Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir

2020/02/15826-1582701262.jpg
Oxunub: 487     10:43     26 Fevral 2020    
Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da minlərlə insan Xətai rayonundakı “Ana harayı” abidəsini ziyarət edir.

Anım mərasimlərinin iştirakçıları Ordu.az-a müsahibələrində bu dəhşətli cinayəti törədən erməni faşistlərinə dərin nifrət hisslərini dilə gətirir, soyqırımının təşkilatçıları və icraçılarının gec-tez ədalət məhkəməsi önündə dayanacaqlarına inandıqlarını bildirirlər.

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, insanlığa qarşı yönəlmiş bu vəhşi qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan izdihamlı mərasim göstərir ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq.

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən anım mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutdular. Şəhərin 613 sakini xüsusi amansızlıqla qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Həmin vaxt girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.

Xalqımız əmindir ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, bu dəhşətli cinayəti törədənlər layiqli cəzalarını alacaq, işğal altındakı bütün torpaqlarımız düşməndən azad ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xocalı-soyqırımı   Ana-harayı  

Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir

2020/02/15826-1582701262.jpg
Oxunub: 488     10:43     26 Fevral 2020    