XİN rəsmisi: “Ayaz Mütəllibov dəfələrlə bunu təkzib edib”

2019/08/34345-1566493592.jpg
Oxunub: 642     11:56     26 Fevral 2020    
Ermənistanın Azərbaycana qarşı davam edən işğalı nəticəsində ərazilərimizin beşdə bir hissəsi işğal edilib, bir milyona yaxın insan qaçqın düşüb. Münaqişənin ən qanlı səhifələrindən biri bu gün 28-ci ildönümü tamam olan Xocalı soyqırımıdır. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 7000 insan yaşayıb. 1991-ci ilin oktyabrından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edib.

Ordu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı XİN-in Baş Prokurorluqla birgə bəyanatını səsləndirərkən deyib.

Bildirilib ki, Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərinin birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb.

“Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub,” - deyə L.Abdullayeva əlavə edib.

Qeyd olunub ki, Xocalı faciəsi epizodu üzrə aparılan istintaq zamanı 7500-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1800-dən çox şahid və 700 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib.

Bu günədək 16 dövlət milli qanunvericilik səviyyəsində Xocalıda törədilən faciləvi hadisələri soyqırım aktı kimi tanıyıb.

"Təəssüf ki, Ermənistan beynəlxalq qanunvericiliyə zidd olaraq öz işğalçı siyasətini bu gün də davam etdirir. Xocalı soyqırımının guya azərbaycanlıların törətdiyini utanmadan iddia edirlər. Sabiq prezident Ayaz Mütəllibov dəfələrlə bunu təkzib edib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xocalı-soyqırımı   XİN  

XİN rəsmisi: “Ayaz Mütəllibov dəfələrlə bunu təkzib edib”

2019/08/34345-1566493592.jpg
Oxunub: 643     11:56     26 Fevral 2020    