Bank yaran ermənistanlı hərbçilər istintaqa cəlb olunub

2018/04/timthumb4566_1521024782_1521304291_1521706045_1522652463_1522673548_1522932947.jpg
Oxunub: 808     12:58     19 Mart 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin hərbi qulluqçuları bank soyğunçuluğunda günahlandırılır.

Ordu.az xəbər verir ki, işğalçı ordunun Ağdərə yaşayış məntəqəmizdə yerləşən bölmələrindən birində xidmət edən iki əsgəri Artur Danielyan və Karen Mirzoyan bank soyğunçuluğunda iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunublar.

İstintaq zamanı ortaya maraqlı faktlar da çıxıb. Məlum olub ki, həmin əsgərlər bankı yararkən hərbi hissəyə məxsus silahlardan istifadə ediblər. Bu da istintaqı aparan müstəntiqlərdə hərbi hissə komandanlığı ilə bağlı əlavə suallar doğurub.

Xəbərdə bildirilir ki, hərbi qulluqçular A. Danielyan və K. Mirzoyan bankın yarılması faktı üzrə açılan cinayət işi ilə əlaqədar istintaq idarəsinin əməkdaşı Andrey Babayan tərəfindən istintaq idarəsinə çağırılıblar.

Faktla bağlı araşdırma davam edir və soyğunçuluqda əli olan digər şəxslərin axtarışı davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənsitan   Ordu   Oğurluq  

Bank yaran ermənistanlı hərbçilər istintaqa cəlb olunub

2018/04/timthumb4566_1521024782_1521304291_1521706045_1522652463_1522673548_1522932947.jpg
Oxunub: 809     12:58     19 Mart 2020    