Ermənistanda hərbi təlimlərdə iştirak etməmiş ehtiyatda olan hərbi qulluqçuların cəzaları artırıla bilər

2019/04/56756-1554453442.jpg
Oxunub: 1082     14:23     24 Yanvar 2020    
Ermənistan hökuməti İnzibati Hüquq Pozuntuları ilə bağlı Məcəllə və Cinayət Məcəlləsində dəyişikliklər edilməsini təklif edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan məlumat verib.

O qeyd edib ki, təklif olunan qanuna əsasən, hərbi məşğələ və təlimlərdən yayınmağa görə 20 min dramlıq ölçü artırılır və 30 min dram müəyyən olunması təklif olunur.

“İnzibati Hüquq Pozuntuları ilə bağlı Məcəllədə edilən dəyişikliklərə əsasən, hərbi məşğələ və təlimlərdən yayınmağa görə 20 min dramlıq cərimənin miqdarı artırılır və 30 min dram müəyyən olunması təklif olunur. Eyni hadisə bir il ərzində ehtiyatda olan vətəndaş tərəfindən təkrarlancağı halında 50 min dram cərimə müəyyənləşdirilməsi təklif olunur”, - deyə Balayan bildirib.

Ermənistan parlamenti hökumətin müəllifi olduğu “İnzibati Hüquq Pozuntuları ilə əlaqədar Ermənistan Məcəlləsində dəyişikliklər edilməsi barədə” və “Ermənistan Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanun lahiyələri paketini ilk oxunuşda qəbul edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təlim   Cəza  

Ermənistanda hərbi təlimlərdə iştirak etməmiş ehtiyatda olan hərbi qulluqçuların cəzaları artırıla bilər

2019/04/56756-1554453442.jpg
Oxunub: 1083     14:23     24 Yanvar 2020    