Erməni jurnalist: “İnformasiyanın məhdudlaşdırılması Ermənistan hakimiyyətinin əlində bir alətdir”

2019/06/Karen-1560408330.jpg
Oxunub: 745     15:40     19 Mart 2020    
“Ermənistan hakimiyyəti mövcud problemləri həll etmək əvəzinə, əksinə daha çox problemlər yaradacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Razm.info” hərbi nəşrinin koordinatoru Karen Vrtanesyan öz “Facebook” səhifəsində canlı yayım zamanı Ermənistanda fövqəladə vəziyyət şəraitində informasiya yaymağın yeni məhdudiyyətləri haqqında danışarkən qeyd edib.

Vrtanesyan qeyd edib ki, özü fövqəladə vəziyyət elan olunması qərarına tərəfdarıdır və hətta onu 2-3 gün gecikmiş hesab edir.

“Lakin qərarda təkcə KİV-lər deyil, eyni zamanda hər bir düşünən insan üçün ciddi problemlər yaradan çox “maraqlı” müddəlar var. Əgər mən və ya hər hansı biri Ermənistanda nə baş verməsi, yaxud ondan kənarda infeksiya ilə bağlı danışmaq istəyirsə, bütün bunlar faktiki olaraq qadağan olunur və qeyri-qanuni hesab edilir. Problem budur ki, heç bir başqa ölkədə baş verən hadisələr haqqında, infeksiyanın yoluxması ilə bağlı danışa bilməzsən, çünki təşviş yayırsan. Ən ciddi mənbələrə də istinad etməyə icazə verilmir. İnformasiyanın məhdudlaşdırılması istənilən tənqidi susdurmaq üçün hakimiyyətin əlində bir alətdir”, - deyə Vrtanesyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Koronavirus   Paşinyan  

Erməni jurnalist: “İnformasiyanın məhdudlaşdırılması Ermənistan hakimiyyətinin əlində bir alətdir”

2019/06/Karen-1560408330.jpg
Oxunub: 746     15:40     19 Mart 2020    