Erməni politoloq: “Ermənistan hökuməti tənqid etməyə icazə verməmək niyyətindədir”

2020/03/13131-1585468099.jpg
Oxunub: 1209     16:50     01 Aprel 2020    
“Fövqəladə vəziyyətlərdə hökumət böyük səlahiyyətlər alır, hətta müvəqqəti olaraq qanunvericilik hakimiyyəti funksiyalarını öz üzərinə götürə və dekretlər dərc edə bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan Ermənistanda elan olunmuş fövqəladə vəziyyət və onunla bağlı yaranmış şərait haqqında danışarkən deyib.

O qeyd edib ki, konkret materialların çaxnaşma yaratması, ictimaiyyətə məlumat verməsi və hətta hökumətin fəaliyyətini tənqid etməsi başqa məsələdir.

“Komendant ofisinin kütləvi informasiya vasitələrini uzaqlaşmağa məcbur etməsi ilə bağlı Hrant Baqratyanın materialında çaxnaşmaya səbəb olan məlumat tapmadım. Yalnız əsaslandırılmış şəkildə hökumətin fəaliyyəti və ya fəaliyyətsizliyi tənqid olunur. Ermənistan hökuməti tənqid etməyə icazə verməmək niyyətindədir. Əlbəttə, bu, qəbulolunmazdır. Aydındır ki, onların göstərişlərini ilk növbədə hökumət üzvləri icra etməlidirlər. Görürük ki, bəzən məhz onlar bunu icra etmirlər. Səhiyyə nazirinə gəldikdə, onun məhkəmələrin qərarına tabe olmamaq haqqında bəyanatı hələ böyük nəticələr verəcək. Ya o cəzalandırılmalıdır, ya da biz hamımız hökumət üzvünün nümunəsini izləmək hüququ alırıq. Bu cür anti-dövlət təzahürləri ən ciddi şəkildə cəzalandırılmalıdır, başqa variant yoxdur”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Erməni politoloq: “Ermənistan hökuməti tənqid etməyə icazə verməmək niyyətindədir”

2020/03/13131-1585468099.jpg
Oxunub: 1210     16:50     01 Aprel 2020    