İrəvanda “Erebuni Plaza”ya daxil olaraq girov götürən şəxs kimdir?

2020/01/21812-1579860872.jpg
Oxunub: 1246     14:35     24 Yanvar 2020    
Xəbər verdiyimiz kimi, dünən İrəvanın mərkəzindəki “Erebuni Plaza”da atəş səsləri eşidilib. Silahlı şəxs biznes mərkəzinə daxil olub və atəş açıb. Silahlı şəxs, həmçinin girovlar da saxlayıb.

Qeyd olunur ki, ov silahı ilə biznes mərkəzinə daxil olan şəxs Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinə daxil olub və orada atəş səsləri eşidilib.

İrəvanın mərkəzində yerləşən biznes mərkəzinə daxil olmuş adamın ora nə üçün silahla girməyə qərar verdiyi hələki məlum deyil, lakin onun kimliyi barədə artıq bəzi məlumatlar var.

Məlumata görə, yanvarın 23-də Erebuni Plazaya biznes mərkəzində zərərsizləşdirilmiş adam 1987-ci il təvəllüdlü Artur Torosyandır. O, Ermənistanın Ararat vilayətinin Artaşat şəhərində yaşayır.

Hazırda hərəkətin motivi ilə bağlı hər hansı dəqiq məlumat yoxdur. Onun əqli və ya ruhi sağlamlığı barədə də dəqiq məlumat yoxdur.

Çoxlu sayda polis, eləcə də Ermənistanın polis rəisi vəzifəsini müvəqqəti icra edən Arman Sarkisyan hadisə yerinə gəlib. Ermənistan polisinin informasiya idarəsinin rəisi Aşot Aharonyanın sözlərinə görə, atəş açan şəxslə danışan Arman Sarkisyan olub.

Aharonyanın sözlərinə görə, atəş açan şəxs şərt qoyub ki, nəzarət altına alınarkən onun qoluna qandal vurmasınlar və yalnız bu şərtlə silahı yerə qoyub.

Alpər Mövluoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İrəvan   Cinayət   Girov  

İrəvanda “Erebuni Plaza”ya daxil olaraq girov götürən şəxs kimdir?

2020/01/21812-1579860872.jpg
Oxunub: 1247     14:35     24 Yanvar 2020    