Daşnaksütun rəsmisi: “Qarabağa verilən yardımın dayandırılması haqqında qərar ABŞ-ın yekun mövqeyi deyil”

2020/03/1585470361.jpg
Oxunub: 775     10:24     02 Aprel 2020    
Xəbər verdiyimiz kimi, Tramp administrasiyası işğal altında olan Qarabağda həyata keçirilən minatəmizləmə proqramına xitam verilməsi ilə bağlı qərar qəbul edib.

Daşnaksütun Bürosunun siyasi məsələlər ofisinin rəhbəri Kiro Manoyan bildirib ki, qərar ABŞ-ın yekun qərarı deyil.

“Qarabağa verilən yardımın dayandırılması haqqında qərar ABŞ-ın yekun mövqeyi deyil, yalnız icra hakimiyyətinin mövqeyidir, qanunverici hakimiyyət hələ təsdiq etməlidir. Ən azından bu günə qədər bu, belə deyil, çünki büdcənin təsdiq olunması prosesi hələ davam edir. Qanunverici hakimiyyət büdcəni təsdiq etməlidir”, - deyə o bildirib.

Manoyan qeyd edib ki, bu proses ən azı bir neçə ay davam edəcək, büdcə hər ilin oktyabr ayında hesablanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   ABŞ   Ermənistan   İşğal  

Daşnaksütun rəsmisi: “Qarabağa verilən yardımın dayandırılması haqqında qərar ABŞ-ın yekun mövqeyi deyil”

2020/03/1585470361.jpg
Oxunub: 776     10:24     02 Aprel 2020    