Erməni politoloq: “ABŞ hökumətinin qərarı Ermənistan-ABŞ əlaqələrinin hazırkı keyfiyyəti haqqında danışır”

2020/03/543-1585470256.jpg
Oxunub: 1459     15:48     02 Aprel 2020    
“ABŞ hökuməti tərəfindən minatəmizləmə proqramı çərçivəsində Qarabağa (qondarma qurum – red.) edilən maliyyə yardımını dayandırmaq haqqında qərar Ermənistan-ABŞ əlaqələrinin hazırkı keyfiyyəti haqqında danışır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu tətbiqi siyasət və araşdırmalar mərkəzinin eksperti, erməni politoloq Hasmik Vardanyan bildirib.

Onun sözlərinə görə, ABŞ hökumətinin bu qərarını yalnız işğal altında Qarabağda minatəmizləmə işlərinin başa çatması ilə əlaqələndirmək o qədər də doğru deyil.

“Minatəmizləmə işlərini həyata keçirən “Halo Trust” təşkilatı 2019-cu ildə Mardakert (Ağdərə - red.) rayonunda minalanmış yeni ərazilərin tapılması haqqında məlumat verdi, bu ərazinin minadan təmizlənməsi üçün daha bir il tələb olunurdu”, - deyə Vardanyan qeyd edib.

Erməni ekspertin sözlərinə görə, yardımın dayandırılması qərarına Azərbaycan lobbisinin təsiri az olmayıb.

“Azərbaycan lobbisi bu istiqamətdə kifayət qədər fəal işləyib. Azərbaycan ABŞ tərəfindən Qarabağda 2000-ci ildən etibarən həyata keçirilən bu proqrama qarşı hər zaman mübarizə aparıb. Hesab edirəm, Azərbaycan lobbisinin bu il niyə uğur qazandığı bəllidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Ermənistan  

Erməni politoloq: “ABŞ hökumətinin qərarı Ermənistan-ABŞ əlaqələrinin hazırkı keyfiyyəti haqqında danışır”

2020/03/543-1585470256.jpg
Oxunub: 1460     15:48     02 Aprel 2020    