Ermənistan Hərbi Polisinin yeni rəisi kim ola bilər?

2020/03/6194e-1585478789.jpg
Oxunub: 996     11:43     06 Aprel 2020    
Məlum olduğu kimi, bir müddət ordudakı idarə olunmaz vəziyyətə görə Ermənistan Müdafiə Nazirliyinin müvafiq şöbələrinin vəzifəli şəxsləri vəzifələrindən azad edildi. Xüsusilə, hərbi polisin rəisi Artur Bağdasaryan vəzifəsindən azad edildi və hərbi polis rəisinin əməliyyat üzrə müavini Aleksandr Ağacanyan hərbi polis rəisinin vəzifəsinin müvəqqəti icraşısı təyin edildi.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyində həmin vəzifəyə təyinatda başqa bir namizədin adı da müzakirə olunur.

Əvvəlcə Ağacanyanın Hərbi Polisdə necə peyda olması barədə məlumat verək. Mediada yayılan məlumatlara görə, o, Artur Bağdasaryanın ürəyincə olmasa da Ağacanyan Ermənistan Müdafiə naziri David Tonoyan hesabına hərbi polisdə peyda olub və təyinat alıb. Fevralın 29-dan bəri hərbi polis əməkdaşları əməliyyat sistemli avadanlıqlarla mobil telefonların (smartfonlar) aşkar edilməsi istiqamətində qəfl yoxlamalar aparırlar.

Bu günə qədər mindən çox telefon aşkar edilib və qeydiyyata alınıb. Yoxlamalarla yanaşı, bir sıra hərbi hissələrdə hərbi hüquq mühafizə orqanlarının nümayəndələri Ermənistan Silahlı Qüvvələrində cinayətkar submədəniyyətə qarşı mübarizədə, şəxsiyyətlərarası münasibətlərdə hərbçilərin hüquqi şüurunun artırılması istiqamətində izahat işləri aparıblar.

Ağacanyan öz vəzifəsini icra etməyə cəhd etdiyi və hərbi polis rəisi vəzifəsində qalmaq üçün mümkün olan hər şeyi etməyə çalışarkən, Ermənistan MN-də hərbi polis rəisi vəzifəsinə təyin olunmaqda başqa bir namizədin adı müzakirə olunur. Məlumata görə, Xilasetmə Xidmətinin keçmiş direktoru Artak Nahapetyanın da adı Müdafiə Nazirliyinin hərbi polis rəhbəri vəzifəsində təyinatı müzakirə olunur.

Bəs, Artak Nahapetyan kimdir? 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyan Artak Nahapetyanı Xilasetmə xidmətinin direktoru vəzifəsindən azad edib. Mətbuatın yazdığına görə, Nahapetyanın işdən çıxarılmasına işçilərin etirazı səbəb olub.

Məsələ ondadır ki, 2019-cu ildə Ermənistan Fövqəladə Hallar Nazirliyində əsl fövqəladə vəziyyət var idi, bir çox əməkdaş fövqəladə hallar naziri Feliks Tsolakyanı zəif lider adlandırmaqla ondan şikayətlənirdi. Etiraz edənlər arasında Nahapetyanın çox sayda işçisi də vardı. Nazir Nahapetyanın öz heyətini susdurmaq iqtidarında olmadığı, təxribat törətdiyini hesab etdiyi üçün bu məsələnin Nahapetyanın istefasına səbəb olduğu deyilirdi. Qeyd edək ki, Nahapetyan Davit Tonoyanın Fövqəladə Hallar naziri təyin edilməsindən sonra Xilasetmə Xidmətinin rəhbəri təyin edilmişdi. Tonoyan Nahapetyanı uzun illər müdafiə nazirinin müavini işlədiyi dövrdə Ermənistan MN-dən FHN-ə aparmışdı. Nahapetyanın tərcümeyi-halından məlum olur ki, 1994-cü ildə Silahlı Qüvvələrdə xidmət edib, əmək fəaliyyətinə taqım komandir kimi başlayıb, polkovnik rütbəsinədək çatıb. Nahapetyanın Ermənistan Müdafiə Nazirinə yaxın olduğu üçün Müdafiə Nazirliyinin hərbi polisinə rəhbər təyin ediləcəyi də istisna edilmir.

Erməni jurnalistlər hərbi polis rəhbəri təyinatı barədə ona təklif edilib-edilmədiyini öyrənmək üçün keçmiş Xilasetmə Xidmətinin direktoru Artak Nahapetyan ilə əlaqə saxlayıb.

“Heç vaxt belə söhbətlər etməmişəm. Xilasetmə Xidmətinin direktoru vəzifəsindən azad edilmişəm, indi dincəlirəm, heç bir işlə məşğul deyiləm, belə söhbətlərdə də iştirak etmirəm. Mən David Tonoyanın yaxın dostu deyiləm, xidmət etdik, o mənim yuxarı rəisim, mən onun tabeliyində idim.Vəssalam”, - deyə o qeyd edib.

Hərbi polis rəisi vəzifəsinə təyinat barədə təklif olacağı təqdirdə razı olub olmayacağına dair suala Nahapetyan belə cavab verib: “Ali baş komandan məni işdən çıxararkən demişəm, hər hansı bir vəzifəyə uyğun görərsə, əmr verilsə, 25 il xidmət etmişəm, xidmətimi davam etdirəcəyəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hərbi-Polis   Özbaşınalıq   Təyinat  

Ermənistan Hərbi Polisinin yeni rəisi kim ola bilər?

2020/03/6194e-1585478789.jpg
Oxunub: 997     11:43     06 Aprel 2020    