçəryana arxadan vurduğu güclü zərbə

2020/03/Untit-1585479412.jpg
Oxunub: 883     12:55     02 Aprel 2020    