KTMT-nin yeni Baş katibi Ermənistandadır

2020/02/45645-1582789787.jpg
Oxunub: 760     11:48     27 Fevral 2020    
KTMT-nin Baş katibi Ermənistanın hərbi siyasi rəhbərliyi ilə İrəvanda danışıqlar aparır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni Baş katibi Stanislav Zas üç günlük səfərlə Ermənistana gəlib. Təşkilat rəhbəri statusunda bu, onun Ermənistana ilk səfəridir.

KTMT-nin saytı bildirir ki, səfər zamanı Zasın Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılıb.

Hazırda Ermənistan Müdafiə naziri Davit Tonoyanla danışıqlar aparan KTMT Baş katibi, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və parlamentin spikeri Ararat Mirzoyanla da görüşəcək.

Xatırladaq ki, 2019-cu il noyabrın 28-də Bişkekdə baş tutmuş sammit zamanı KTMT ölkələrinin rəhbərləri Zasın yeni vəzifəyə namizədliyini təsdiq ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   KTMT   Zas  

KTMT-nin yeni Baş katibi Ermənistandadır

2020/02/45645-1582789787.jpg
Oxunub: 761     11:48     27 Fevral 2020    