“Beynəlxalq ictimaiyyət halqası Ermənistan ətrafında sıxılır” – Aşotyan

2020/01/Ashot-1578645292.jpg
Oxunub: 658     12:21     27 Fevral 2020    
“Həm Serj Sarkisyan, həm Robert Köçəryan, həm də Qarabağ müharibəsi ilə bağlı digər insanlara qarşı baş verənlərin hamısı sadəcə təsadüf olmağı dayandırıb. Məlumdur ki, bu proseslərə rəhbərlik edən qondarma, görünməz, tənzimləyici “əl” var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın işi üzrə baş tutmuş məhkəmə iclası ilə bağlı jurnalistlərə açıqlama verərkən Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Aşotyan, həmçinin Aprel döyüşlərindən sonra baş tutmuş Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərinə toxunub.

“Bu görüşlər Aprel döyüşlərindən dərhal sonra, 2016-cı ilin mayından 2017-ci ilin Cenevrə görüşünə qədər baş tutub”, - deyə o bildirib.

Daha sonra Aşotyan “Güzgü qarşısında” verilişi zamanı qeyd edib ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı iş açılacağı barədə xəbər çoxdan var idi.

“Bu işdə hüquqi əsas ümumiyyətlə yoxdur. Sadəcə xatırladım ki, bu ittiham hətta bir çox deputatın təəccübünə səbəb olub”, - deyə o qeyd edib.

Aşotyanın sözlərinə görə, Serj Sarkisyanın Zaqrebdəki çıxışından sonra hazırkı hakimiyyət hər şey edib ki, Sarkisyanı azad hərəkət etmə hüququndan məhrum etsin.

“Gəlin Serj Sarkisyanı məhkəmə qapılarına aparmağın niyə bu hakimiyyətə əlverişli olduğunu başa düşək. Nikol Paşinyan ictimaiyyətin diqqətini yayındırmaq istəyir”, - deyə o bildirib.

Aşotyan qeyd edib ki, Münhen görüşü Paşinyanın arzusunu “dəfn edib”.

“Qarabağ danışıqlarında demokratiya amil deyil, bu, Paşinyanın yalanı idi. Dünyanın güclülərinin siyasətində demokratiya amil deyil. Bu hakimiyyətin nankor və təcrübəsiz diplomatiyasına görə beynəlxalq ictimaiyyət halqası Ermənistan ətrafında sıxılır”, - deyə Armen Aşotyan qeyd edib.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan dövlət büdcəsindən yarım milyard erməni dramının mənimsənilməsini təşkil etməkdə ittiham olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

“Beynəlxalq ictimaiyyət halqası Ermənistan ətrafında sıxılır” – Aşotyan

2020/01/Ashot-1578645292.jpg
Oxunub: 659     12:21     27 Fevral 2020    