Suriya ordusu İdlibdəki hücumdan sonra geri çəkilir

2020/01/46ee4-1579856804.jpg
Oxunub: 1295     14:47     24 Yanvar 2020    
Suriya ordusu İdlibdə silahlıların hücumundan sonra bölgədən geri çəkilməyə məcbur qalıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, silahlılar hücumdan sonra İdlibdə iki yaşayış məntəqəsini ələ keçirib.

Qeyd edək ki, İdlibdə Suriya qüvvələrinə qarşı hücum edilməsi xəbəri ilə bağlı maraqlı vəziyyət yaranıb. Belə ki, Suriya dövlət mediası silahlıların hücum etməsi barədə məlumat yayıb. Rusiya Müdafiə Naziriliyi də məlumatı təsdiqləyib və bildirlib ki, hücum nəticəsində 40-dan çox hərbi qulluqçu ölüb, 80-ə yaxını yaralanıb. Hücum edənlərin “Təhrir əş-Şam” terror qruplaşması olduğu deyilir.

Ancaq bölgədəki müstəqil müşahidəçilər, o cümlədən Suriya İnsan Haqları Müşahdəçisi kütləvi hücumun olmadığını bildirir. Həmçinin, Suriyadakı digər silahlı qruplaşmalar da hücumun baş vermədiyini qeyd edirlər. Bəzi xəbərlərə görə, hücum baş versə də, itkilər çox olmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya   İdlib  

Suriya ordusu İdlibdəki hücumdan sonra geri çəkilir

2020/01/46ee4-1579856804.jpg
Oxunub: 1296     14:47     24 Yanvar 2020    