Xocavənddə şəhid hərbiçilərin xatirəsinə “Qəhrəmanlar parkı” salınıb - FOTOLAR

2020/02/87887-14243729418.jpg
Oxunub: 3530     17:10     25 Fevral 2020    
2017-ci ilin fevral ayının 25-də döyüş tapşırığını yerinə yetirərkən həlak olan Azərbaycan hərbçiləri mayor Aqşin Abdullayev, baş leytenant Şahlar Nəzərov, baş leytenat Tural Haşımlı, baş çavuş Zülfü Qədimov, əsgər Zakir Cəfərovun xatirəsinə Xocavənd rayonunda abidə ucaldılıb.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, üzərində “Qarabağ Azərbaycandır” yazılmış abidə kiçik parkla və şəhidlərin xatirəsinə tikilmiş bulaqla əhatə olunub və “Qəhrəmanlar parkı” adlandırılıb.

Açılış mərasimində Azərbaycan Ordusunun Birləşmə komandiri general-mayor Mayis Barxudarov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, sözügedən şəhidlərin valideynləri və ailə üzvləri, “N” saylı hərbi hissənin hərbi qulluqçuları, respublikanın müxtəlif yerlərindən gəlmiş keçmiş döyüşçülər, Beyləqan rayonundan veteranlar və Xocavənd ictimaiyyəti iştirak edib.

Tədbirə toplaşanlar əvvəlcə Xocavənd Rayon İcra Hakimiyyətinin qarşısına gələrək ümummilli lider Heydər Əliyevin büstü önünə çiçəklər düzüb, sayğı duruşunda dayanıblar.

Daha sonra qonaqlar Xocavənd rayonu Salakətin kənd orta məktəbində mayor Aqşin Abdullayev, baş leytenant Şahlar Nəzərov, baş leytenat Tural Haşımlı, baş çavuş Zülfü Qədimov, əsgər Zakir Cəfərovun adı verilmiş sinif otaqları ilə tanış olub, həmin məktəbin şagirdləri tərəfindən şəhid hərbiçilərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiyaları seyr ediblər.

“Qəhrəmanlar parkı”nın açılış mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Ordusunun Birləşmə komandiri general-mayor Mayis Barxudarov, şəhidlərin valideynləri və doğmaları çıxış ediblər. Daha sonra abidə kompleksinin qarşısında sözügedən şəhidlərin hər birinin adına bir ağac əkilib.

Tədbirdən sonra qonaqlar “N” saylı hərbi hissədə əsgərlə birgə nahar ediblər.

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xocavənd   Qəhrəmanlar-Parkı  

Xocavənddə şəhid hərbiçilərin xatirəsinə “Qəhrəmanlar parkı” salınıb - FOTOLAR

2020/02/87887-14243729418.jpg
Oxunub: 3531     17:10     25 Fevral 2020    