Xocalı qətliamı qurbanlarının xatirəsi SHXÇDX-də anılıb

2020/02/c1476-3165447724.jpg
Oxunub: 967     17:29     26 Fevral 2020    
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

SHXÇDX-nin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata əsasən, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən SHXÇDX rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev tarixən erməni terrorçularının və onların havadarlarının Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirdiklərini, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsinin isə bu faciələrin ən dəhşətlisi olduğunu bildirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müasir dövrün reallıqlarına əsaslanan siyasətinin bu soyqırımı törədənlərin öz layiqli cəzalarını almalarına və işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəyinə inam ifadə edib. Vurğulayıb ki, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə və gənc nəsillərə çatdırılması hər kəsin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik.

SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mayor Füzuli İsmayılov Xocalıda baş verən dəhşətli hadisələri insanlığa qarşı tarixdə həyata keçirilmiş cinayətlərlə müqayisə edərək bu soyqırımını törədənlərin hələ də cəzalandırılmamasının beynəlxalq münasibətlərdəki ikili standartlardan qaynaqlandığını nəzərə çatdırıb. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Ermənistan tərəfindən ərazilərimizin işğal faktının və Xocalıda baş vermiş soyqırımı aktının beynəlxalq ifşasına nail olmaq məqsədilə görülmüş məqsədyönlü və sistemli işlərdən danışıb. Artıq İslam Əməkdaşlıq Təşkilatının üzvləri, Avropa və Amerika ölkələrini əhatə edən bu kampaniya çərçivəsində xarici dövlətlərin Xocalı faciəsini soyqırım kimi tanıyan qərarlar qəbul etdiyini diqqətə çatdırıb.

Xocalı sakini, o qanlı gecədə baş verən hadisələrin şahidi Rəhilə Quliyeva erməni silahlı birləşmələrinin şəhərə hücum zamanı törətdikləri dəhşətli qətliamdan danışıb. Qarlı havada, meşə yolu ilə xilas olmağa çalışan yaşlı insanların, qadınların, körpə uşaqların ermənilər tərəfindən ağlasığmaz işgəncələrlə qətlə yetirildiyini, meyitlərinin təhqir olunduğunu deyib. Qucağında olan iki yaşlı övladının düşmən gülləsindən həlak olduğunu, 20 nəfərdən artıq qohumunu itirdiyini diqqətə çatdıran R.Quliyeva həmin gecə şahidi olduğu faciənin insanlığa, heç bir təsəvvürə sığmadığını bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasında Xocalı soyqırımına həsr olunmuş fotosərgi hazırlanıb.

Həmçinin Xidmətin yerli idarə, şöbə və bölmələrində də Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xocalı   SHXÇDX  

Xocalı qətliamı qurbanlarının xatirəsi SHXÇDX-də anılıb

2020/02/c1476-3165447724.jpg
Oxunub: 968     17:29     26 Fevral 2020    