Populizm Paşinyana qalib gəldi

2020/01/IprfZ-1579857120.jpg
Oxunub: 2596     14:20     25 Yanvar 2020    
“Bəli və mütləq bəli, heyvan kəsim sisteminə keçməliyik. Çünki bu, qeyd etdiyiniz səhiyyə sistemindəki problemlərlə yanaşı, ölkənin standartına və ölkənin reytinqinə aid bir məsələdir. Mövcud vəziyyətlə bağlı etiraz səsini ucaldan əziz soydaşlarımızın haqlı faktları varmı? Bəli və bu dəlillərin ən vacibi odur ki, təəssüf ki, hazırda kəsim sahələrinin kifayət qədər sayı və sıxlığı yoxdur”.

Ötən gün bunu Ermənistan parlamentində hökumətlə sual-cavab iclasında Baş nazir Nikol Paşinyan kəsim yerləri, heyvandarların və qəssabların etirazlarına toxunarkən bildirib.

O, hökumətin lazımi miqdarda kəsim yerlərini təmin etmədən kəsim yerlərində heyvanların kəsilməsini məcburi etmək addımını niyə atdığını izah edib.

“Bir sadə səbəbə görə, biz daim bu qərarı təxirə salırıq. İnvestisiya qoyacaq və ya investisiya qoyaraq tikinti prosesində olan insanlar (son 1,5 ildə bunu iki dəfə etmişik) pul qoyur, birdə düşünür ki, bu kəsim yerinin inşaasına pul qoyuram ola bilərmi, pul xərcləyərək kəsim yerini tikdirim və birdən hökumətin bu tənzimləməni ləğv edəcəyi ortaya çıxsın”, - deyə Paşinyan bildirərək hökumətin qəbul etdiyi müvəqqəti keçid həll yoluna toxunub.

O bildirib ki, cari ilin 6 fevral tarixinədək hökumət bu sahəyə cəlb ediləcək texnikaların əldə edilməsi üçün münbit şəraitin yaradılmasını nəzərdən keçiricək.

Eyni zamanda Paşinyan maraqlı olan tərəflərə bir təklif irəli sürüb. O, 2 iyul tarixindən məcburi kəsim yerləri ilə işləyəcəkləri və bir daha bu mövzuya qayıtmayacaqları təqdirdə, 1 iyul tarixinədək birgə hazırlıq işləri aparmalarına və müvafiq vəsait götürməklə kəsim şəraitinə keçid üçün vətəndaşlara vaxt verməyə hazırdır.

Etirazçılar üçün bu təklif edilən seçimin məqbul olduğu halda hökumət dəstək verməyə hazır olduğunu qeyd edib.

Bu sahəyə aid olan ekspertlər fermerlər və kəndlilər məcburi kəsimə qarşı etiraz aksiyalarının haqlı olduğunu bildirib.

Beləliklə, kəndlilərin və fermerlərin geniş miqyaslı etirazından sonra hökumət geri addım ataraq kompleks həll sistemi olmayan keçid layihəsi təklif edir. Eyni zamanda, Paşinyan etiraz səsini qaldıran xalqa ultimatum verir.

Bu hadisə Ermənistan hökumətinin gizli qorxularının olduğunu sübut edir.

Məsələ burasındadır ki, əgər bu addım doğrudanda Paşinyanın dediyi kimi zəruri olan islahatdırsa, o halda hökumət etiraz aksiyasına əsas verməməli, populizmi rəhbər tutmamalı və geri çəkilməməli idi. Ancaq bu şəxsən Paşinyanın və hökumətin populist mahiyyətinə və davranış tərzi ilə ziddiyyət təşkil edərdi.

Digər tərəfdən hökumət yalnız qərar qəbul etdikdən sonra sayca kifayət qədər kəsim yerinin olmadığını etiraf edir. Bu hökumətin qeyri peşəkarlığını ortaya qoyur. Yəni biz növbəti dəfə populizmin peşəkarlığa necə qalib gəldiyinə şahid oluruq.

Aydındır ki, Paşinyan hökumətinin addımlarının davam etməsi qərarın əsaslandırılması və zəruriliyindən deyil, yaxın gələcəkdə etiraz aksiyalarının sayının nə qədər olacağından asılı olacaq.

Paşinyanın riayət etdiyi populizm qaydasının tələb etdiyi budur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Populizm  

Populizm Paşinyana qalib gəldi

2020/01/IprfZ-1579857120.jpg
Oxunub: 2597     14:20     25 Yanvar 2020    