Həzi Aslanovun davamçısı – Qazi tankçımızı tanıyaq (VİDEO)

2020/03/IMG-2-3168328250.jpg
Oxunub: 3251     10:41     14 Mart 2020    
Ordumuzun şanlı zəfər döyüşlərindən biri olan 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb ayın 5-dək davam edən Aprel döyüşlərində bir çox igidlərimizin göstərdiyi xüsusi şücaət bu gün də dillər əzbərinə çevrilib. Həmin igidlərin qəhrəmanlıqları nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Qazaxlar kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi azad edildi, həmçinin Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətinə aparan yollara nəzarət bərpa olundu.

2016-ci ilin Aprel ayında ordumuzun zəfəri zamanı o da digər hərbicilərimizlə yanaşı döyüş meydanının mərkəzində idi. Söhbət Aprel döyüşlərində əvəzsiz xidməti olan Azərbaycan tankçısı gizir Abdullayev Məhərrəm İlham oğlundan gedir. Döyüşlərdə gərginliyin artan vaxtı əmr gözləyən tankçımız düşmənin hansı cinahdan gəldiyini müşahidə edərək nizamnaməyə uyğun olaraq, tank komandiri olaraq təkbaşına qərar qəbul edib. Düşmənin səhra bazasını hədəfə alıb və sərrast atışla hədəfi darmadağın edib. Bu atış həm də düşmənin irəliləmə istəyinin qarşısını alıb. Bundan sonra Məhərrəmin komandiri olan tank heyəti sədləri aşaraq irəliyə - zəfərə doğru irəliləyib. Məhərrəmin şücaəti barədə ətraflı məlumat verəcəyik.

Məhərrəm Abdullayev özü və keçdiyi döyüş yolu barədə Ordu.az-a müsahibə verib.

- Salam, Məhərrəm bəy! Zəhmət olmasa əvvəlcə özünüz barədə danışın.

- Abdullayev Məhərrəm İlham oğlu 1990-cı ilin aprel ayının 27-də Ağstafa rayonunun Yuxarı Göycəli kəndində anadan olmuşam. Hazırda da bu kənddə yaşayıram. Ailəliyəm, iki övladım var. 1 yaş 8 aylıq daha bir tankçı və daha bir hərbçi böyüdürəm. Bir qızım da var, altı aylıqdır. Abdullayevlər ailəsi 11 nəfərdən ibarətdir . Bu ailədə mənim qardaşımın ailəsi və öz ailəm, əmimin iki övladı da anaları rəhmətə getdiyindən bizim himayəmizdədir.

- Məhərrəm necə oldu ki, orduda məhz tankçı olmağı seçdi ?

- Mənim uşaq vatxından ümumiyyətlə hərbiyə marağım çox olub. Tankı seçməyimdə əsas səbəb isə həyətimizdə böyük texnikaların olması olub. Yaxşı idarə etməyi və təmir etməyi bacarıram. Bu bacarıq da məni tankçı olmağa vadar etdi. Həm mənim məqsədim özümü Sovet İttifaqı Qəhrəmanı olan azərbaycanlı general-mayor Həzi Aslanov kimi görmək idi. Necə demişdilər? General olmaq istəməyən əsgərdən hərbçi olmaz. İstəyimə də nail oldum və komandirlərim mənə Həzinin davamçısı olaraq müraciət edib, tərif edirdilər.

- Hərbi xidmətə nə vaxt başladınız və ümilikdə hansı döyüş yollarından keçdiniz ?

- 2008-2009-ci illərdə həqiqi hərbi xidməti uğurla başa vurmuşam. Daha sonra 2013-cü ildən gizir kimi yenidən ordu sıralarına qayıtdım. 2017-ci ilin fevralınadək bu adı şərəflə daşıdım və hərbçi adına layiqli xidmət apardım. Döyüşlərimiz çox olmayıb. Bilirsiniz ki, tank irimiqyaslı döyüşlərdə iştirak edir. Xocalı soyqırımı içimi yeyib-tökürdü. Həmişə arzu edirdim ki, bir gün şərti düşməni deyil, tarixi düşmənlərimizi məhv edim. Şükür Allaha ki, nəsib oldu mənə də. 2016-cı ilin aprel ayında Lələtəpə istiqamətində dəmir atımızı sınadıq və düşmənə sarısıdıcı zərbələr vurduq. Onların minaatan batareyasını və xeyli canlı qüvvəsini məhv etdik. Tank komandiri olaraq bir hədəfə ikinci dəfə atəş açmırdım. Çünki tək atışdan hədəfin məhv olmasından əmin idim. Tanklarla çox dərinliyə getdik və döyüşdə olanların bir çoxu hərbi sirr olduğu üçün çox şey deyə bilməyəcəm.

Aprelin dördündə Lələtəpə istiqamətində qızğın döyüşlər gedirdi. Biz yerdəyişmə edən zaman artilleriya mərmisi düşdü yanımıza. Ardınca da idarəolunan raket kompleksi ilə vurdular bizi. Güclü partlayış oldu. Həmin zaman Qayıbov Elvin, Dəmirli Hüseyn şəhid oldular. Allah onlara rəhmət eləsin, cəmi şəhidlərimizə rəhmət eləsin. Hər iki müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Bizim tankda isə tuşlayıcı operator gizir Bayramov Elmar və mən xəsarət aldım. Ağır kəllə beyin zədəsi aldım. Hospitalda 8 ay müalicə kursu keçdim. Bu gün də bu ağrılar hiss olunur. Sol qulağım ümumiyyətlə eşitmir, sağ qulağım qismən eşidir, yaxınından kimsə danışanda eşidir. Ayağım da axsayır. Hər şeyə əsəbləşirəm. Başım səs götürmür. Mənim istirahətim üçün ailəm mən evdə olanda əksərən körpələri evdən uzaqlaşdırmaq məcburiyyətində qalırlar. Müalicələrimin yaxşı olması üçün yaxşı olardı ki, ayrıca evim olsun. Çünki gələcəyə əsgər böyüdürəm. İstəmirəm hər şey yarıda qalsın.

- Bu gün tankçımız yenidən döyüş olarsa, dəmir atına qovuşmağa hazırdırmı?

- Bütün bu cür ağrılara baxmayaraq, hər an döyüş əmrini gözləyirəm. Özümü ehtiyatda olan döyüşçü hiss edirəm. Yenə də öndə getmək üçün əlimdən gələni etməyə hazıram. Yetər ki, qurbanı olduğum o torpaqlar qayıtsın geri. Çünki biz almasaq, heç kim gəlib bizə torpaq alan deyil. Mən onu da deyim ki, Aprel döyüşlərindən sonra Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli və müxtəlif medal ilə təltif edildim. Mən Qarabağın azadlığı uğrunda təsis edilən medalı, bax, bu medallar sırasına əlavə etmək üçün yaşayıram. Şəhid olmaq ali bir zirvədir. Amma mən qisas almaq üçün hələ çox canlar almalıyam.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Tankçı   Abdullayev-Məhərrəm  

Həzi Aslanovun davamçısı – Qazi tankçımızı tanıyaq (VİDEO)

2020/03/IMG-2-3168328250.jpg
Oxunub: 3252     10:41     14 Mart 2020    