Onlar Milli Qəhrəman və Şəhidlərimizi belə təbliğ edirlər - MÜSAHİBƏ (FOTOLAR)

2020/03/4-6335277788.jpg
Oxunub: 3134     10:21     10 Mart 2020    
Damarında azərbaycanlı qanı axan hər bir kəs, milli vətənpərlik məfkurəsini özündə inkişaf etdirən hər bir vətəndaş ətrafında vətənə, millətə sevgini daha qabarıq aşılamalıdır. Çünki biz bu vətənin torpağı üzərində gəzir, havasını udur, suyunu içir, təbiəti vasitəsi ilə qidalanırıq.Vətəni vətən edən isə uğrunda canlarını fada edən şəhidlərimizdir. Hər zaman onların əziz xatirəsini uca tutub,ehtiramla yad etmək isə bizlərin vətəndaşlıq borcumuzdur. Bu borc isə bizlərə gələcək nəsillərə şəhid və Milli Qəhrəmanlarımızı tanıtmaq məsuliyyətini əlavə edir.

Bu gün respublikamızın demək olar ki, hər bir şəhər və rayonunda avtomobillərin görməni məhdudlaşdırmamağı nəzərə alaraq şüşəsinə Milli Qəhrəmanlarımız və şəhidlərimizin fotoları və haqqında məlumat dərc edib, nümayiş etdirib, təbliğat aparırlar. Belə şəxslərdən biri Ələsgərov Vahid Göyçə oğludur.

O, 1965-ci ildə Tovuz rayonunda anadan olub, hazırda doğulduğu şəhərdə yaşayır, marşurut sürücüsüdür. 55 yaşlı sürücü idarə etdiyi mikroavtobusun yan şüşələrinə və salonuna Milli Qəhrəman Mübariz İbrahimov və hazırda ordu sıralarında xidmət edən polkovnik-leytenant Ramil Səfərovun, Milli Qəhrəman Çingiz Mustafayev, Naiq Yusifov və Qasım Rzayevin fotosunu yerləşdirib.

Ordu.az sürücü Vahid Ələsgərovla gördüyü işlərlə bağlı müsahibəni təqdim edir:

- Salam, Vahid dayı. Necə oldu ki, bu qərara gəldiniz?

- Salam, mən bu idarə etdiyim mikroavtobusa bu igidlərimizin fotosunu sevə-sevə vurmuşam. Mənim etdiyim bu işi hər bir azərbaycanlı etməlidir. Mən azərbaycanlıyamsa, deməli qürur duyduğumuz igidləri təbliğ etmək mənim də borcumdur. Marşurut sürürəm mən. Hər gün də xətdə oluram. Gün ərzində maşına yüzlərlə sərnişin minib-düşür. Daha çox da şagirdlər, rayonlarımızın qonaqları. Hərəsi bir dəfə sual verəndə qürurla bu aslanların haqqında məlumat verirəm. Bəzən öyrəndiyim məlumatlar da olur. Elə olub ki, rayonumuza qonaq gələnlər maşınla, mənimlə şəkil də çəkdiriblər. Həmin an özümlə fəxr edirdim. Ən çox özümlə qürur duyduğum an o oldu ki, Mübariz İbrahimovun qohumu Tovuzda “N” saylı H/H-də xidmət edirdi. Onun qohumları avtovağzaldan təsadüfən marşuruta miniblər. Gördüm ki, bir qadın ağlayır fotoya baxa-baxa. Dayandım düşdüm yanına gəldim ki, bəlkə səhhəti pisləşib. Elə hallara çox həssasam. Baxanda gördüm ki, “can Mübariz vətənin hər bir güşəsi səninlə fəxr edir” deyib hönkürüb ağlayır. Soruşdum ki, ilk dəfədir belə halla qarşılaşıram. Niyə ağladınız? Dedi ki, mən Mübarizin əmisinin həyat yoldaşıyam. Balam burada xidmət edir. Boynumu qucaqladı ki, Allah səndən razı olsun. Həyatımda az hallarda ağlamışam. Biri də həmin anlarda özümdən asılı olmayaraq gözümdən yaş sel kimi axdı.

- Neçə ildir bu addımı atmısınız ?

- Mən ilk dəfə Milli Qəhrəmanımız gizir Mübariz İbraimovun fotosunu maşının salonuna əlavə etmişdim. Mübariz 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan ərazisində bir neçə saatlıq təkbaşına döyüşüb, 50-dən çox düşmən hərbçisini məhv edib. Onun cəsədini düşmən tərəfi 141 gün saxlayıb. Mübarizin nəşi ölkəmizə gətirilən günü mən də bu addımı atdım. İndi hər gün maşına minib düşəndə onlara dua edib, rəhmət oxuyub günə başlayıram. Artıq 10 ildir ki, bu qürurlu günləri yaşayıram. Bəzən olur ki, kənar rayonlara sifarişə də gedirəm. Orada da maraqla qarşılanıram. Hər kəsdən də təşəkkür eşidirəm.

- Bəs Tovuzlu Milli Qəhrəmanlar, Ramil Səfərov və Çingiz Mustafayevin fotosunu necə oldu əlavə etdiniz?

- Əlbəttə bayaq da dedim ki, daha çox sərnişinim şagirdlər, tələbələr olur. Ona görə də, istədim ki, hər gün o qəhrəmanları görsünlər, daha çox məlumat əldə etsinlər. Mən heç maşında musiqi və ya radiodan istifadə etmirəm. Çünki hər yeni sərnişin fotolardakı qəhrəmanlarımız barədə suallar verir. Mən də sevə-sevə cavab verirəm. İstəyirəm ki, hər kəs hər şeydən birinci torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızı tanısın. Ramil Səfərov isə bizim canlı əfsanəmizdir. Onun bayrağımız uğrunda göstərdiyi igidlik bu gün də dillərə dastandır. Nəinki ermənilərə, hətta dünyaya göstərdi ki, türk dünyası, xüsusilə də Azərbaycan övladı bayrağı üçün canından da keçər, can da alar. Ramil də can aldı. Bunun üçün də o igidi təbliğ etmək mənim üçün ayrıca şərəfdir. Çingiz Mustafayev isə bəlli məsələdir. Tarixi keçmişimizi, ağrılı-acılı günlərimizi tarix boyu başımıza gələn faciələri kamerasının obyektivi ilə tarixin yaddaşına köçürüb. Ona görə də onu da təbliğ etmək mənim boynumun borcudur. Sizə də təşəkkür edirəm ki, bu cür işləri işıqlandırırsınız.

Digər bir nümunəvi sürücümüz isə Əsgərov Surxay Akif oğludur. O, Tovuz rayon Kirən kəndində 1984-cü ildə dünyaya gəlib, hazırda doğulduğu şəhərdə yaşayır, Tovuz Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. O da idarə etdiyi “Ford” markalı mikroavtobusunun yan şüşələrinə Milli Qəhrəman Mübariz İbrahimovun və qardaşı şəhid Tələt Əsgərovun fotosunu yerləşdirib. Surxay Əsgərov işi ilə bağlı şagirdləri digər rayonlara ekskursiyaya, turlar və qardaşlaşmış məktəblərin görüşünə aparıır.

- Salam , Surxay bəy, siz də bu işlə bağlı məlumat verin.

- Salam, çox sağ olun ki, bu işlər barədə ictimaiyyətə məlumat verirsiniz. Mənim bu gördüyüm işi hamı görməlidir. Mən işimlə bağlı tez-tez uzun səfərlərə çıxıram. Sərnişimlərim də müəllim, şagird kollektivi olur. Ona görə də bu fotoları görəndə hər kəs Mübariz haqqında, qardaşım Tələt Əsgərov haqqında, ümümi şəhidlərimiz haqqında məlumatlar verirəm. Suallara sevə-sevə cavab verirəm. Elə olur ki, ətraf rayonlardan olan şagirdlər suallar verirlər mən də məlumat verirəm. Belə olan halda onlar da ətraflı bilgilənirlər. Fəxr edirəm ki, əlimdən gələn qədər bu işləri görürəm. Təkcə bu yolla yox. Mütəmadi şagirdləri Şəhidlər Xiyabanına aparıram. Qoy bilsinlər ki, bu vətənin bugünkü müstəqilliyinin təminatçıları şəhidlərimiz, Milli Qəhrəmanlarımızdır

- Qardaşınız barədə oxucularımıza da məlumat verin.

- Qardaşım, Əsgərov Tələt Akif oğlu1971-ci ilin 5 oktyabr tarixində Tovuz rayonunun Kirən kəndində dünyaya gəlib. Rusiyada yaşayırdı. Müharibə başlayanda gəldi. Könüllü olaraq döyüşlərə qatıldı. Tovuz- Ağstafa-Qazax-Gədəbəy daxil, Qarabağda da döyüşdü. Ağdərə uğrunda döyüşlərə qatılıb. Qlobus yüksəkliyi deyilən əraidə 1994-cü ildə qəhrəmancasına şəhid olub

Belə əziz oxuyucular, bu cür insanlar təkcə Tovuzda deyil, hər bir rayon və şəhərlərimizdə var. Necə deyirlər ?! Şəhidlər vurulunca deyil,unudulunca ölürlər! Bu gün tanrı dərgahında ən yüksək zirvələrdən biri olan şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımızı hər kəs çalışıb tanıtmalıdır.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Azərbaycan   Milli-Qərəmanlar  

Onlar Milli Qəhrəman və Şəhidlərimizi belə təbliğ edirlər - MÜSAHİBƏ (FOTOLAR)

2020/03/4-6335277788.jpg
Oxunub: 3135     10:21     10 Mart 2020    