Çin “Su-27” qırıcıları ilə nəyi göstərmək istədi?| “Falcon Strike 2015” təlimlərinin naməlum detalları – ANALİZ

2020/02/8-12656034160.jpg
Oxunub: 2919     10:47     18 Fevral 2020    
2019-cu ilin dekabrın 14-də Hindistanın məşhur “bharat-rakshak.com” hərbi-analitik portalı tərəfindən, əsasən ekspert və ya bu sahə ilə yaxından maraqlanan insanların müzakirəsi üçün maraqlı olan bir məqalə dərc edildi. Məqalənin bölmələrindən birində Çin Hərbi Hava Qüvvələri və Tailand Kral HHQ-nin birgə taktiki təlimlərinin əvvəllər bilinməyən nəticələrini əks etdirən qrafik və cədvəl təqdim edildi. “Falcon Strike 2015” təlimləri 2015-ci ilin noyarın ayının 12-dən 15-nə qədər Tailandın Korat aviabazasının yaxınlığında, 4+ nəslinə aid ağır J-11A və JAS-39C/D “Gripen” çoxməqsədli qırıcılarının istifadəsi ilə keçirilib.

Əslində bu məlumatlar Azərbaycan audiotoriyası üçün ciddi maraq kəsb etməyə bilərdi, lakin burada Çinin J-11A qırıcılarının Rusiyanın “Su” təyyarələrinin bazasında hazırlanmasını, ictimaiyyətin yenilənəcək aviasiya parkımızın tərkibi ilə bağlı göstərdiyi həssaslığını və ötən gün yaradılması gününü qeyd etdiyimiz Azərbaycan HHQ-nin ilk hərbi aviasiya vasitəsinin də məhz bu qırıcı ailəsinə məxsus olmasını nəzərə alsaq, o zaman bu mövzunun diqqətimizi cəlb etməsinin səbəbləri daha aydın olar.

Təlimlər

Təlimlərin bir neçə mərhələsində hər iki növ aviasiya vasitələrinin qələbə və məğlubiyyətlərinin nisbəti əsasında tərtib edilən qrafik və cədvəl məlumatları, Çinin J-11 (“Şenyanq Aviasiya Korporasiyası” tərəfindən “Su-27SK” qırıcısının lisenziyalı nüsxəsidir) qırıcılarının İsveç istehsalı “Gripen”ə qarşı çıxa bilməyəcəyini açıq şəkildə nümayiş etdirdi. Tailand Hərbi Hava Qüvvələri həm 80 km və daha uzaq məsafəli (nisbət 24:0), həm də 20-80 km-lik orta məsafəli hava döyüşlərində (nüsbət 64:14) orta mənzilli döyüşlərdə mübahisəsiz üstün oldu. Yalnız NATO Birləşmiş Hərbi Hava Qüvvələrində “it zibilliyi” adlanan yaxın hava döyüşündə qələbə və məğlubiyyət nisbəti Tailandın “Gripen”lərinin xeyrinə olmadı. Burada Çin J-11 qırıcıları İsveç qırıcılarını 86:12 nisbətilə məğlub etdi.

Uçuş və texniki xüsusiyyətlərə dair müvafiq məlumat diapazonuna, habelə “Gripen” və J-11 modifikasiyalarının malik olduğu bort radioelektron avadanlıqların və raket silahlarının texniki parametrlərinə aid dərin biliklərə malik olmayan şəbəkə nümayəndələri üçün belə bu nəticələr tam çaşqınlığa səbəb oldu, çünki ağır qırıcılar uzaq məsafəli hava döyüşlərində yüngül çoxməqsədli qırıcılar üzərində inamlı üstünlüyə malik olmalıdır. Təkmühərrikli yüngül cəbhə qırıcıları isə ağır cütmühərrikli qırıcıları üzərində yaxın döyüşdə yüksək potensialını əldən verməli deyil. Əslində bu iki rəyin heç birinin texnoloji və ya operativ-taktiki əsaslandırması mövcud deyil. Bu rəylər sadəcə qırıcıların sinifinə və təyinatına görə illərdir ki, mütəxəssislər tərəfindən yazılmayan, lakin əksəriyyət tərəfindən qəbul edilən bir qaydadır.

2015-ci ilin son rübündə internetin Çin seqmentinin diqqətlə izlənilməsinin göstərdiyi kimi, Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri komandanlığı bu təlimlərə Guanqdonq əyalətinin eyni adlı hərbi dairəsindəki Suixi aviabazasında yerləşən 2-ci qırıcı aviasiya diviziyasının 6-cı alayına aid J-11A çoxməqsədli qırıcılarının erkən versiyalarını cəlb edib. Çoxfunksiyalı J-11A qırıcıları “Panda” layihəli N001VE tipli modernləşdirilən RLS ilə təchiz olunur. Rusiyada istehsal edilən bu RLS-lər Kasseqren anten barmaqlığına və “hava-yer” rejiminə keçidi təmin etmək üçün əlavə ötürmə kanallarına malikdir.

Bu radarların H001 RLS-in erkən (standart) versiyası ilə müqayisədə enerji potensialının 10% artmasına baxmayaraq, onların səs-küy və maneə toxunulmazlığı hələ də arzuolunan səviyyədə deyil.

Tatktiki-Texniki Xüsusiyyətlərin qarşılıqlı müqayisəsi

Uzunluğu 14.1 metr, maksimum uçuş kütləsi 12470 kq, boş kütləsi 6620 kq, qanad açılımı isə 8.4 metr olan “JAS-39C/D “Gripen” qırıcısı cəmi 1 kv.m effektiv səth əksolunma əmsalına (EPR-ə) malikdir. Asqılarda sursat və ya əlavə yanacaq çəni quraşdırıldıqda EPR təxminən 1.7 kv-ə qədər artır. İstifadə edilən anten barmaqlıqlı standart PS-05A radarının ağır qırıcılar kimi hədəfləri ələ keçirmə məsafəsi 120 km-ə qədərdir. J-11A qırıcısi isə “Su-27” ilə eyni ölçülərə, yəni 21.9 m uzunluğa, 34500 kq maksimum uçuş kütləsinə və 14.7 m qanad açılımına malikdir. Bu qırıcı, rəqibi “JAS-39C/D “Gripen” qırıcısının silahları ilə kütləsinə bərbər (8000 kq) faydalı yük daşıya bilir. Qırıcının effektiv səth əksolunma əmsalı 5 kv.metrdir. Xarici asqılarda yerləşdirilən sursat və ya əlavə yanacaq çənləri EPR-i təxminən 40, bəzən isə 60%-ə qədər artırır. İstifadə edilən standart H001VE radarının isə ağır qırıcılar kimi hədəfləri ələ keçirmə məsafəsi 90 km-ə qədərdir.

Nəticə olaraq, təlimlər olmadan belə JAS-39C/D “Gripen” qırıcısının PS-05A RLS-ləri J-11A qırıcısını, aradakı 4-5 dəfəlik EPR fərqini nəzərə almasaq belə, ən azı 30 km-ə qədər daha uzaq məsafədə aşkar edə bilir.

Nəticə etibarilə, “Falcon Strike 2015” təlimlərinin bir hissəsi olaraq hazırlanan uzaq mənzilli hava döyüşü mərhələsində Tailandın “Gripen” və Çinin J-11A pilotları PS-05A və H001VE radarlarından istifadə edərək bir-birlərini eyni zamanda aşkar etmək şanslarına öncədən malik deyildilər. Bunu Çin mütəxəssislərinin əvvəlcədən bilməməsi və ya qiymətləndirilməməsi inandırıcı arqument deyil. Bura təlimlərdə istifadə edilən raketlərin arasında da mövcud olan fərqləri nəzərə almasaq belə, digər sadalanan faktorlar hansı tərəfin döyüş vasitələrinin hava üstünlüyünü əldə edəcəyini də əvvəlcədən təxmin etməyə imkan verirdi.

Qələbəni təmin edən faktorlar

“Gripen” qırıcısının pilot kabinəsi

J-11 qırıcısının pilot kabinəsi

Bu bir təlim idi. JAS-39C/D qırıcısı Çinin J-11 qırıcısı üzərində qeyd-şərtsiz qələbə qazanıb. Bu qələbəyə konkret olaraq hansı faktorların kömək etdiyinə nəzər salaq.

Birinci növbədə burada kiçik ölçülər və kiçik effektiv səth əksolunma əmsalı qeyd edilməlidir. Bu əmsalı minimuma endirmədən sonrakı nəsil qırıcılara keçid mümkün deyil. Qərb analoqları ilə müqayisədə SSRİ/Rusiya modellərində bu istiqamətə lazımi diqqət yetirilmədiyi heç kimə sirr deyil.

İkinci faktor, JAS-39C/D “Gripen” qırıcısının daha kiçik qabaritli və yüngül PS-05A RLS-lərinin, J-11A qırıcısını 30 km-ə qədər daha uzaq məsafədə aşkarlamasından ibarətdir.

JAS-39C/D-də quraşdırılan qismən aşağı enerjili PS-05A radarları, “Gripen” pilotlarına AMRAAM raketlərinin potensialını tam şəkildə həyata keçirməyə imkan verməsə belə, 110 km-dən uzaq məsafədən erkən raket buraxılmasını HOJ rejiminin tətbiqi sayəsində mümkün edir. NOJ rejimi J-11A pilotlarının L005-S “Sorption” REM komplekslərinin konteyner sistemlərindən istifadə etdikdə “Gripen” raketlərinin REM siqnallarının mənbəyinə doğru tuşlanmasına imkan verir.

Digər tərəfdən isə NOJ rejimi Çinin N001VE RLS-in şüalanma mənbəyinin bucaq koordinatlarını müəyyənləşdirə və hesablaya bilən bort şüalanma xəbərdarlıq sistemindən hədəf təyinatını 200-250 km məsafədən əldə etməyə imkan verir. Bu isə ümumiyyətlə Rusiyanın istənilən aviasiya vasitəsi üçün bu günün özündə belə əlçatmaz bir göstəricidir.

Üçüncü faktor isə taktiki və texniki parametrləri virtual hava döyüşünü və xüsusən də “elektron atışları” simulyasiya etmək üçün cavabdeh olan qırıcıların “Atəşi İdarəetmə Sistemi”nə (AİS) daxil edilən “hava-hava” raketlərinin imkanlarından ibarətdir.

Çin J-11A qırıcısının asqılarında PL-12 (Rusiyanın PBB-AE/P-77 raketi ilə eynidir) idarəolunan “hava-hava” raketləri yerləşdirilib. Təlimdəki qırıcıların da avtomatik idarəetmə sisteminə 9B-1348E tipli aktiv özütuşlanan başlıqla təchiz olunan və cəmi 70-85 km atəş məsafəsinə malik olan perspektivli orta mənzilli PL-12 idarəolunan “hava-hava” raketləri daxil edilmişdi.

Çinin PL-12 sursatları 2002-ci ildə “China Leihua Electronic Technology Research Institute” (LETRI/607 Institute) araşdırma insitutu tərəfindən hazırlanıb. Onların həm korpusu, həm də tuşlanma sistemi (9B1348E) Rusiyanın R-77 idarəolunan raketləri ilə eynidir. Onun hazırlanması və istehsalında rus mütəxəssislər də iştirak edib.

Tailandın “Gripen” qırıcılarının Atəşi İdarəetmə Sistemlərinə isə müvafiq olaraq 105 və 120 km atəş məsafəsinə malik tipli AIM-120C-5/7 uzaq mənzilli “hava-hava” tipli idarəolunan raketlərin parametrləri daxil edilmişdi.

AMMRAAM raketləri bir neçə hərbi əməliyyatlarda öz imkanlarını kifayət qədər nümayiş etdirib, onların imkanlarının izah edilməsinə ciddi ehtiyac da duyulmur. Çinin PL-15 və ya Rusiyanın R-77 raketlərinin rəqibin AIM-120C-5/7 uzaq mənzilli idarəolunan raketləri ilə müqayisədə daha qısa müddətdə fəaliyyət göstərən təkrejimli raket mühərriklərinə sahib olması, hətta daşıyıcıda SPO-15 “Beryoza” bort şüalanma xəbərdarlığı sisteminin quraşdırılması və ya 80 km-ə qədər məsafədə KJ-2000 erkən aşkarlama və idarəetmə təyyarəsinin dəstəyi ilə yenə də Tailandın “Gripen” qırıcılarını daha erkən aşkar etməyə və onu ələ keçirməyə imkan verməyəcəkdi.

Nəticə

JAS-39C/D ilə uzaq hava döyüşləri təlimində Çin J-11A qırıcısının məğlubiyyətini bir çox texnoloji amillərlə əsalandırmaq da mümkündür. Rəqəmlərə diqqət etsək, ilk baxışdan 20 km-dən uzaq məsafədə 88:14 nisbətilə məğlub olan Çin qırıcılarının həm RLS, həm raket, həm də pilot hazırlığı məsələsində problemləri olduğu diqqətləri cəlb edir. Lakin məsələyə sırf təlim kontekstində yanaşdıqda bu bəlkə də doğru nəticə hesab edilə bilər. Aviasiya bazarın şərtləri, iştirakçıların maraqları və rəqabət mühitinin aurası isə bu tip məsələlərə bir az geniş aspektdən yanaşmağı tələb edir.

“Falcon Strike 2015” təlimləri təxminən 5 il əvvəl başa çatıb. Təlimlər zamanı ÇXAO-nun Hərbi Hava Qüvvələrində ölkənin hava məkanının sabitliyini qorumaq üçün, AFAR ilə perspektivli uzaq mənzilli RLS-lə təchiz edilən, yenilənən informasiya sisteminə malik ekipaj kabinləri və bir çox digər üstünlüklərə malik 4 + nəsilin inkişaf etmiş çoxfunksiyalı J-11B qırıcıları Çinin silahlanmasında artıq mövcud idi. J-11B versiyası həm taktiki hava şəraiti haqqında məlumat mübadiləsi üçün müasir terminallara, həm də orta və uzaq məsafələrdə hava döyüşünü simulyasiya edən yenilənən proqram təminatı ilə təchiz edilirdi.

Ümumiyyətlə Çin təlim keçirilən müddətdə bəlkə də dünyada ən sürətlə inkişaf edən hərbi aviasiya sənayesinə malik idi. Yüz kilometrlərlə aşkarlama məsafəsinə RLS-lər, uçuş trayektoriyasının terminal hissəsində ən yüksək sürət və manevr imkanları, inteqral düzaxımlı mühərriklərə malik raketlər, istismarda olan son nəsil qırıcılar və s. artıq Çin üçün əldə olunan nailiyyətlər sırasında idi. Çinin əvvəlcədən qazana bilməyəcəyini bildiyi halda, bu tip “virtual” idarəolunan hava döyüşlərinə qatılması, istənilən forma və ya məzmunda sağlam dərrakəyə sığmır. Çinin bilərəkdən özündən 25 dəfə kiçik ölkə qarşısında özünü Rusiya qırıcısı ilə məğlub vəziyyətinə salmasının, üstəgəl bu məlumatların hər kəs üçün əlçatan səviyyədə açıqlanmasının başqa səbəblərinin olduğu şübhəsizdir. Çinin silahlanmasında olan yeganə 4+ nəslə aid qırıcının J-11A olmadığını bilirik. Təlimlər keçiriləndə Çin 95 ədəd 20 yaşlı J-11A versiyasından başqa, daha üstün imkanlara malik 110 ədəd J-11 B/BS və naməlum sayda J-11 D qırıcılarına malik idi. Bunlardan əlavə həmin dövrdə Çinin həm 4+ nəslə aid yeni J-15, J-16 və nəhayət JF-17 qırıcıları artıq silahlanmada mövcud idi, 5-ci nəsilə aid J-20 qırıcıları isə çəmi bir il sonra silahlanmaya qəbul edildi. Pekinin bu qədər geniş qırıcı assortimentinə malik olduğu və onlardan rəqibi ilə eyni sinifə aid olan istənilən qırıcısını təlimə cəlb edə biləcəyi halda, sanki bilərəkdən rəqibi qarşısına zəif bir rus vasitəsini çıxararaq məğlub olmasının səbəblərini tam araşdırmaq üçün bir az əvvələ qayıtmalıyıq.

1992-ci ildə Çin keçmiş Sovet İttifaqından kənarda “Su-27” qırıcılarını silallanmasına qəbul edən ilk ölkə oldu. Eyni zamanda Çin SSRİ-dən müqavilə əsasında son aviasiya vasitəsi əldə edən ölkə kimi də tarixə düşdü.

1996-cı ildə isə maliyyə vəziyyəti kifayət qədər problemli olan “Suxoy” korporasiyası Çinin SAC kompaniyası ilə J-11 təyinatı ilə 200 ədəd “Su-27SK” qırıcısının ortaq istehsalı üçün müqavilə bağladı. 2.5 milyard dollar dəyərində müqavilənin şərtlərinə əsasən, J-11 qırıcıları rus komponentlərindən SAC zavodunda yığılmalı idi. Müqavilənin şərtlərinə görə, Rusiya bu qırıcıların 3-cü ölkələrə satılmasına icazə vermirdi. Çinin istehsalda yerli komponentlərinin sayını tədricən artırmaqla, SAC şirkətinin müstəqil istehsal prosesini mənimsəməsinə şərait yaratmağa hüququ çatırdı. Həmin dövrdə Çin aviasiya sənayesi SSRİ/Rusiya ilə müqayisə ediləcək səviyyədə olmadığına görə bu şərtlər Pekin üçün əlverişli hesab edilirdi.

İlk J-11 qırıcısı 1998-ci ilin dekabrında hazır oldu, lakin texniki səbəblərə görə seriyalı istehsal 2000-ci ildə baş tutdu. 2003-cü ilə qədər 95 ədəd təyyarə Çinə verildi. Çin qalan 105 ədəd J-11 (“Su-27SK”) baza versiyalı qırıcıdan Hərbi Hava Qüvvələrinin müasir tələblərinə cavab verməməsi səbəbindən imtina etdi.

İstehsalın rədd edilməsinin səbəbləri əsasən aşağıdakılardan ibarət idi:

- müqavilədə texnologiyanın Çin tərəfinə təhvil verilməsinə dair razılığın olmaması və nəticədə Rusiyadan komponentlərin tədarükündən daimi asılılıq;
- silahların idarəetmə sisteminin Çinin idarəolunan raketləri ilə uyğun olmadığı və bu baxımdan davamlı olaraq Rusiyadan dəqiqliyi şübhə doğuran R-27, R-73 və R-77 raketlərinin alınmasına ehtiyac duyulması;
- “Su-27SK” qırıcısının əsas məqsədi havada üstünlük əldə olunmasından ibarət olduğu üçün “hava-yer” idarəolunan raketlərindən istifadə edə bilməməsi və s.

“Suxoy” şirkəti Çinə yerüstü hədəflərə qarşı daha səmərəli olan “Su-27SKM” modernləşdirilmiş versiyasını təklif etsə də, Çin Hərbi Hava Qüvvələri bundan imtina edərək yerli J-11B qırıcılarına üstünlük verdi.

Rusiya KİV-lərinə diqqət etsək, son 25 ildə Çində istehsal olunan çox sayda aviasiya vasitəsinin onlardan kopyalandığını davamlı olaraq iddia edirlər. SSRİ ilə Çinin münasibətləri, kiçik zaman kəsiklərini çıxmaq şərtilə, Koreya müharibəsindən sonra daim müsbət dinamikaya malik olub. SSRİ Çini daim öz orbitində saxlamaq üçün ona hər sahədə, xüsusilə hərbi sahədə böyük yardımlar edib. Lakin Çin Rusiyadan fərqli olaraq SSRİ və ya digər ölkələrdən əldə etdiyi təcrübəni inkişaf etdirərək daha üstün səviyyədə yerli məhsullara sahib olub, Rusiya isə nə SSRİ-nin mirasını qoruya bilib, nə də özü inkişaf edə bilib. Hazırda Çin Rusiyadan 4 dəfə böyük hərbi büdcəyə malikdir. 50 il əvvəl SSRİ-dən 4 dəfə kiçik iqtisadiyyata malik Çin, hazırda iqtisadiyyatına görə Rusiyadan 8 dəfə böyükdür. Bütün bunlara baxmayaraq, Rusiya mətbuatı üçün Çin hələ də onların hərbi vasitələrinin nüsxələrini “çap edir”. O zaman belə bir sual yaranır: Çin 4 il qabaq 5-ci nəsilə aid qırıcını silahlanmaya qəbul edib, bəs Rusiyanın 5-ci nəsili haradadır?

Digər tərəfdən isə Çin 20 il əvvəl ruslarla birgə istehsal etdiyi və resursları bitmək üzrə olan 95 ədəd J-11 və ya “Su-27SK” qırıcılarını satmaq hüququna da malik deyil. Heç bunda maraqlı da deyil, çünkü özü artıq hərbi aviasiya vasitələrinin ən geniş istehsal xəttinə malikdir. Digər tərəfdən isə Pakistanla birgə istehsal olunan vasitələrə təlabat durmadan artır. Rusiyanın qırıcıları qiymət və keyfiyyət kateqoriyasında artıq Çin təyyarələri ilə rəqabət aparmaqda çətinlik çəkirlər. Bu məqsədlə eyni mərkəzdən idarə olunan bəzi Rusiya KİV-ləri illərdir ki, Çin aviasiya vasitələrinə qarşı informasiya müharibəsi aparır. Pekin isə bu təlimlərdə şərq uzaqgörənliyi ilə 1 mərmi ilə 3 hədəfi vura bildi:

- Çin silahlanmasında mövcud olan əvvəlcədən məğlub olacağı şübhə doğurmayan Rusiya qırıcısını, onun öz raketi və RLS-i ilə birlikdə özündən 3 dəfə kiçik vasitəyə qurban verərək, qərb texnologiyasına qarşı daha ciddi vasitələrə ehtiyac olduğunu real müştərilərin nəzərinə çatdırdı;
- Rusiyanın onsuz da məhdudlaşan aviasiya bazarına özünü real konkurent kimi təqdim edərək, rus vasitələrinin texniki xüsusiyyətlərinin heç də elan edilən rəqəmlərlə uyğun gəlmədiyini ortaya qoydu;
- Çini “nüsxələrin kopyalanması”nda ittiham edənlərə və bu ideyanın müəlliflərinə, onların öz tərifli silahı ilə ən sarsıdıcı zərbəni vurdu.

Qeyd olunanlardan belə görünür ki, Çin növbəti dəfə sırf özünün yerli istehsalı olan müasir vasitələrdən birini təlimlərdə bənzər qarşıdurma ilə nümayiş etdirəcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: J-11   Su-27   Gripen  

Çin “Su-27” qırıcıları ilə nəyi göstərmək istədi?| “Falcon Strike 2015” təlimlərinin naməlum detalları – ANALİZ

2020/02/8-12656034160.jpg
Oxunub: 2920     10:47     18 Fevral 2020    