Qarabağda erməni hərbi qulluqçularının bir-birini güllələməsi nədən xəbər verir?

2020/01/789-1579943431.jpg
Oxunub: 2850     15:10     25 Yanvar 2020    
“Təəssüf ki, keçmiş iqtidar sisteminə siyasi münasibət səbəbindən Aprel döyüşlərindən sonra hökumət səviyyəsində irəli sürülən konsepsiyanın hərtərəfli və geniş ictimai müzakirəsi yox, spekulyasiya və fırıldaqçılıq edilməklə, müharibə edən dövlət üçün strateji əhəmiyyətli məsələlər kənarda qaldı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni ekspert Hakob Badalyan ötən gün işğal altında olan Qarabağda erməni hərbi qulluqçuların güllələnməsi hadisəsinə toxunarkən deyib.

Onun sözlərinə görə, ordu və cəbhə xəttinə aid olan məsələlərdə ciddi qanun dəyişikliyini arzu etmək lazımdır.

“Cəbhə xəttinə dair informasiya dezinformasiyanın yayılmasını istisna etməlidir. Bunun yayılmasına yol verənlər isə ciddi şəkildə məsuliyyətə cəlb olunmalıdır. Yalnız qanunla müəyyən edilmiş məsuliyyət heç olmasa hərbi, müharibə, cəbhə xəttinin təhlükəsizliyi məsələlərində layiqli media sahəsi formalaşdıra bilər”, - deyə Badalyan bildirib.

O qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi və parlamenti belə bir qanun hazırlanması, müzakirəsi və qəbul edilməsi üçün səylərini artırmalı və işə başlamalıdır.

“Bu problem yeni deyil, belə hallar əvvəlki illərdə də baş verib. Hətta bir ara istənilən kamera və çəkiliş avadanlıqları olmaqla cəbhə xətti bir keçid məntəqəsi halına gəlib, kimi desən cəbhə xəttində peyda ola bilirdi. Məsələ yalnız informasiya təhlükəsizliyi baxımdan deyil, həm də ictimai düşüncə baxımından vacibdir. Axı, hərbi rejim praktikada hərbi və təhlükəsizlik məsələlərində ümumi ictimai məsuliyyət tələb edir. Təəssüf ki, keçmiş iqtidar sisteminə siyasi münasibət səbəbindən Aprel döyüşlərindən sonra hökumət səviyyəsində irəli sürülən konsepsiyanın hərtərəfli və geniş ictimai müzakirəsi yox, spekulyasiya və fırıldaqçılıq edilməklə, müharibə edən dövlət üçün strateji əhəmiyyətli məsələlər kənarda qaldı. Bu müzakirələrə manipulyasiya və fırıldaqçılıq olmadan qayıtmaq lazımdır”, - deyə erməni eskpert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Özbaşınalıq  

Qarabağda erməni hərbi qulluqçularının bir-birini güllələməsi nədən xəbər verir?

2020/01/789-1579943431.jpg
Oxunub: 2851     15:10     25 Yanvar 2020    