Şoyqu Balkanlarda gərginliyin artdığı bir müddətdə Serbiyaya səfər edib

2020/01/ghjhj-1578738097.jpg
Oxunub: 475     12:14     18 Fevral 2020    
“Serbiya-Rusiya hərbi əməkdaşlığı yüksəliş tendensiyasındadır və hər iki ölkə bunu daha da inkişaf etdirməyə qərarlıdır”.

Ordu.az xəbər verir ki, bu, Serbiya Müdafiə Nazirliyinin fevralın 17-də Rusiya Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdən sonra yaydığı bəyanatda qeyd olunub.

Qeyd edək ki, Serbiya Avropa İttifaqına daxil olmaq üçün bir sıra tədbirlər həyata keçirsə də, Rusiya ilə güclü siyasi və iqtisadi əlaqələrə malikdir. Belqrad, həmçinin NATO-dan kənarda qalacağına, üzv olmayacağına söz verib. Bundan başqa Ukraynadakı münaqişəyə görə Rusiyaya sanksiya tətbiq etməkdən imtina edib.

Rusiya öz növbəsində Serbiyadan ayrıldığını elan edən Kosovanın müstəqilliyini tanımır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Serbiya   Şoyqu  

Şoyqu Balkanlarda gərginliyin artdığı bir müddətdə Serbiyaya səfər edib

2020/01/ghjhj-1578738097.jpg
Oxunub: 476     12:14     18 Fevral 2020    