Ermənistan MN-in polkovnik-leytenantı həbs edilib

2020/02/11111-1582526683.jpg
Oxunub: 774     13:24     27 Fevral 2020    
Fevralın 25-də Ermənistan İstintaq Komitəsinin Armavir vilayəti istintaq idarəsinin idarə rəisi Samvel Tonoyanın qərarı ilə yaradılmış istintaq qrupunun rəhbəri, Vağarşapat istintaq bölməsinin xüsusilə vacib işlər üzrə baş müstəntiqi Narek Mheryan Armavir vilayəti ümumi yurisdiksiya məhkəməsinə vəsatət təqdim edib ki, məhkəmə Şirak vilayətində qeydiyyatda olan, lakin Vağarşapat şəhərində yaşayan 62 yaşlı Mesrop Kyureğyana qarşı ehtiyat tədbiri olaraq iki aylıq həbs qərarı qəbul etsin.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, kakim Vahe Xalatyan qapalı iclas keçirdikdən sonra müstəntiqin vəsatətini təmin edib və M. Kyureğyan məhkəmədən “Vardaşen” cəzaçəkmə müəssisəsinə yerləşdirilib (xalq arasında “Militsek həbsxanası” kimi tanınır).

Qeyd edək ki, Kyureğyan fevralın 22-də üzərində olan “AK-47” tipli 7.62 mm çaplı avtomatla 36 yaşlı Gevorq Xalatyanı öldürmək, daha sonra ölmüş şəxsin yaxınları və evi istiqamətində atəş açmaq, bundan sonra isə cinayət aləti olan avtomatı hadisə yerində qoyaraq qaçmaqda ittiham olunurdu.

M. Kyureğyan nəzarət altına alınanda hüquq-mühafizə orqanlarına bildirib ki, keçmiş hərbçidir və rütbəcə polkovnik-leytenantdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Həbs  

Ermənistan MN-in polkovnik-leytenantı həbs edilib

2020/02/11111-1582526683.jpg
Oxunub: 775     13:24     27 Fevral 2020    