Qarabağda erməni hərbi qulluqçuların yaralanması ilə bağlı yeni detallar ortaya çıxıb

2020/01/878_s-1579943566.jpg
Oxunub: 1786     14:01     25 Yanvar 2020    
Xəbər verdiyimiz kimi, yanvarın 24-də, saat 06:55 radələrində işğal altında Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində hərbi qulluqçular, 2001-ci il təvəllüdlü Henri-Hayk Zakaryan və 2000-ci il təvəllüdlü Armen Mesropyan güllə yarası alıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə əsgərləri mövqelərə aparmaq məqsədilə silahı ayırarkən baş verib.

Henri-Hayk Zakaryan silahı doldurarkən bir neçə əsgərə “o tərəfə gedin” deyib və konkret şəxslər istiqamətində atəş açmağa başlayıb.

Əsgərlər o tərəf-bu tərəfə qaçmağa başlayıblar, onlardan biri yıxılıb və ayağını sındırıb, digər əsgər isə yüngül güllə yarası alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-əsgər   Yaralı  

Qarabağda erməni hərbi qulluqçuların yaralanması ilə bağlı yeni detallar ortaya çıxıb

2020/01/878_s-1579943566.jpg
Oxunub: 1787     14:01     25 Yanvar 2020    