Rusiya prezidentinin nümayəndəsi: "Azərbaycan bizim üçün Qafqazda mühüm strateji tərəfdaşdır"

2019/05/595cd-1557743829.jpg
Oxunub: 2617     16:14     24 Yanvar 2020    
“Bir-birimizi necə sevdiyimizi göstərmək üçün nəsə sübut etməyə ehtiyac duymuruq”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlığa dair xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

Onun sözlərinə görə, bugünkü “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı mühüm əhəmiyyət daşıyır.

“Deməliyəm ki, 10 il əvvəl ilk belə konfrans Bakı Forumunun təməlini qoydu. Dünya miqyaslı tədbirə çevrilən bu forum istər iki, istərsə də çoxtərəfli münasibətlərdə çox böyük beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb”, - deyə Şvıdkoy qeyd edib.

Rusiya rəsmisi Bakı forumunun nəinki humanitar əməkdaşlıq, həm də iqtisadi sahədə əlaqələri ehtiva etdiyini söyləyib: “Şübhəsiz ki, bu gün Azərbaycan bizim üçün Qafqazda mühüm strateji tərəfdaşdır. Böyük planlarımız var. Bir-birimizi necə sevdiyimizi göstərmək üçün nəsə sübut etməyə ehtiyac duymuruq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Azərbaycan  

Rusiya prezidentinin nümayəndəsi: "Azərbaycan bizim üçün Qafqazda mühüm strateji tərəfdaşdır"

2019/05/595cd-1557743829.jpg
Oxunub: 2618     16:14     24 Yanvar 2020    