Cənubi Koreya və ABŞ arasında müdafiə xərclərinin bölüşdürülməsi barədə danışıqlar başa çatıb

2020/03/20031-1584604119.jpg
Oxunub: 759     12:51     19 Mart 2020    
ABŞ və Cənubi Koreya diplomatlarının Los-Ancelesdə amerikalı hərbi qulluqçuların Koreya yarımadasında saxlanılması xərcləri ilə bağlı iki günlük görüşü baş çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşün detalları barədə məlumat verilməyib.

Məlumata görə, görüşün müzakirə mövzularından biri də ABŞ qoşunlarının yerləşdiyi hərbi bazalardakı koreyalı işçilərin əmək haqları olub. ABŞ bazalarında xidmət edən Cənubi Koreya vətəndaşları müqavilə olmayacağı təqdirdə növbəti aydan ödənişsiz məzuniyyətə çıxacaqlar.

Xatırladaq ki, ABŞ Seuldan qoşunlarının mövcud xərclərindən 5 qat daha çox maliyyə ayırmasını tələb edir. Cənubi Koreya isə xərclərin məqbul və ədalətli bölüşdürülməsini istəyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Koreya   ABŞ  

Cənubi Koreya və ABŞ arasında müdafiə xərclərinin bölüşdürülməsi barədə danışıqlar başa çatıb

2020/03/20031-1584604119.jpg
Oxunub: 760     12:51     19 Mart 2020    