Ermənistan MN müharibə keçmiş şəxslərin sertifikatlarını yoxlayır

2019/02/41565-1551258458.jpg
Oxunub: 760     12:54     27 Fevral 2020    
Ermənistan Müdafiə Nazirliyi yeni prosesə başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, nazirlik müharibə keçmiş şəxslərin həqiqətənmi müharibə keçdiyini, yoxsa sertifikatları qanunsuz yolla aldıqlarını müəyyənləşdirmək üçün sözügedən şəxslərin sertifikatlarını yoxlayır.

Qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyi xüsusi komissiya yaradıb və komissiya bu günlərdə müxtəlif hərbi komissarlıqlarda qeyd olunan sertifikatları yoxlayır.

Əslində, bu sertifikata sahib olan şəxslər bəzi imtiyazlardan istifadə edirlər və hazırda Ermənistan Müdafiə Nazirliyi sertifikatlardan istifadə edənlərin bu sertifikatlara qanuni yolla sahib olub-olmadıqlarını yoxlayır.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan da məlumatı təsdiqləyib və qeyd edib ki, komissiya yeni yaradılmayıb, məqsəd mümkün çatışmazlıqları, nöqsanları istisna etmək üçün müharibə keçmiş şəxslərin sertifikatlarını yoxlamaqdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Özbaşınalıq  

Ermənistan MN müharibə keçmiş şəxslərin sertifikatlarını yoxlayır

2019/02/41565-1551258458.jpg
Oxunub: 761     12:54     27 Fevral 2020    