SZ robotlar gələcəkdə əsgərlərə yardım edə bilər

2019/02/6ffb5-1549286700.jpg
Oxunub: 947     14:12     27 Fevral 2020    
Amerikalı alimlər gələcəkdə döyüş meydanındaca əsgərlərə kömək edə biləcək robotlar üçün Süni Zəka (SZ) sistemlərini araşdırırlar. “Elmi Nailiyyətlər” jurnalında nəşr edilmiş tədqiqatla bağlı bir qrup alim spesifik tapşırıq zamanı əsgərlərin beyin fəaliyyətini müşahidə edib. Məqsəd isə dinamik tapşırıq zamanı SZ-nin yardımından istifadə üçün yollar aşkarlamaqdır.

ABŞ Quru Qoşunlarının Tədqiqat Laboratoriyasının (TL) neyroalimi Cin Vettel bildirib ki, fərdlərin vəziyyətini və davranışlarını təxmin edə biləcək texnologiyalar bu işə töhfə verə bilər. TL və Buffalo Universitetinin birlikdə həyata keçirdiyi layihə insan beyninin arxitekturası və dinamiklərini öyrənərək, onun necə bu davranışları təxmin etdiyini və daha sonra komanda işini optimallaşdırdığını tədqiq edir.

“Hərbi əməliyyatlarda əsgərlər bir dəfəyə çoxsaylı tapşırıqlar həyata keçirirlər. Onlar müxtəlif mənbələrdən əldə edilən informasiyanı analiz edir, eyni zamanda təhdidləri dəyərləndirməklə, həm də mühiti naviqasiya edir və vəziyyətdən xəbərdarlığı paylaşırlar”, - deyə Vettel söyləyib. Onun sözlərinə görə, bu, əsgərlərin tapşırıq zamanı cəld şəkildə bu öhdəliklər arasında var-gəl etməsini tələb edir. Bu o deməkdir ki, beyin bu, müxtəlif tapşırıqlar üçün tələb edilən beyin payları arasında sürətli keçidlər edir.

Vettel bildirib ki, əgər beyinin məlumatından anındaca istifadə edərək onların nə etdiyini, hansı tapşırığı həyata keçirdiyini göstərə bilsələr, SZ dinamik şəkildə buna cavab verə və tapşırığın tamamlanmasında əsgərlərə yardım edə bilər. Gələcəkdə bu imkanlara nail olmaq üçün tədqiqatçılar ilk olaraq beyinin xüsusi tapşırıq icra edərkən özünün müxtəlif paylarını necə koordinasiya etdiyini anlamağa çalışırlar.

Araşdırmanı tamamlamaq üçün araşdırmaçılar 30 müxtəlif insanda beyinin müxtəlif paylarının bir-birilə necə birləşdiyinin xəritəsini hazırlayıb. Alimlər bu xəritələri hər bir subyektin beyninin hesabi modellərinə çevirib və kompüterlərdən istifadə edərək onun simulyasıyasını edib. Daha sonra isə özlərinin hazırladığı yeni riyazi düstur vasitəsilə beyinin aktivliyinin simulyasiyalar zamanı müxtəlif koqnitiv sistemlər boyunca necə sinxron olduğunu hesablayıblar.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Süni-Zəka   İnsan   Robot  

SZ robotlar gələcəkdə əsgərlərə yardım edə bilər

2019/02/6ffb5-1549286700.jpg
Oxunub: 948     14:12     27 Fevral 2020    