Xocalı soyqırımının ildönümü Serbiyada da qeyd olunub

2020/02/11550-1582725284.jpg
Oxunub: 521     19:11     26 Fevral 2020    
Fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyində anma mərasimi təşkil olunub.

Ordu.az xəbər verir ki, əvvəlcə iştirakçılar Xocalı soyqırımının ağır nəticələrini özündə əks etdirən fotoguşə ilə tanış olub, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə ermənilərin tarixboyu Azərbaycana qarşı əsassız ərazi iddialarından və törətdikləri cinayətlərdən bəhs edilib, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu vurğulanıb.

Səfirlik tərəfindən hazırlanmış, Xocalı soyqırımının səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz xarici ölkələrin Belqraddakı səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV arasında yayılıb.

Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anma mərasimləri keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Serbiya   Xocalı  

Xocalı soyqırımının ildönümü Serbiyada da qeyd olunub

2020/02/11550-1582725284.jpg
Oxunub: 522     19:11     26 Fevral 2020    