Qarabağ müharibəsində yaradılmış taborun keçmiş döyüşçüləri Şirvan şəhərində görüş keçiriblər - FOTOLAR

2020/02/25-1582027321.jpg
Oxunub: 1273     15:55     18 Fevral 2020    
1990-91 ci illərdə ermənilərin sıx məskunlaşdığı Əsgəran, Xoramurt, Xanabad, Naxçıvvanik və digər yaşayış məntəqələrindən azərbaycanlılar yaşayan kəndlərə edilən quldur basqınlarının qarşısını almaq üçün yaradılan Ağdam yerli özünümüdafiə dəstələrinin əsasında qurulan 845 saylı hərbi hissənin sağ qalan döyüşçüləri Şirvan şəhərində xatirə görüşü keçiriblər.

Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki, 27 ildən sonra yenidən toplaşan taborun sabiq əsgərləri əvvəlcə Şirvan şəhərində Şəhidlər Xiyabanını ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan silahdaşlarının məzarı önündə onların ruhuna dualar oxuyan veteranlar çıxışlarında bildirdilər ki, Ali Baş Komandanın “Döyüşə” əmrini gözləyirlər və müharibə başlayacağı təqdirdə yarımçıq qalan döyüşlərini qələbə gününə qədər davam etdirəcəklər.

Xatırladaq ki, artıq ləğv edilmiş 845 saylı tabor 1991-ci ilin sonlarında erməni silhlı qruplaşmalarına qarşı mübarizə aparmaq üçün yerli özünümüdafiə dəstəsi kimi formalaşıb. 1992-ci ilin fevral ayının 26-da Xocalılara qarşı soyqırım törədən ermənilərin əlindən xeyli sayda adamın xilas edilməsində, yaralıların döyüş meydanından çıxarılmasında bu hərbi hissəinin döyüşçüləri fədakarlıq göstəriblər.

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Qarabağ   Hərbi-Hissə   Tədbir  

Qarabağ müharibəsində yaradılmış taborun keçmiş döyüşçüləri Şirvan şəhərində görüş keçiriblər - FOTOLAR

2020/02/25-1582027321.jpg
Oxunub: 1274     15:55     18 Fevral 2020    