Öyrənilən dərslər: ABŞ ordusu üçün yeni silah və avadanlıqlar

2020/03/Bradl-1583915746.jpg
Oxunub: 2329     15:10     16 Mart 2020    
2000-ci illərin əvvəllərindəki çətin hərbi kampaniyalardan dərs çıxaran ABŞ ordusu hazırda əsgərləri üçün yeni silahlar, texnika və avadanlıqlar yerləşdirir, bu da ölüm, döyüş sabitliyi və hərəkətlilik kimi göstəricilərin əhəmiyyətli dərəcədə artmasına kömək edəcək. Bu satınalmalar vasitəsilə ABŞ Ordusu bərabər rəqiblər üzərində texnoloji üstünlüyünü qorumaq üçün əsgərə məxsus yükü azaltmaq və rəqəmsallaşdırma səviyyəsini artırmaq niyyətindədir.

ABŞ Ordusu Çin və ya Rusiya kimi potensial düşmənlərə qarşı güclü potensialını və keyfiyyətcə üstünlüklərini qorumaq üçün iddialı modernləşmə fəaliyyətinə başlayıb. Bu prosesin bir hissəsi kimi Perspektiv Silahlar və Hərbi Texnikalar İdarəsi (PSHTİ) təşkil edilərək (artıq bir neçə geniş miqyaslı modernləşdirmə tapşırığı verilən) son 40 ildə ən əhəmiyyətli yenidənqurma prosesi həyata keçirildi.

ABŞ Ordusu, M4 CARL GUSTAF qumbaraatanlarını satın alaraq, taqım səviyyəsindəki tank əleyhinə imkanlarını yeniləyir

Bu prioritetlərdən biri fərdi bir əsgərin atəş effektivliyini artırmaqdan ibarətdir. Bu vəzifəyə diqqətləri cəmləşdirmək üçün İdarə, Xüsusi Universal (Cross Functional Team-Çarpaz Funksional Komanda) qrup yaratdı. CFT qrupunun əsas məqsədi imkanlar bərabərsizliyini azaltmaqdan və gündəlik həyat üçün təhlükəni araqdan qaldıran 100 min əsgəri gələcək döyüşün tələblərinə cavab verən zəruri avadanlıqla təmin etməkdən ibarət idi.

Əsgər modernləşdirməsinin siyahısı bir neçə əsas prioritet bölməyə bölünür: geyim və mühafizə, rabitə, nişangah, gecəgörmə cihazları və silah sistemləri. PSHTİ-nin əsas məqsədlərindən biri də Pentaqonun modernləşdirməni asanlaşdırmaqdan daha çox ona maneə törədən, uzun vaxt aparan satınalma proseslərini ləğv etmək məqsədilə orduda yeni texnologiyaların sürətlə yerləşdirilməsi idi. Xoşbəxtlikdən ordu rəsmiləri etiraf edirlər ki, bu proseslərdəki hökumət və qeyri-hökumət subyektləri (korporasiyalar da daxil olmaqla) tələbata uyğunlaşaraq tez bir zamanda yenidən təşkilatlana bildilər və nəticədə bu ordunun döyüş səmərəliliyi üçün mənfi nəticələrə səbəb olmadı.

Ən yeni dəbilqə IHPS (Integrated Head Protection System)

Geyim və qorunma

ABŞ ordusunun avadanlıq və qorunma sahəsindəki əsas proqramlarından biri, hazırda ön hissələrə təqdim olunan SPS (Soldier Protection System) adlı yeni əsgər müdafiə sistemidir. Bu qabaqcıl fərdi qoruyucu vasitələr dəstinə dörd alt sistem daxildir:

TER (Torso and Extremity Protection) bədən və əzaların qorunma sistemi;
VTP (Vital Torso Protection) boyunun qorunma sistemi;
IHPS (Integrated Head Protection System) inteqrasiya edilən baş qorunma sistemi;
TCEP (Transition Combat Eye Protection) göz qorunma sistemi.

SPS proqramının məqsədi mövcud bədən zirehlərinə bərabər və ya daha üstün imkanlarla, lakin daha az kütlə ilə əsgərləri kiçik silah güllələrindən və qəlpələrdən mühafizə etməkdir. Alt sistemlər müxtəlif döyüş ssenarilərinə uyğunlaşdırılaraq tənzimlənir və gözlərin, başın, boyunun, yuxarı və aşağı ətrafların qorunmasını təmin edir. Sistem ayaqları və çanaq sahəsini, o cümlədən arteriyaları qoruyur.

“Bölmədəki əsgərlər fərqli tələblər irəli sürə bilər”,- deyə Əsgər Avadanlıqları Proqramları Dizayn və İcrası İdarəsindən (bundan sonra Əsgər Proqramları İdarəsi) Cincer Uaythayd SPS-nin uyğunlaşması ilə əlaqədar olaraq bildirib.

“Daha az geyinmək istəyirəm, bu təhdid spesifikdir və mən bu riski öz üzərimə götürəcəyəm. Yaxud da əlimdə olan hər şeyi geyəcəyəm, çünki risk həddən artıq yüksəkdir, bu isə yalnız bir az əlavə çəki deməkdir. Lakin Sizin qorunmağa ehtiyacınız var. Əsgər Mühafizə Sisteminin döyüş avadanlığı keçmişdə zəif olan müdafiəmizi genişləndirməyə imkan verir”.

SPS dəstindəki TPS alt sistemi, əllərinizi qorumaq üçün MSV (Modular Scalable Vest) parçasından hazırlanan BCS köynəyi (Ballistic Combat Shirt), həmçinin çanaq hissəsini qoruyan və güllə keçirməyən kəmər vasitəsilə qorunmanı təmin etməyə imkanı verir.

Uaythada görə, MSV gödəkçəsi SPS sisteminin qürurudur, çünki müxtəlif müdafiə variantları olan və sürətlə dörd hissəyə ayrıla bilən sistem öz imkanlarını genişləndirir, bu isə yanan avtomobildə və ya düşən təyyarədə olduğunuzda xüsusilə vacibdir.

MSV standart IOTV (Improved Outer Tactical Vest) gödəkcəsini əvəz edir və ən yüngül versiyasında üst geyim altından gizli şəkildə geyilə bilər. Yeni güllə keçirməyən köynək, əvvəlki IOTV variantının bir hissəsi olan deltoid qorunma sistemini də əvəz edir. Uaythaydın qeyd etdiyi kimi, bu yeni köynək, cinsdən asılıdır, saçları bir yerdə yığan qadınlar üçün kürək hissəsində V-formalı kəsik mövcuddur.

Bu maili döyüş vəziyyətdə olan qadınlar üçün xüsusilə vacibdir, çünki nişangahla düzgün işləməyi təmin edir. Qadınlar üçün köynək daha qısa qollara və beldə daha geniş korset kəmərə malikdir.

Hərbi əməliyyatlarda qadınların iştirak etməsinə icazə vermək o deməkdir ki, SPS avadanlıqlarının inkişafı hər iki cinsin əsgərləri üçün uyğun olmalıdır. Bununla əlaqədar olaraq, “X” formalı fiksasiya mexanizmindən “H” şəkilliyə (yenidən bir dəstədə saç yığan qadınlar üçün) keçid edildi və üstəlik ballistik plitələrin ölçüsü seçimi genişləndirildi. Uaythayda görə, əsgərlər üçün mövcud olan plitələrin ölçülərinin sayında artım, Əfqanıstan və İraqda geniş istifadə olunan “hamıya uyğun tipik bir ölçü” kimi tam müsbət olmayan təcrübə yanaşması ilə bağlıdır.

Bu ballistik plitələr - ön və arxa korpus lövhələri, eləcə də yan plitələr - VTP qorunma sisteminin bir hissəsidir, Əsas elementlərin istehsalı “BAE Systems” və “ZM/Ceradyne” tərəfindən təmin edilir. Bu il ordu, məlumat məhdud olsa da, VTP-nin daha yüngül bir versiyasını sınaqdan keçirib. Uaythayd, yeni VTP bədən zirehlərinin kütləvi istehsalının təxminən bir yarım il ərzində başlayacağı ehtimal olunduğundan, ordunun bundan “hələ də hər şeydən məmnun olmadığını” söylədi.

2018-ci ilin sonunda ordu “ZH/Ceradyne” ilə IHPS dəbilqələrinin tədarükü üçün 34 milyon avro dəyərində müqavilə imzaladı. Bu dəbilqə müxtəlif aksesuarlarla təchiz, məsələn, çənə qoruması, şəffaf bir gözlük, qoruma gücləndirmək üçün güllə əleyhinə üst yamaqlar və gecəgörmə gözlüklərinin bərkidilməsi üçün yerlərlə təmin oluna bilər.

“Biz tez bir zamanda tam avadanlıq dəstini yaratmağa doğru irəliləyirik. Təəccüblüdür ki, o qədər də uzaq olmayan gələcəkdə əsgərləri bütün lazımi alt sistemlərlə təmin edə biləcəyik və nəticədə onlar təhlükəli və mürəkkəb tapşırıqları daha effektiv şəkildə yerinə yetirə biləcək”, - deyə Uaythayd bildirib.

Yeni Əsgər Mühafizə Sistemi (SPS) hazırda ön bölmələrə verilir

Bu çəkmələr hərbçilər üçün hazırlanır

Bu ilin əvvəlindən etibarən Natikdəki Əsgər Mərkəzi ən müxtəlif şəraitlərdə АСВ-nin (Army Combat Boot-Ordu Döyüş Çəkmələri) yeni prototiplərini sınaqdan keçirdi. Yeni texnologiyaların və materialların meydana gəlməsinə baxmayaraq, ACB-nın hazırkı nəsli 2010-cu ildən bəri əhəmiyyətli dərəcədə dəyişməyib. Təbii ki, bunun baş verməsi əsgərin imkanlarını və rahatlıq səviyyəsini artıra bilərdi.

“Bu yaxınlarda, cəngəlliklər, dağlıq ərazilər və soyuq iqlimlər üçün ordu ayaqqabıları sahəsində ciddi irəliləyişlər əldə edilib, lakin yeni xidmətə qəbul olunanlar üçün hazırlanan universal çəkmələri yaxşılaşdırmaq üçün geniş imkanlar da mövcuddur”, - deyə ACB proqramının rəhbəri qeyd edib.

Ordu dünyanın müxtəlif yerlərindəki 14000 əsgərlə sorğu keçirdikdən sonra bu inkişaflar yeni bir təkan aldı. Nəticələr göstərdi ki, respondentlərin 50% -i onlara verilən məhsullardan daha çox hazır kommersiya məhsulları seçməyə üstünlük verirlər. Əsgərlər hazır çəkmələrin ümumiyyətlə daha yaxşı rahatlıq verdiklərinə və “köhnəlməsi” üçün daha az müddət tələb olunduğuna inansalar da, praktikada xidmət müddəti və qorunması ilə bağlı tamamilə qənaətbəxş olmayan xüsusiyyətlər nümayiş etdirirlər.

Bu proqramın əsas məqsədi material sayəsində ayaqqabıların kütləsini mümkün olduqca azaltmaqdan ibarətdir. Döyüş təchizatının, xüsusən də ayaqqabıların kütləsinin azaldılması döyüş effektivliyi və əsgərlərin hazırlığını təmin edir.

Avadanlıq sahəsində ordu snayperlər üçün yaramaz formalı saçaqlı kamuflyaj kostyumlarını təkmilləşdirmək istəyir. IGS (Improved Ghillie System) proqramı çərçivəsində mövcud yanğına davamlı kamuflyaj kostyumu – FRGS-in (Flame Resistant Ghillie System) daha yüksək səviyyəli yeni və daha ucuz bir sistemlə əvəz ediləcəyi planlaşdırılır. Yeni kamuflyaj kostyumu həddindən artıq həcmli və yüksək temperaturda çox istilənən mövcud FRGS-dən daha rahat nəfəs alacaq. Daimi və xüsusi qüvvələr üçün təxminən 3500 yeni geyim alınması planlaşdırılır.

Əsgər Mərkəzi və Əsgər Təchizatı Proqramlarının İnkişafı və İcrası İdarəsi, eyni zamanda əsgərin imkanlarını artırmaq üçün hazırlanan İHWCU (Improved Hot Weather Combat Uniform) üçün təkmilləşdirilən və əsgərin döyüş imkanlarını artıran avadanlıqlar üzərində birgə işləyir. 57% neylondan və 43% pambıqdan ibarət olan IHWCU materialında quruma müddətinin azalmasına nail olunub. Gələn il, kostyum ABŞ-ın bütün əsgərlərinə avadanlıqların əlavə komponenti olaraq təqdim ediləcək.

Döyüş texnikası IHWCU (Improved Hot Weather Combat Uniform) əsgərin son dərəcə isti və nəmli iqlimlərdə sağ qalmaq və təhlükəsizlik qabiliyyətlərini artırmaq üçün hazırlanır

Silah

ABŞ ordusu manqa və fərdi əsgər səviyyəsinin döyüşdə atəş gücünü əhəmiyyətli dərəcədə artıracaq bir neçə yeni silah sisteminin alınması prosesindədir. Bunların arasında yeni bir tüfəng, tapança, snayperlər və aşağı səviyyəli atıcılar üçün sistemlər, eləcə də təkmilləşdirilən tank əleyhinə silahlar mövcuddur. Ən böyük və ən məşhuru M4/M4A1 karabinini və 5.56x45 mm M249 “Squad Automatic Weapon” avtomatını daha böyük çaplı silahla əvəz edəcək NGSW (Next Generation Squad Weapons) proqramıdır. Proqram prototipin sürətlə hazırlanmasını ilə bərabər 6.8 mm çaplı universal bir mərmidən atəş aça bilən NGSW tüfənginin və NGSW avtomatik silahının alınmasını təmin edir.

Bu keçid bir neçə il əvvəl ordunun İraq və Əfqanıstandakı kampaniyaların mənfi təcrübəsini tanıdığı üçün başlanıb. 5.56x45 mm mərmisinin son nəsil zirehli gödəkcələr və uzaq məsafələrdə lazımi dayanma gücü ilə müqayisə edildikdə bir sıra çatışmazlıqları ortaya çıxıb. ABŞ ordusunun nümayəndəsi 5.56x45 mm-lik NATO standartı mərminin kütləsinin az olduğunu, daha böyük 7.62x51 mm mərmilərin isə aeroballistik xüsusiyyətlərə malik olmadığını bildirib.

“Bu isə bizim aralıq bir çapa ehtiyac duyduğumuzu ifadə edir”, - deyə o bildirib. Uzun illər davam edən araşdırmalardan sonra bir çox nəticələr hələ də məxfi saxlanılır.

2017-ci ildə SAAC (Kiçik Silahların Sursat Konfiqurasiyası) tədqiqatından sonra yeni 6.8 mm çaplı mərmi optimallaşdırıla bilər. Güllə yeni nəsil gödəkçələrə nüfuz edə bilmir, lakin aeroballistik xüsusiyyətləri daha uzun məsafələrdə dəqiqliyi artıran daha düz traektoriyanı təmin edir. Keçən ilin yanvarında ordu mümkün bir prototipin hazırlanması tələbi ilə, NGSW proqramının daha ətraflı təsvirini yayımladı. Ordunun OTA (Other Transaction Agreement-Digər Əməliyyat Müqaviləsi) müqaviləsi çərçivəsində üç prototip üçün üç şirkətə sifariş verəcəyi, hər şirkətin isə iki silah versiyası hazırlayacağı bildirilir. Hər OTA müqaviləsinə əsasən 53 NGSW-R tüfəngi, 43 NGSW-AR avtomatik tüfəngi, 845000 ədəd mərmi, ehtiyat hissələri, sınaq lülələri, alətlər, aksessuarlar və dizayn dəstək vasitələri orduya çatdırılacaq.

Sonuncuya iki prototipin sınağı da daxildir - biri 2020-ci ilin may ayında başlayaraq üç ay davam edəcək. İkincisi isə 2021-ci ilin yanvarından altı ay davam edəcək. Bölmələrin əsgərləri bu silahları sınamaq imkanı əldə edəcəklər.

6.8 mm güllə ilə yanaşı, gilizin növü, barıt yükü və kapsula seçiminə görə sənayeyə sərbəstlik verilib. Məsələn, “Textron Systems” teleskopik giliz texnologiyasını (bu konfiqurasiya çəkini 40% azaltmağa imkan verir) ilk dəfə olaraq inkişaf etdirib. Bu yaxınlarda NGSW silah kompleksi üçün texnologiyalar inkişaf etdirən “NGSW-Technology” proqramının bir hissəsi olaraq Əsgər Mərkəzinə bir prototipini təqdim etdiyini açıqladı. İstifadə edilə bilən digər texnologiyalar, polimerlər kimi yüngül materiallardan hazırlanan gilizi də əhatə edir.

ABŞ ordusunun nümayəndəsi izah edir ki, bu, sürətli prototip inkişaflarının çox hissəsinin sənayenin özü tərəfindən yerinə yetirilməsini və onların “necə işləməyə dair göstərişlərə əhəmiyyət verməməsini” təmin etdi.

NGSW OTA müqavilələri faktiki olaraq standart federal qanunlara uyğunluq sınaqlarından keçirilib. Bu isə ilkin istehsal üçün müqavilə bağlamaq deməkdir, 250000-ə qədər silah üçün sonrakı konkurs olmadan müqavilə imzalana bilər. NGSW-nin proqram cədvəli ilk silahın 2022-ci ilin sonunadək tədarük olunmasını təmin edir.

Ordu eyni zamanda prototip yaratmaq və 14 ay sınaq keçirmək niyyəti ilə NGSW silahları üçün atəşə nəzarət sistemi (AİS) əldə etmək istəyir. Müasir AİS-ə ehtiyac 6.8 mm çapını təyin edən SAAC tədqiqatında da səsləndirilib. AİS-in “sistem üçün ümumi atəş effektivliyini artıran əsas amil” olacağı da qeyd edilir.

Sənayedən təkliflər 2019-cu ilin noyabr ayında alınıb, konkurs nümunələri isə bu ilin yanvar ayından təqdim edilir. Seçilən namizədlər 100 AİS, əlaqəli ehtiyat hissələri və alətləri təqdim etməlidirlər.

AİS-lərin istehsalı üçün təkliflər və sonrakı müqavilələr 2021-ci ildə bağlana bilər, bu isə NGSW tüfənglərinin yerləşdirilməsi ilə üst-üstə düşəcək.

Yaxın gələcəkdə ordu “Heckler & Koch” G28 tüfənginə əsaslanan 7.62x51 çaplı CSASS (Compact Semi-Automatic Sniper System) yeni yarımavtomatik snayper tüfəngi və SDM-R (Squad Designated Marksman Rifle) tüfəngi ilə silahlanacaq.

Bu isə piyada, kəşfiyyat və mühəndis bölmələri üçün adi yüksək dəqiqlikli uzaqmənzilli tüfəng ehtiyacını təmin edəcək. Keçən il 1-ci “Stryker” briqadasının əsgərləri SDM-R tüfəngini sınaqdan keçirdilər, buna əsasən 2020-ci ildə qoşunların təxminən 5 min ədəd silahla təchizatına dair qərar verildi.

Hazırda çox sayda “Sig Sauer” M17 tapançası və 2017-ci ildə buraxılan MHS (Modular Handgun System) modullunun tələblərinə cavab vermək üçün seçilən kompakt M18 tapançası orduda yerləşdirilir. İyul ayında M17/M18 cütünün müvafiq “Winchester” döyüş sursatları ilə birlikdə Əsgər Proqramı Ofisi tərəfindən təsdiq edildiyi açıqlandı. Bu günə qədər 59000-dən çox tapança təslim edildi və yaxın 5-7 il ərzində əlavə 350000 sistem alınacaq. Köhnə “Beretta” M9 modelini əvəz edən M17/M18 tapançaları müdafiə silahı və əlavə silah sistemi rolunu oynayacaq.

Tank əleyhinə döyüş qabiliyyətlərini artırmaq üçün səylər çərçivəsində ABŞ ordusu öz arsenalını “Saab” kompaniyasının CARL GUSTAF qumbaraatanının ən son təpməsiz versiyası ilə dolduracaq. Fevral ayında ordu ilə “Saab”ın ABŞ ordusunda MZE1 təyinatını almış M4 CARL GUSTAF-ın ən son versiyasını tədarük etmək barədə razılaşma imzaladığı bildirilir. M4 qumbaraatanı, sələflərindən daha yüngüldür, bununla yanaşı, qumbaraatanı proqramlaşdırılabilən AİS-ə birləşdirmək mümkündür, bu da onların atəş səmərəliliyi və dəqiqliyini xeyli artırır.

1-ci “Stryker” briqadasından olan bir əsgər yeni hazırlanan SDM-R snayper tüfəngindən atəş açır

Nişangah sistemləri və gecəgörmə cihazları

CARL GUSTAF M4 qumbaraatanının alınması ilə yanaşı ABŞ Ordusu, hələ də öz arsenallarında, xüsusən də gecə əməliyyatlarında və məhdud görünmə şəraitində tətbiq üçün nəzərədə tutulan mövcud MZ variantlarının dəqiqliyini və ölümcüllüyünü artırmağa hazırdır. CARL GUSTAF qumbaraatanına inteqrasiya edilən termal görüntüləmə qabiliyyətli İTWS (Integrated Thermal Weapon Sight) quraşdırılması planlaşdırılır. ITWS nişangahına AN/PAS-13E TWS termal qurğusu və AN/PSQ-23A STORM (Small Tactical Optical Rifle Mounted) lazer məsafəölçəni daxildir.

2018-ci ilin sonunda 10-cu dağ-atıcı diviziyanın yerləşdiyi Fort Dram rayonunda Əsgər Proqramları Ofisi döyüş atışlı sınaqlar keçirdi.

“TWS/STORM-un MZ qumbaraatanı ilə inteqrasiyası tanka qarşı daha yüksək məhvetmə səviyyəsini təmin edir. Bu həm gecə, həm məhdud görünmə şəraitində, həm də onun olmaması şəraitində hədəfləri dəqiq vurmağa imkan verir”, - deyə Ofis nümayəndəsi bildirir.

FWS (Family of Weapon Sights) proqramı çərçivəsində ordu FWS-I, FWS-S və FWS-CS kimi fərdi, snayper və qrup silah sistemləri üçün termal nişangahlar əldə edəcək.

FWS proqramının əsas ideyası əsgərləri silahlardan əldə edilən görüntüləri naqilsiz olaraq ENVG III (Enhanced Night Vision Goggle III) eynəklərinə və “ENVG-Binoculyar” binokllarına ötürə bilən termal nişangahlarla təmin etməkdən ibarətdir. Bu xüsusiyyət “sürətli hədəf ələkeçirmə” adlanır. “Leonardo DRS “və “BAE Systems” bu proqramın aparıcı podratçılarıdır.

CFT universal qrupunun əsas prioritetlərindən biri təchizat üçün ENVG-B binokllarının əldə edilməsidir, bu həm də ordu komandanlığının əsas prioritetidir. ENVG-B binoklunda parlaqlıq artırılması və termal görüntü kimi iki kanaldan gələn görüntülərin birləşdirilməsi texnologiyası tətbiq edilir, bu isə binokulyar konfiqurasiyanın dərinliyi qavrama xüsusiyyətlərini yaxşılaşdırır. ENVG-B rəqəmsal sistem olduğundan, qüvvələrin yerləşməsi və kompas ekran göstəriciləri də daxil olmaqla termal görüntülərə müxtəlif əlavələr edilə bilər.

“Sistem reyncerlər və əsgərlərimizin istifadəsində uğurlu oldu. Onlar gündüzlər də gecəgörmə gözlüklərindən istifadə etdilər, bu isə tədris prosesini sürətləndirdi və ən aşağı tüfəng kateqoriyasından yüksək səviyyəyə daha sürətli keçidi asanlaşdırdı. Bu, düşündüyümüzdən daha çoxdur. Bu eynəyi taxaraq atəş açdım. Bu ordudakı xidmətim boyunca yoxladığım ən yaxşı eynək idi”,- deyə Əsgər Sistemləri Ofisinin nümayəndəsi bildirib.

O əlavə edib ki, ENVG-B binoklları ilə təchiz ediləcək ilk bölmə Cənubi Koreyada yerləşdirilən zirehli briqada olacaq.

Gecəgörmə texnologiyasının növbəti nəsli “Microsoft” kompaniyasının “HoloLens” texnologiyasından istifadə edərək hazırlanan və genişlənən reallıq texnologiyasını növbəti səviyyəyə çıxarmağa imkan verəcək IAVS (Integrated Visual Augmentation System) proqramı çərçivəsində görünə bilər. O qeyd edib ki, IVAS proqramının birinci mərhələsi artıq başa çatıb və daha üç mərhələ qalıb. Ordu IVAS sistemini 2022-ci ilin sonunadək əsgərlərə təhvil verməyi planlaşdırır.

Bu texnologiya NETT WARRIOR (NW) kimi tanınan piyada komandirin vəziyyət haqqında məlumatlandırma sistemi ilə inteqrasiya edilərək potensialını maksimum dərəcədə artıra biləcək. Manqa komandirləri hazırda NW-nin bir hissəsi olan kiçik bir cihazdan istifadə edirlər ki, bu da digər komandirlərin mövqelərini, dron kimi platformalardan gələn görüntüləri, həmçinin yuxarı komandirlərin əmr və məlumatlarını görməyə imkan verir. Gələcəkdə məlumatların əksəriyyəti vəziyyət haqqında bilik səviyyəsini və tapşırıqların səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq IAVS sistemində (qırıcı pilotunun üslubuna bənzər) əks olunacaq.

Yeni müdafiə vasitələrinin, avadanlıq, silah sistemlərinin və gecəgörmə cihazlarının satın alınmasının yaxın döyüş bölmələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. ABŞ ordusunun yenidən təşkili və modernləşdirmə prosesinə idarə edən perspektiv silahlar və hərbi texnika komandanlığının, xüsusilə İraq və Əfqanıstanda qanlı asimmetrik kampaniyalar fonunda yaradılması gələcəkdə optimizmə şərait yaradır.

Bu modernləşmənin uğurla həyata keçiriləcəyi təqdirdə ABŞ ordusu gələcək potensial rəqibləri üzərində asanlıqla keyfiyyət üstünlüyünü qoruya biləcək.

Yazı Nikolay Antonovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Texnologiya  

Öyrənilən dərslər: ABŞ ordusu üçün yeni silah və avadanlıqlar

2020/03/Bradl-1583915746.jpg
Oxunub: 2330     15:10     16 Mart 2020    