Ermənistan polisinə MTX-nin icazəsini almadan gizli dinləmə hüququ veriləcək

2020/01/234-1579861776.jpg
Oxunub: 1977     15:43     24 Yanvar 2020    
Yanvarın 21-də Ermənistan parlamenti 97 lehinə, 20 əleyhinə səs nisbəti ilə hakim “Mənim Addımım” fraksiyasının deputatları Armen Xaçatryan və Sipan Paşinyanın müəllifi olduğu “Operativ-axtarış əməliyyatı barədə” qanunda dəyişikliklər edilməsi qanun lahiyəsini ikinci oxunuşda, tam şəkildə qəbul edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis işinin səmərəliliyinin artırılması ilə əsaslandırılan qanun lahiyəsi nəticəsində bundan sonra polisə Milli Təhlükəsizlik Xidmətinin icazəsini almadan gizli dinləmə hüququ veriləcək.

Gizli dinləmə üçün yalnız məhkəmənin qərarı kifayət edəcək. Hakimiyyət dəyişikliyindən sonrakı Ermənistanda güc strukturlarının fəaliyyət çərçivəsinin ictimai asayişin qorunması və dövlət təhlükəsizliyi problemlərinin həlli sahəsindən çıxması yeni bir şey deyil. Hazırda Ermənistandakı güc strukturları bir çox cəhətdən hakimiyyətin siyasi maraqlarına xidmət edən əsas halqaya çevrilib.

Alpər Mövluoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MTX   Ermənistan   Polis   Gizli-dinləmə  

Ermənistan polisinə MTX-nin icazəsini almadan gizli dinləmə hüququ veriləcək

2020/01/234-1579861776.jpg
Oxunub: 1978     15:43     24 Yanvar 2020    