HHM hissə və bölmələrinin xüsusi hazırlığı - ANALİZ (HƏRBİ EKSPERT)

2020/02/news_-1582785600.jpg
Oxunub: 2027     11:00     27 Fevral 2020    
HHM hissə və bölmələrinin xüsusi hazırlığının məqsədləri aşağıdakıların öyrədilməsindən ibarətdir:

- döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi və bacarıqla istismarı;
- döyüşdə funksional vəzifələrin yerinə yetirilməsi;
- bölmə və hissə tərkibində mürəkkəb yerüstü və hava şəraitdə hava hədəflərinin məhv edilməsi üzrə uzlaşmış fəaliyyətlər.

Zenit raket birləşmə (hissə) və bölmələrinin xüsusi hazırlığı aşağıdakı hazırlıq növlərinin gedişində həyata keçirilir:

- praktiki məşğələlər;
- kompleks məşğələlər;
- təlimlər.
- döyüş atışları.

Xüsusi hazırlığa daxildir:

- atəş hazırlığı (silah və texnika üzərində döyüş işi);
- atəşin idarəolunması;
- raket-atış hazırlığı.

Xüsusi hazırlıq üzrə praktiki məşğələlər batareya (divizion) uzlaşma mərhələsində keçirilir. Bu məşğələlər qoşun növləri və xüsusi bölmələrin (hissələrin) düşmənin hava zərbələrindən himayəsi üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı döyüş maşınları, qurğular, batareyaların (divizionun) heyətləri arasında dəqiq qarşılıqlı əlaqəyə nail olmaq üçün təyin edilib.

Praktiki məşğələlərdə rəhbərin nəzarəti altında öyrənənlər döyüş texnikasında funksional vəzifələrə və ya digər ixtisaslar üzrə vəzifələrə uyğun verilmiş tapşırıqları yerinə yetirir. Praktiki məşğələlərdə tədrisin əsas metodları göstərmə və məşqdir.

Praktiki fəaliyətlər biliklərin artırılması və vərdişlərin qazanılması üçün əsas mənbədir. Praktiki məşğələlər bilavasitə komandirlər tərəfindən təşkil olunur və keçirilir:

- batareya ilə - batareya komandiri;
- birləşmə ilə - birləşmə komandiri, yaxud onun müavinləri.

Məşğələlər daimi dislokasiya ərazisinin yaxınlığında və yaxud təlim mərkəzlərində keçirilir, hər iki halda təlim atışları keçirmək üçün aviasiya tətbiq olunur.

Kompleks məşğələlər müxtəlif hava və yerüstü şəraitdə düşmənin hücumu zamanı qoşunları və obyektləri havadan himayə etmək üzrə doyüş tapşırığını yerinə yetirərkən batareyanın (divizionun, birləşmənin) bütün mütəxəsislərinin qarşılıqlı fəaliyyətinin məşq etdirilməsi məqsədi daşıyır.

Öz təyinatı üzrə kompleks məşğələlər təlim və yoxlama məşğələlərinə bölünür. Məşğələlərin əsas öyrətmə metodu – nümayiş və normativlər üzrə fəaliyyətlərin, fəndlərin fərdi olaraq məşqidir. Kompleks məşğələlərdə şəxsi heyətin döyüş texnikasında iş üsulları təkmilləşdirilir, taktiki fonda batareya tərkibində atəş tapşırıqlarının yerinə yetirilməsi üçün bölmənin uzlaşması yerinə yetirilir.
Kompleks məşğələlər ərazidə batareya komandiri və yuxarı rəislər tərəfindən keçirilir. Yuxarı rəislərin rəhbərlik etdiyi məşğələlər, bir qayda olaraq yoxlama məşğələləridir.

Kompleks məşğələlərdə tədris vaxtının əsas hissəsi atəş tapşırıqlarının yerinə yetirilməsi üzrə tam tərkibdə məşq etdirmək yolu ilə batareyanın uzlaşması üçün istifadə olunur.

Birinci kompleks məşğələlərdə əsas diqqət fəaliyyətlərin düzgün yerinə yetirilməsinə yönəldilməlidir. Bunun üçün məşğələlər bir qədər yavaş tempdə keçirilə bilər. Sonrakı məşğələlərdə fiziki yükü artıraraq, tapşırıqların normativlərdə göstərilmiş vaxtlarda yerinə yetirilməsinə nail olunur.

Kompleks məşğələlərdə bölmə və hissələrin idarəetmə orqanlarının uzlaşması, onları müxtəlif hava şəraitində atəş tapşırıqlarının yerinə yetirilməsinə hazırlamaq məqsədi ilə atəşin idarə olunması üzrə məşqlər keçirilir.

Məşğələnin sonunda rəhbər hər bir əsgərin, heyətin, ümumilikdə batareyanın səhvlərini və onların aradan qaldırılması üsullarını göstərməklə fəaliyyətlərin təhlilini keçirir.

Xüsusi hazırlıq məşğələlərində ehtimal olunan düşmənin təyyarə və helikopterlərini, onların siluetlərinə və konstruktiv xüsusiyyətlərinə görə tanınmasını məşq etdirmək zəruridir. Kompleks məşğələlər döyüş aviasiyasının iştirakı ilə poliqon şəraitində keçirilməlidir.

Təlim atışları və döyüş atışları şəxsi heyətin əvvəl alınan biliklərini yoxlamaq üçün və çətin yerüstü və hava şəraitində döyüş tapşırığını yerinə yetirərkən batareya (divizion, birləşmə) heyətlərinin uzlaşmasını, bilik və bacarıqlarını yoxlamaq məqsədi daşıyır. Bu atışlarda batareyanın (divizionun, birləşmənin) və zenit artilleriya heyətlərinin real, imitasiya olunmuş və yerüstü hədəflərə qarşı atəş tapşırıqlarını yerinə yetirməsi üzrə vərdişləri təkmilləşdirilir.

Təlim atışları öz təyinatı üzrə məşq atışlarına və məqbul atışlarına bölünür. Təlim məşq atışları batareyanın (hissənin) planlaşdırılmış atəş hazırlığı üzrə məşğələlərinin gedişində keçirilir. Məqbul atışları döyüş atışlı taktiki təlimlərdə, HHM və atəşin idarəolunması üzrə təlimlərdə, həmçinin nəzarət məşqləri və inspeksiya yoxlaması zamanı keçirilir. Məqbul atışları batareya (divizion, hissə) tərkibində uzlaşma dövründə heyətlərin hazırlığının yekun mərhələsidir.

Taktiki (taktiki-xüsusi) məşğələlərdə bölmələrin bir döyüş növü üzrə fəaliyyəti işlənilir. Onlar bölmələrin döyüş uzlaşdırılması, komandirlərin döyüş tapşırıqlarının yerinə yetirilməsində döyüşün təşkili və bölmələrin idarəetmə səriştəsinin təkmilləşdirilməsi üçündür. Taktiki (taktiki-xüsusi) məşğələdə bütün mövzu vahid taktiki şərait fonunda ardıcıllıqla işlənilir. Ehtiyac olduqda, taktiki məşğələlərin gedişində yol verilmiş nöqsanların aradan qaldırılması üçün ayrı-ayrı fənd və fəaliyyətlər təkrar işlənilə bilər.

Taktiki (taktiki-xüsusi) məşğələlər batareya (divizion) komandirləri və yaxud böyük rəisləri tərəfindən keçirilə bilər. Taktiki məşğələlərdə hava düşməninin fəaliyyəti taktiki-sıra məşğələlərdə olduğu kimi göstərilir.

Taktiki təlim – zenit raket artilleriya batareyalarının çöl bacarığının əsas forması, döyüş hazırlığının yüksəldilməsinin ən vacib vasitəsidir və onları müasir döyüş aparmağa daha məqsədyönlü hazırlamağa imkan verir. Təlimlərə bölmələr tam tərkibdə, ştat silah və tədris suallarını tam yerinə yetirməyi təmin edəcək lazımı sayda texnika cəlb etməklə çıxarılır. Taktiki təlimlərdə əsas tədris üsulu öyrənənlərin öz funksional vəzifə borclarını yerinə yetirmək üzrə praktiki işidir. Batareya və divizion taktiki təlimləri ümumqoşun döyüşünün bir neçə növündə döyüş tapşırıqlarının icra olunmasını nəzərdə tutan kompleks mövzular əsasında keçirilir.

Nəticə:

1. HHM qoşunlarının döyüş imkanları və hazırlığı, düşmən HHQ, Raket və Artilleriya, Rabitə və REM qoşunlarının imkanları nəzərə alınaraq təşkil edilməli, qoşunların etibarlı müdafiəsini təmin edə biləcək səviyyəyə çatdırılmalıdır.

2. HHM kiçik mütəxəssisləri mərkəzləşdirilmiş şəkildə xidmətə qədər hazırlanmalı, bölmələrin hazırlığı döyüş tapşırıqlarına müvafiq keçirilməli, döyüş xidməti, təminat və təchizat HHM-in daimi döyüşə hazırlığını təmin etməlidir.

3. HHM hissə və bölmələrinin xüsusi hazırlığı zamanı bütün şəxsi heyət istənilən döyüş növü fəaliyyətlərində qoşunların hava hücumundan himayəsi zamanı öz funksional vəzifələrini və eləcə də qarşılıqlı əvəzetmə əsasında digər vəzifələri yerinə yetirməyi mükəmməl öyrənməlidir, bu da gələcəkdə keçiriləcək taktiki təlimlərin məqsədlərinə nail olmaq üçün hazırlığın təmin olunması deməkdir.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
https://info.wikireading.ru/277791

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: HHM   Xüsusi-hazırlıq  

HHM hissə və bölmələrinin xüsusi hazırlığı - ANALİZ (HƏRBİ EKSPERT)

2020/02/news_-1582785600.jpg
Oxunub: 2028     11:00     27 Fevral 2020    