İsrail HHQ-nin dominantlığının başqa bir səbəbi: Stels F-35-lər

2020/01/30763-1580124264.jpg
Oxunub: 1522     19:23     27 Yanvar 2020    
İsrail ilk F-35 eskadrilyasını əməliyyat qabiliyyətli elan etdikdən sonra, yəni 2017-ci ilin dekabrından etibarən regionda çox şey dəyişdi. Rəqəmlərə baxası olsaq, dəyişiklik çox cüzi görünə bilər. İsrail HHQ-nin 140 eskadrilyasının sadəcə 9 ədəd F-35 təyyarəsi var və bunun qarşıdakı üç il ərzində 50-yə çatdırılması planlaşdırılır. Bu İsrail HHQ-nin silahlanmasındakı 300-dən çox F-15, F-15E, F-16-larla müqayisədə çox cüzidir.

Lakin İsrailin F-35-lərinin əhəmiyyəti rəqəmlərdən daha çoxdur. Əvvəla sadə keyfiyyət üstünülüyü var. Millətçilər və propaqandaçılar Rusiyanın ən yeni “MiQ” və “Su” qırıcılarına qarşı F-35-lərin qüdrətindən tez-tez danışırlar. Burada önəmli olan nə İranın, nə də Suriyanın Rusiyanın ən qabaqcıl təyyarələrini və ya təyyarə əleyhinə raketlərini əldə etməyə yaxın olduğudur. F-35 İranın F-14, “MiQ-29” və F-4 “Phantom”larına, eləcə də Suriyanın “MiQ-29” və Misirin F-16-larına qarşı böyük üstünlüyə sahibdir. Çox uzaq bir ehtimal var ki, İsrailin F-35-ləri Rusiyanın “Su-35”ləri ilə Suriya üzərində qarşıdurmaya girsin, lakin digər halda İsrail regionun ən qabaqcıl aviasiya qüvvəsinə sahibdir və belə olmağa da davam edəcək.

Digər faktor isə stels xarakteristikasıdır. İsrailin ciddi hava gücünə sahib olaraq hansısa opponentinə qarşı hava kampaniyası keçirməsindən 36 il keçir. İndi İsrail HHQ öz vaxtını “Hizbullah”ın silah karvanına, HƏMAS-ın arsenalına qarşı, bir neçə təyyarəlik əməliyyatlara sərf edir. Hətta bir ovucluq stels təyyarəsi də Suriya və hətta İran üzərində İsrailə rahat əməliyyat imkanı qazandıracaq.

Az qala hər tərəfində rəqib ölkələrlə çevrələnən İsrail daima çəkindirmə gücünə böyük diqqət göstərib. Xüsusilə İsrail İran və “Hizbullah”ın ballistik raketlərinin təhdidi altındadır. Onun F-35-ləri isə bu qarışığa qeyri-müəyyənlik əlavə edir. Belə ki, artıq İsrail təyyarəsinin İrana çata biləcəyi, Suriya və “Hizbullah”a müntəzəm zərbələr endirmə imkanı heç kimə sirr deyil. Artıq İran İsrailin F-35-lərinin gizli şəkildə öz müdafiəsini dəlmə qabiliyyəti barədə düşünməlidir. Lakin bu kontekstdə F-35-lərin bu tapşırığı uğurlu yerinə yetirə bilib-bilməyəcəyi bir o qədər də əhəmiyyət daşımır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: F-35   İsrail  

İsrail HHQ-nin dominantlığının başqa bir səbəbi: Stels F-35-lər

2020/01/30763-1580124264.jpg
Oxunub: 1523     19:23     27 Yanvar 2020    