Ermənistan ordusunun sürücüsü qəza törədib: yaralı var

2020/03/9d3ee-1584793262.jpg
Oxunub: 1014     14:50     21 Mart 2020    
Martın 21-də, saat 07:00 radələrində Ermənistanın Sünik vilayətində, Meğri-İrəvan avtomobil yolunun 160.8 km hissəsində Armavir vilayəti sakini, 61 yaşlı H.Hovhannesin idarə etdiyi "Kamaz" markalı (Ermənistan Müdafiə Nazirliyinə məxsus) "ՊՆ 3294 Տ" nömrəli avtomobillə Sünik vilayəti sakini, 59 yaşlı A.Borisin idarə etdiyi "Vaz 2107" markalı "36 AՏ 040" nömrəli avtomobil toqquşub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, baş vermiş hadisə nəticəsində "07" markalı avtomobilin sürücüsü A.Boris müxtəlif bədən xəsarətləri alaraq Gorus tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, qəzaya səbəb pis hava şəraiti olub. Hava şəraiti dumanlı olub və "Kamaz" markalı avtomobilin Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində işləyən sürücüsü yolun əks tərəfinə necə çıxdığını görməyib, nəticədə qəza baş verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ordu   Qəza  

Ermənistan ordusunun sürücüsü qəza törədib: yaralı var

2020/03/9d3ee-1584793262.jpg
Oxunub: 1015     14:50     21 Mart 2020    